Düşüncənin gücü ilə sağalmağın sadə üsulları

Adətən hər hansı kiçik narahatlıq zamanı belə dərhal dərmana əl atır və aptekə qaçırıq...
Ağrıları azaltmağın başqa yolları barədə az düşünürük. Bəs özünüzü yaxşı hiss etmək üçün düşüncənin gücünü sınaqdan keçirmək heç ağlınıza gəlibmi?

1. Başağrıları
Rahat bir stula əyləşin və əlinizə keçən il yayda çəkilmiş bir foto götürün. Bu, gözəl mənzərə şəkli ola bilər. Şəkilə diqqətlə baxın, bütün detalları hafizənizdə saxlamağa çalışın, sonra gözlərinizi yumun və özünüzü də bu mənzərəyə daxil edərək gördüklərinizi yenidən xəyalınızda canlandırın. Təsəvvür edin ki, dənizkənarında (ləpədöyəndə) uzanmısınız, gələn dalğalar isə sizin ağrılarınızı yuyaraq dənizin uzaqlıqlarına aparır.

Davamı →

İntihar, gərginlik, linçləmə: Çıxış yolu nədir?

Küçük bir mutluluk istiyorum..
O kadar küçük olsun ki,
İstemesin kimse benden onu!
( Nazım Hikmet )
 
Gündəmimiz baş-ayaqdır, gərginlik, əsəb, stress yaradır. Sosial şəbəkələr giriləsi deyil, hər statusdan pessimizm, aqressiya, qəzəb tökülür. Bir yandan pandemiya, o bir yandan artan intiharlar, digər yandan feministləri linçləmə kampaniyası, onların ən öndə gedəninin profilini ələ keçirib inbox yazışmalarını göstərmək...

Davamı →

Stresi azaltmaq üçün

Gərginlik həqiqətən də həyatın reallığıdırmı? Minlərlə gənclər üçün həlledici imtahanlar yaxınlaşır. Çoxları deyir ki, tələbələrə təzyiqlər azaldılmalıdır, ancaq insanlar gərginlikləri həm də həyatın faktı olaraq qəbul etməlidirlərmi — Matthew Syed araşdırır.
Tələbələrin bir çoxunun imtahandan kəsilməsi onların qabiliyyətsiz olmasından deyil, imtahan otağının ağırlığındandır — divarda tıqqıldayan saat, nəzarətçilərin var-gəl etməsi və gələcəyin məhz bu anlardan asılı olmasına dair sürreal düşüncə bu otağa hakim kəsilib.

Davamı →

PSİXOLOGİYAMIZI NECƏ DÜZƏLDƏK?


                           
                 
«Mən həmişə həyəcanlanıram, hər zaman stress keçirirəm», «Mən özümə qapanmışam, insanlarla ünsiyyətdən soyumuşam», «Mən işlərimdə başarılı deyiləm, heç bir işim alınmır» kimi problemlər, sizdə də var? Heç darıxmayın! Hər şeyə çarə var!
İzah edək.
Bütün bu kimi halların yəni daimi stress, həyəcan, gərginlik, utancaqlıq, özünəqapanıqlıq, narahatlıq, uğursuzluq-hamsı ən əvvəl bizim ümumi psixoloji durumumuzla bağlı olan nəticələrdir. Yəni ümumi durum qaydasında olmayanda, necə deyərlər psixoloji immunitetimiz zəif olanda, qaçılmaz olaraq «virusa» tez yoluxuruq, dayanıqsız oluruq, problemlərə və çətin situasiyalara tab gətirə bilmirik. Odur ki hər şeydən öncə ümumi psixoloji durumumuzu düzəltmək lazımdır. Əgər belə olarsa onda zatən güclü olacağıq, çətinliklərə qalib gələcəyik, heç bir kənar təsir bizi yıxa bilməyəcək!  Amma necə deyərlər, zəhmətsiz də bar yeməzlər. Bunun üçün gərək bir az zəhmət çəkək, bir qədər cəhd edək, səy göstərək.
Bax xüsusən aşağıdakı qaydalara riayət etsək, o halda çox keçmədən, yəni elə bir neçə həftə sonra, doğrudan da psixoloji gücümüzdə və əhvalımızda ciddi müsbət dəyişikliklərin şahidi olacağıq.
Buyurun, beləliklə diqqət edilməsi gərəkən, vacib məsələlər:
1)İlk növbədə səhər yuxudan tez durmaq;
2)Səhər idman və ya gimnastika etmək(10-15 dəqiqə yetərlidir);
3)Səhər və günorta yeməyini, yaxşı şəkildə yemək amma təbii qidalara (məsələn yağ, şor, pendir, bal, meyvə, tərəvəz və s.) üstünlük vermək. Xəmirli, şəkərli, yağlı qidalardan isə mümkün qədər az istifadə etmək;
4)Səhər durduqdan sonrakı vaxt, insanın ən gümrah və vücudun ən fəal olduğu zamandır. Beləliklə ən çətin və ən önəmli işlərinizi məhz bu vaxtda görün;
5)Günortadan sonra isə ən azı 30-40 dəqiqə yatmaq, sizə, günə yeni başlamış kimi bir enerji və gümrahlıq qazandıracaqdır(Amma günorta 1-2 saatdan artıq yatmayın);
7)Gəzmək, yürüyüş etmək çox faydalıdır. Fərq etməz, sürətli yoxsa ləng. Ümumiyyətlə gün ərzində insan ən az 7000-8000 addım atacaq qədər yol getməlidir(Bu isə, hardasa, 30-35 dəqiqə, orta sürətlə yol getmək deməkdir) Belə olarsa, bir çox potensial xəstəliklərdən və nasazlıqlardan qurtulmaq olar. Bu, həm də zehninizin və hisslərinizin də yenilənməsinə səbəb olacaq, əhvalınız «update» olunacaq;
8)Günün sonrakı vaxtında isə başqa işlərlə məşğul olmaq olar. Çalışın kompyuterin başında, məhdudiyyətsiz şəkildə olmayın. Heç olmasa, hər 1 saatdan bir,  5 dəqiqə kompyuterdən aralanın və məsələn gəzişin. Ümumilikdə gün ərzində 5-6 saatdan artıq kompyuterlə məşğul olmayın.Həmçinin telefon başında da çox olmayın və fasiləylə məşğul olun;
9)Axşam yeməyini, qətiyyən ağır yeməyin. Qatıq, meyvə və s. kimi yüngül qidalara üstünlük verin;
10)Ümumiyyətlə çalışın ki gün ərzində həm zehni fəaliyyətlə, həm də fiziki fəaliyyətlə, balanslı şəkildə məşğul olasız;
11)Mümkün olduğu qədər eyni işləri, eyni vaxtlarda edin; məsələn bu gün saat 6:00-da durdunuzsa, sabah da, birisi gün də 6:00-da durun. Və ya saat 00-da yatdınızsa elə növbəti günlərdə də belə edin. Həmçinin yemək, çalışmaq da eyni şəkildə.
Ümumilikdə bu rejimə sadiq qalsaz, siz vəziyyətin çox keçmədən dəyişdiyini və həm zehni olaraq həm də ruhi olaraq gücləndiyinizi, psixoloji durumunuzun sürətlə yaxşılaşdığını görəcəksiz. Durumunuzun yaxşılaşma faizi, bu rejimə əməl etmə faizinizə müvafiq olacaqdır...
Psixoloq Yunis Dürüst
Davamı →

Boyun əyriliyini yaradan səbəblər

İnsan hərəkətsiz olduqda zamanla boyun nahiyəsində müxtəlif ağrılar yaranır. Həmçinin baş ağrıları da buna daxildir. Boyunda yaranan əyriliklər isə zədələnmələrdən, yaralanmalardan, stress, depressiya və bir çox səbəbdən ola bilər. Bəzi hallarda isə bədənin durma pozuqluqlarından meydana gəlir. Sümük kütləsində yaranan problemlər də boyun düzləşməsinə təsir göstərir. Piylənmə xəstəliyidə bu prosesə daxildir. Çünki, bu xəstəlik bədəndəki tarazlığa təsir edərək ağırlıq mərkəzinin yer dəyişdirməsinə səbəb olur. Bunu üçün bəzi hallarda bədənin fiziki müayinəsi aparılır.
Aparılan müayinə əsasında qoyulan düzgün diaqnoz boyun düzləşməsinə yaxşı təsir göstərir. Tətbiq edilən müalicələr əsasında onurğa da güclənir.

Edilən müalicələr boyundakı flattening şokların əmilməsini də azaldır. Bu da onurğalar arasındakı disklərə əlavə yük minməsinə və daha tez zərər görməsinə səbəb olur. Zamanla boyundakı onurğaların zərər görməsinə hətta qırılmasına qədər irəliləyə bilər. Bu vəziyyətin tibb dilindəki adı degenerativ oynaq xəstəliyi ya da osteoartritdir. Osteoartrit irəliləyici bir vəziyyətdir. Qatılıq, çınlama və ya keyliyə səbəb olaraq olduqca ağrılı ola bilər. Bəzi şəxslərdə isə heç bir əlamət göstərmir, o zamana qədər ki problem ciddi ölçülərə çatana qədər. Erkən diaqnoz ağrıyla baş etmədə və xüsusilə cərrahiyyəni qarşısını almaqda olduqca kritik bir rol oynayır.
Ardı →

Gərginlikdən və əsəbilikdən qurtulmaq

Bütün böyük şəhərlərdə həyatın məcazi mənada quduzlaşmış ritmi hər gün orqanizmimizi üzür, əldən salır və sonra insanda stres və yorğunluğa gətirib çıxarır. Bəzən heç biz özümüz də hiss etmirik ki, gücümüz tükənmək üzrədir, odur ki, səbəbsiz narahatlıq, həyəcan hissi, inamsızlıq bizi bürüyür. Bizim bir çox xəstəliklərimiz, bu sonu bitməyən gərginliyimizin nəticəsində əmələ gəlir. Bu narahatçılıqdan qurtulmaq üçün müxtəlif yollardan istifadə etmək məsləhət görülür. Əlbəttə, biz bizi haqlayan xoşagəlməz hadisələrin baş verməsinə mane ola bilmərik ancaq biz bizi bürüyən gərginliyə qarşı mübarizə apara və onu aradan qaldıra bilərik .Gərginlikdən çıxmaq əhval ruhiyyəni qaldırır, insana gümrahlıq gətirir, həm də qismən bizim sağlamlığımızı və halımızı yaxşılaşdırır.


Ardı →