Migel de Unamuno | Sadəqəlbli don Rafael, ovçu və oyunçu

Düşüncələrinin onu keçmişə apardığı və qəlbini ötən sevginin xatirələri doldurduğu zamanlarda o, zamanın sanki uçmasını, hava qədər yüngül, bihudə keçən  saatların axıb getməsini daha kəskin hiss edirdi.
O gözlər! Onlar daha onun yoluna işıq saçmırdılar, hardasa dumanlı uzaqlarda onun üçün büsbütün sönərək eləcə  qalmışdılar, unudulmuş sözlərin əks-sədası isə dağların o üzündəki dənizin küyü qədər boğuq səslənirdi. Gizli çeşmələrin pıçıltısı kimi.

Davamı →

Paolo Sorrentinonun hekayəsi

Paolo Sorrentino dünya şöhrətli italyan kinorejissoru və ssenaristidir.
O, 1970-ci ildə Neapol şəhərində doğulub. 17 yaşında ikən valideynləri avtomobil qəzasında dünyalarını dəyişiblər. Həmin vaxt iqtisadçı ixtisası üzrə ali təhsil alan Paolo ssenarist və rejissor köməkçisi kimi də özünə çörəkpulu qazanırmış.
Onun 2001-ci ildə quruluş verdiyi «Artıq adam” bədii filmi Venetsiya kinofestivalında mükafat alıb. „Heyrətamiz” filmi 2008-ci ildə P.Sorrentinoya həmin festivalda Jüri ödülünü qazandırıb. “Misilsiz gözəllik” bədii filminə görə isə o, 2014-cü ildə nüfuzlu „Oskar” mükafatına layiq görülüb.

Davamı →

Göz alması

«Ve karanlık perde-perde sönerken,
gün seferden dönerken,
başlar aynı tören...”
Kim bilir qaranlıq necə sönür? Sonra da soruşur ki, „nerdesin, sesin nerde?” İnsan yalnız gözlərini yumaraq kiminsə səsiyçün darıxa bilər. Qalan bütün hallarda başqa darıxmaqlar da girəcək araya. Bu yumulu gözlərlə indən belə mən də ancaq səslərçün darıxacağam. Səsləri səsləyəcəyəm, səsləri axtaracağam, səsləri tanıyacağam. Mənim günəşim səfərdən dönməyəcək…

Davamı →

Etdiyin yaxşılıq yerdə qalmaz

Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu varlı oğlan gənc bir qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifini verir. Lakin qızın bir qüsuru var idi. Onun bir əli şikəst idi. Bunu görən qızcığaz oğlandan utanırdı və gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılığını bildirir və onlar evlənirlər.
Davamı →

Məşğul Odunçu

Uğurlu və ya uğursuz, hər kəsin bir hekayəsi var. Müvəffəqiyyətli insanların hekayələri çox insanın marağını cəlb edir. Lakin uğursuzluq əhvalatları uğur əhvalatları qədər vacibdir və ordandan da nəisə öyrənə bilərik.
Bir vaxtlar qolu güclü bir odunçu olur. O, taxta-şalban tacirindən iş istəyir və işə qəbul edilir. İşin maaşı da, şərtləri də çox yaxşı olur. Buna görə də odunçu, əlindən gələn hər şeyi etməyə qərar verib. Müdiri ona balta verib və işləyəcəyi ərazini göstərir. Odunçu böyük bir səylə ilk gün 18 ağac kəsib gətirir. Mudir: «Təbrik edirəm,» «Bu şəkildə işləməyə davam edin»deyir.
Davamı →

İnfaqdan isara

636-cı ildə baş tutan qanlı Yərmuk döyüşü müsəlmanların zəfəri ilə nəticələnmiş, beləcə, Bizansın Suriya torpaqlarındakı hegemonluğuna son qoyulmuşdu. Aralarında minə yaxın səhabənin və yüz Bədir qazisinin də iştirak etdiyi qəlbi imanla dolu İslam ordusunun əsgərləri bu qanlı müharibədə sadəcə igidlik və qəhrəmanlıq göstərmir, eyni zamanda misilsiz alicənablıq, fədakarlıq və qardaşlıq nümunəsi sərgiləyirdilər. Dildən-dilə gəzərək dastanlaşan bu fədakarlıq nümunələrindən birini Hüzeyfətul-Ədəvi (r.a)-dan dinləyək:
Davamı →

Səfehlər kəndi

Xusyan əyalətinin Dunzışansun kəndinin sakinlərinin, uşaqdan böyüyə, hamısı səfeh idi. Həmin kənddən olan bir qoca öz oğlunu Çanyandakı bazardan qul almağa yollayanda dedi:

— Eşitdiyimə görə, Çanyanda alverçilər satmaq istədikləri qulu gizlədirlər ki, o, əvvəlcədən duyuq düşməsin. Sən orda əməlli-başlı axtar, yaxşı qul tapıb al.

Oğlan bazarı gəzməyə güzgüsatılan sıradan başladı. Güzgülərdən birində, ucaboy olmasa da, möhkəm bədənli bir nəfər görəndə fikirləşdi ki, yəqin, alverçi orda qul gizlədib. Barmağıyla güzgünü çırtmalayıb dedi:
Davamı →

Üzeyir Hacıbəyov - Evlənmək məsələsi

Bu әyyamda bizdә hәr bir şey aziatski vә yevropeyski olduğuna görә, arvadlarımız da hәmçinin aziatski vә yevropeyskidir.
Aziatski, yәni, oxumamış arvad almaq çox asan şeydir vә nәticәsi dә qorxulu deyildir.
O iş, at almaq kimi bir şeydir. Mәsәlәn, sәn istәyirsәn bir at alasan, pulun da var. Gәlirsәn dәllal yanına, o sәnin üçün bir at alır. Sәn dә o atı gәtirib töylәdә bağlayırsan.

Bәs oxumamış arvad almaq da buna bәnzәr bir şeydir. Mәsәlәn, sәn arvad almaq istәyirsәn. Anana, ya bacına deyirsәn ki, “Get, mәnim üçün bir qız al”. Anan, ya bacın çarşabını başına salıb gedir, oranı axtarır, buranı axtarır, axırda öz xoşuna gәlәn bir qız seçir. Sәn dә o qızı alırsan.
Davamı →

Ölmüş eşşəyin məktubları

     Sevimli eşşəkarısı!

Bundan əvvəlki məktublarımda yazdığım kimi ölmüşdüm, amma ölməyimi heç cürə rəsmiləşdirə bilmirdim.Yer üzündə “rəsmən” yaşamaq da, “rəsmən” ölmək də çətindir.Xəstəxananın zirzəmisində mənim kimi bir neçə ölü vardı.Sağ tərəfimdə gənc bir kişi, sol tərəfimdə yaşlı bir qadın uzanmışdı. 

Gəncdən:

— Siz nədən ölübsünüz? – deyə soruşdum.

— Özümü öldürmüşəm. – dedi.

— Necədir, özünü öldürmək asandımı?

— Oho… Özünü öldürmək, intihar etmək qədimdən dəbdədir. İndi intihar etmək yaşamaqdan da çətindir.

Mən əvvəlcə özümü dənizə atıb öldürmək qərarına gəlmişdim.

Qoca İstanbulun Anadolu sahilini, Rumeli sahilini başdan-başa dolaşdım, sahildə özümü dənizə atmaq üçün bir parça da olsa boş yer tapa bilmədim.

İstanbulun bütün dəniz sahilini zənginlər zəbt eləyiblər.


Ardı →

Sözü harasından eşidir? | Əziz Nesin

Bir bektaşi lətifəsindənAziz Nesin

Sömürkənd deyilən kənd göz gördüyü qədər dümdüz bir ovalıqda binə olmuşdu. Bu dümdüz ovalığın ortasında bir yumruq kimi göylərə ucalmış çox yüksək bir təpə vardır. Bu təpədə Sömürkəndin hakimi, krallar kralı, padşahlar padşahı Dümdük həzrətlərinin sarayı vardır. Dümdük həzrətləri bu sarayda xas qullarıyla birlikdə yaşayar. O uca təpədə uluların ulusu Dümdük həzrətlərinin sarayından başqa heç bir yaşayış yeri yoxdur. Sömürkəndin evləri bu ulu təpənin ətəklərini çevrələyiblər.

Sömürkənddən Dümdük həzrətlərinin sarayına çox dik bir yoxuşdan çıxılır. Bu elə bir dik yoxuşdur ki, bura çıxmağı hər igid bacarmaz.

Dümdük həzrətlərinin qulaqları çox, amma çox yaxşı eşidir. Belə ki, Sömürkənddəki bir topal qarışqanın belə iniltisini eşidir.

Dümdük həzrətlərinin gözləri də çox yaxşı görür. Belə ki, Sömürkəndin quraq və əlçatmayan yerlərində, torpağın beş qulac dərinliyindəki bir köstəbəyin olmayan gözlərini belə görə bilir.


Ardı →