Filofobiya

Filofoblar çox fərqli insan keyfiyyətlərinə və həyat yoluna sahibdirlər. Yəni onların hamısı bir birinə oxşamırlar. Buna baxmayaraq, onları birləşdirən əsas xüsusiyyət – əks cinslə güvənli münasibətlər qurmaq istəməməsi, ya da bacarmamasıdır.

Filofobiyadan əziyyət çəkən insanlar bəzən problemi dərk etmirlər. Onlar özlərinə uyğun həyat tərzi hansıdırsa, onu da yaşamağa çalışırlar. Elə bir həyat yolu seçməyə çalışırlar ki, özlərini təhlükəsiz və rahat şəkildə hiss etsinlər.
Davamı →

Akrofobiya

Akrofobiya yüksəklikdən qorxmaqdır. Bu, məkan və hərəkətlə bağlı xüsusi fobiyalar qrupuna daxildir və oxşar müalicə üsulları vardır. İnsanların əksəriyyəti hündürlüyə qalxdıqda, xüsusilə məkan kiçik və mühafizə olunmayan yer olduqda butəbii qorxunu müəyyən dərəcədə hiss edirlər.

Akrofobiyadan əziyyət çəkənlər hündür yerdə olduğu zaman həyəcanlanır və aşağı sağ-salamatdüşə bilmək üçün özlərini təşvişə salmağa başlayırlar. Dünya əhalisinin 2-5faizi akrofobiyadan əziyyət çəkir.

Yüksəklik qorxusunu təsvir etmək üçün əksər vaxtlarda “başgicəllənmə” sözü istifadə olunur (lakin səhvolaraq), lakin bu, əsasən fırlanma zamanı baş verən əlamətdir. Bu, yüksək yerdənbaxanda və ya hündür yerdən yaxud yüksək obyektdən dik baxanda baş verə bilər,lakin bunlar başgicəllənməsini təsvir etmək üçün yetərli deyil.
Davamı →

Səhnə qorxusu

Toplum qarşısında danışmaqdan,özünü təqdim etməkdən və ya mahnı oxumaq, nümayiş etmək kimi müxtəlif performansları sərgiləməkdən qorxu yaşayan kəslər, «performans qayğısı» dediyimiz qorxuya sahibdirlər. Səhnə qorxusu adıyla da bilinən bu anlayışı idmançılar, musiqiçilər, aktyorlar da sıxlıqla yaşayırlar. Səhnə qorxusu adamın etdiyi işdən aldığı zövqü azaltmaqla qalmaz eyni zamanda onun karyerasına da mənfi istiqamətdə təsir edə bilər. Ayrıca adamda öz-kafilik və özünə inam ilə əlaqədar problemlərə də yol aça bilər.

Hansı işlə məşğul olursunuz olun, izdiham qarşısında bir performans sərgiləmək məcburedici bir təcrübədir. Səhnə qorxusu, dərhal hər peşə sahəsindəki adamda görülə bilər. Səhnəyə ilk çıxma təcrübələrində görülə biləcəyi kimi, uzun illərdir birlik qarşısında böyük bir rahatla performans sərgiləyən insanlarda da görülə bilər. Oyunçular, siyasətçilər, musiqiçilər, dərman mütəxəssisləri…
Davamı →

İnsanlar qarşısında çıxış edə bilmirəm, üzüm qızarır!

Sosial mühitdə özünü ifadə edə bilməmək, sosial münasibətlərə başlaya bilməmək ya da davam etdirə bilməmək, özünə güvənməmək, davamli özünü tənqid etmək və bunlarla yanaşı mövcud olan həyəcan sosial fobiyaya işarə edə bilər. Bu əlamətləri günlük həyatında həddindən artıq yaşayan insanlar başqaları ilə bu özəl vəziyyəti paylaşmaq, bir mütəxəssisə müraciət etmək və sıxıntılarını ona danışmaqdan çəkinə bilər. Onlar cəmiyyət arasında olmamağa çalışaraq bu psixoloji vəziyyəti daha da pisləşdirirlər.

Həmişə başqalarının özlərindən daha yaxşı, daha gözəl və daha uğurlu olduğunu düşünərlər. Özləri heç bir halda heç nəyi bacarmirlar. Özlərini bəyənməzlər. İnsanlar arasında olarkən hər kəs onlara baxır və onlarla bağlı pis şeylər düşünürlər. Özlərinə güvənləri yoxdur və həmişə hər şeyin pis tərəfini düşünürlər. Etdikləri hər bir hərəkətdə səhvə yol verəcəklər və insanlar onları lağa qoyacaq. Əgər bu əlamətlər sizdə də varsa, ola bilsin ki siz də sosial fobiyadan əziyyət çəkirsiniz.
Davamı →

Filofobiya

Filofobiya (sevgi qorxusu) — yunanca «filos» sözündən götürülüb sevgi dolu və ya sevilən mənasını verir və sevgiyə fobiya olaraq adlandırılır. Filofobik bir şəxs hər kəsə hər növdə bir bağlılıq yaratmaq barəsində son dərəcə ehtiyatlıdır və buna görə yarana biləcək bütün bağlılıqlardan qaçar.

Bu şəxslər daxilən müəyyən hisslər yaşasa belə, o hissdən qaçmaq və yaranacaq emosional bağlılıqdan uzaq durmaq üçün hər yola baş vururlar.
Davamı →

Aqrofobiya

Aqrofobiya bir çox insanlarda rast gəlinən bir fobiyadır. Bu ən çox özünü hündür yerə və yüksəkliyə çıxan zamanlarda biruzə verir. Bu zaman aqrofobiyası olan adamın ürək döyüntülərinin sayı artır, təngnəfəslik, həyəcan meydana çıxır və panika əlamətləri baş verir. Aqrofobiyası olan adamlarda sadalanan əlamətlər insanı adi vaxtlarda narahar etmir.

Əksər hallarda hündürlük qorxusu olan adamlar qapalı məkanlarda qaldıqları zamanda da bu əlamətlər meydana çıxır. Belə adamlar bankda, metroda, qapısı örtülü evdə qaldıqda belə onlarda aqrofobiya əlamətləri meydana çıxa bilir.

Bəzən belə adamlar hətta teatrda sıranın orta hissəsində, avtobusda, təyyarədə rahat otura bilmir, bəzən isə ağır hallarda yataq otağının belə qapısını örtülü saxlaya bilmir.
Davamı →

Dentofobiya

“Doktor, dişim çox ağrıyırdı, amma həkimin yanına girən kimi ağrısı keçdi” ifadəsinin birbaşa səbəbi stomatoloq qorxusudur. Buna tibdə dentofobiya deyilir. Dentofobiya adi həkim qorxusundan həyəcanın, qorxunun daha kəskin olması ilə fərqlənir. Statistik rəqəmlər göstərir ki, dünya əhalisinin təxminən 14 %-i dentofobiyadan əziyyət çəkir. Əgər aşağıda qeyd olunanlardan ən azı 4-ü sizdə varsa, bu, dentofobiyanızın olma ehtimalını yaradır.

– Dişiniz çox ağrısa belə, həkimə getməməkdə inad edirsinizmi?
– Klinikadan gələn spesifik qoxu qorxunuzu artırırmı?
– Tibbi cihazların səsi sizdə əlavə həyəcan yaradırmı?
– İynədən qorxursunuzmu?
– “Keyləşmə” birdən açılmaz düşüncəsi olurmu?
– Hepatit, QİÇS infeksiyasına tutulmaq qorxusuna qapılırsınızmı?
– Ağrıya dözməyib həkimə məcbur getdiyiniz halda ürək çırpıntısı, mədə bulantısı, soyuq tər basması kimi əlamətlər olurmu?
Davamı →

Məktəb fobiyası

Məktəb fobiyası çox zaman ürək bulanması, qarın və ya baş ağrısı, baş gicəllənməsi, qusma kimi psixosomatik əlamətlərlə özünü büruzə verir. Eyni zamanda iştahasızlıq, aqressivlik və ya özünə qapalılıq, küsəyənlik kimi əlamətlərr də müşahidə olunur.

Övladınızla məktəb qorxusu haqqında danışın. Hisslərini, nə üçün məktəbə getmək istəmədiyini və ya valideyni olmadan məktəbdə qalmaq istəmədiyinin səbəbini öyrənin. Hisslərini ifadə etməsinə kömək edin və onu sonacan səbirlə dinləyin. Daha sonra onu başa salmağa çalışın.

Məktəb fobiyasının səbəbini müəyyənləşdirin. Məktəb müəlliməsi, uşaq psixoloqu və valideynlərin birgə işi məktəb fobiyasının tez bir zamanda aradan qaldırılmasına kömək edəcək.

Qeyd : Bu məlumat 2-ci sinif üçün nəzərdə tutulub.
Davamı →

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları


Bir çox valideynlər övladını verilən tapşırığı yerinə yetirməsi üçün və ya nadinclik etməsin deyə qorxudurlar. «Xoxan gələr aa, qoy başını yat» və ya «Yeməyini ye, yoxsa xoxan gələr səni aparar» kimi kəlmələr bizim ailələrimiz üçün yad deyil. Bəzən «xoxan»ı «iynə vuran həkim» və ya «küçədəki it» əvəz edir. Valideynlərin uşaqları qorxutmaqla bağlı fantaziyaları sonsuzdur. Bəs ümumiyyətlə, uşağı qorxutmaq doğrudurmu?

Uşaqlarda qorxu hissi doğulandan yeniyetmə yaşına qədər mərhələlərlə inkişaf edir. Mütəxəssislər bu inkişaf mərhələlərini 0-2 yaş, 2-6 yaş, 6-9 yaş, 9-12 yaş və yeniyetməlik dövrlərinə görə fərqləndirirlər.

0-2 yaşında olan uşaqlar ağrıdan, bərk səsdən, tək qalmaqdan və fiziki dəstəyi itirməkdən qorxurlar (əlini buraxanda, qucaqdan düşəndə və s.). Bu qorxu hissi doğulan gündən başlayır və tədricən güclənir. Böyük ehtimal bu yaşda uşaqların təsəvvürü tam formalaşmadığından onları «xoxan»la qorxuzmaq olmur. Başqa sözlə onlar hələ xoxan nə olduğunu nə dərk, nə də təsəvvür edirlər.
Davamı →

Uşaqlarda həkim fobiyası

Uşaqlarda rast gəlinən fobiyalardan biri də həkim fobiyasıdır. Bu uşağın həkim adını eşidərkən qorxması, həyəcanlanması ilə özünü biruzə verir. Eyni zamanda uşaqlar lazımi zamanlarda həkimə getməli olduqlarında ağlayaraq, müxtəlif xoşagəlməz davranışlarla valideynlərinin narahatlığına səbəb olurlar. Bəs uşaqlarda rast gəlinən bu fobiyaya səbəb nədir? Uşaqlarda həkimdən qorxu nə zamandan başlayır?

Yəqin ki, övladınızı körpəlik dövründə həkimə rahat şəkildə apardığınıza diqqət etmisiniz. Səbəb isə onların hələ həkim haqqında heç bir təsəvvürlərinin olmamasıdır. Artıq ətrafı dərk etməyə başlayan uşaq həkimə gedərkən orada ona iynə vurulmasının şahidi olduqdan sonra həkimə getməkdən qorxar. Eyni zamanda, övladınız dəcəlliklər edərkən, sizi dinləmədiyində, yatmadıqda, “Sakit dur, yoxsa həkimə apararam”, “Belə etsən, həkimi çağıracağam, iynə vursun”, “Yat, yoxsa həkim gələcək” kimi ifadələriniz övladınızda həkim haqqında yanlış təsəvvürlər yaranmasına və bu təsəvvürlərin mənfi istiqamətdə inkişafına səbəb olur.
Davamı →