Ən gözəl nümunə

Ən gozəl numunə uşaqlardır
Bir gün bir alimdən soruşurlar:
— Kimdən nümunə götürək? Alimlərdən, yoxsa tacirlərdən?
— Heç birindən. — deyə alim cavab verir və davam edir:
— Ən gözəl nümunə uşaqlardır.
— Axı, uşaqlar heç nə bilmirlər.
— Yanılırsınız. Uşaqlar hamımıza nümunə olan üç keyfiyyətə malikdirlər. Birincisi,həmişə xoşbəxtdirlər, ikincisi həmişə məşğuldurlar. Üçüncüsü həmişə istədiklərini necə əldə edəcəklərini bilirlər. 
Davamı →

Gülümsəyin, indi quş çıxacaq! | Kurt Vonnequt

Kurt VonnequtGecələrin birində barda oturub, zəhləm getmiş adam haqqında boşboğazlıq edirdim. Saqqallı bir kişi gəlib yanımda oturdu.

— Bəlkə onu öldürüb, bu işə biryolluq son qoyasınız? – o, dostcasına soruşdu.
— Bu haqda düşünmüşəm, – mən cavab verdim. – Niyə də öldürməyim?!

— Gəlin sizə sağlam mühakimə yürütməkdə yardımçı olum, – o, təklif etdi. Sinədən çıxan səsi, yekə burnu vardı. Qara yun kostyum geyinmişdi. Boğazına qara incə qalstuk bağlamışdı. Ağızdan pərtöv adam idi. – Siz hadisəyə nifrət nöqteyi-nəzərindən baxırsınız, – o, davam edirdi. – Sizin, işinizi planlaşdıra biləcək, elektrik stuluna gözlənilməz səyahətdən qurtara biləcək müdrik mütəxəssisin soyuqqanlılığına və xidmətinə ehtiyacınız var.
Ardı →

İki yolçu

Bir zamanlar bir yolçu dağların ətəklərində, qalın bir qar təbəqəsiylə örtülü, az istifadə olunan bir cığırla təkbaşına yürüyürdü. Qar daha da bərk yağır, yol gedərək daha təhlükəli olmağa başlayırdı.

Nəhayət, yolçu soyuğa dözə bilməyəcək hala gəldi və yerə yıxıldı. Amma bəxti varmış, eyni yoldan ikinci bir yolçu keçirdi və o birinin durumunu görüncə çox üzüldü. Onu yerdən qaldırdı və özünə gətirəcək bəzi şeylər verdi. 

Daha sonra ilk yolçu yeni gələnin əlini əllərinin arasına aldı və ona olan borcunu həyatda olduğu müddətdə unutmayacağına dair and içdi.

İkinci yolçu xəfifcə gülümsədi və heç nə söyləmədi.

İlk yolçu sonralar evinə çatdıqda, baş verənləri hamıya nəql edəcəyini söylədi. Bu insani davranışı hər tərəfdə danışacaq, gələcəyə qalması üçün yazıya alacaq və şeirlə vəsf edəcəkdi.


Ardı →

Möhtəşəm sonluqlu hekayə

Bir zamanlar bir qız bir oğlanı sevir. İllər keçir qız bu oğlanla ailə qurur. Bir gün bədbəxt hadisə nəticəsində qız dünyasını dəyişir.
Qız o biri dünyaya gəlib düşür, burada o böyük bir gölə rast gəlir.
Gölün yanından keçəndə orda nurani bir qocanı görür ona yaxınlaşır. Bu gölün adının nə olduğunu qocadan soruşur, qocasa cavabında bilmədiyini deyir. Qız düşür yola başlayır gəzməyə.
İllər keçir qızın həmin gölün yanından yolu bir daha düşür. Gölün suyunun azaldığını görür. Bu vaxtı həmin nurani qocanı yenə orda görür. Qocadan bir daha bu göl haqda soruşur, qoca cavabında bilmədiyini deyir.
Qız yenə həmənki öz yoluna davam edir. Bir neçə ildən sonra yenə gəlir, bu dəfə gölün suyunun 1 ovuc suyu qədər olduğunu görür. Yaxınlaşır qocaya, onu məcbur edir ki, bu göl haqda ona danışsın. Qoca başlayır əhvalatı qıza danışmağa.
Deyir: " bir zamanlar sən dünyadan köçəndə sənin üçün yas saxlayıb, göz yaşı axıdanlar çox idi. Onda bu gölündə suyu çoxuydu.
İllər keçdi səni yad edib yasınıı saxlayan, göz yaşı axıdanların azaldı.
Bax o zaman bu gölündə suyu azalmışdı. Bir neçə il keçəndən sonra hətta sənin sevdiyin də səni unutdu, qohumların da, dostların da. Bu gördüyün bir ovuc su isə sənin Ananın göz yaşlarıdı.
Bir tək o səni unutmadı, həmişə sənin yasını saxladı, göz yaşı axıtdı. 

Davamı →

Iki dostun söhbəti

Salam Dost..
— Və Əleykümə salam..
Necəsən?
— Hmm..Desəm bilmirəm, cavabım simanda təbəssum oyadacaq… Amma inan ki, anlaya bilmirəm necə olduğumu..
Ha… Düşüncələrin qeyri-müəyyənliyə aparıb səni… Bir az özünü toplayasan bəlkə… Hər halda səni səndən gözəl bir ALLAH tanıyır..
— Elədir əlbəttə..Ancaq ALLAH da, bizlərə özümüzü anlaya bilmək üçün kifayət qədər yol göstərib..
Sözsüz..Onun lütfü sonsuzdur…Mərhəməti geniş..Bəs o zaman problem nədədir səncə?
— Özümdə..Anlaya bilmirəm özümü..Gah özümü qadir hesab edirəm, gah fəqir..Əlbəttə ki, insanlığım çərçivəsində..
Dayan, dayan..Mən səni anlamağa çətinlik çəkdim bir anlıq..Sən axı özün öz dediklərini təkzib etdin bu ifadənlə..Sən axı dedin, ALLAH bizlərə kifayət qədər yol göstərib..
— Bəli, dedim..Amma hər şey sən düşündüyün qədər asan olsaydı nə var idi ki?!
Yaxşı..Bir sual o zaman..Bütün bu dediklərini çətinləşdirən nədir səncə?
— Bilirsən..Bu suala cavab vermək qəliz məsələdir...Onu bilsəydim xoşbəxt olardım yəqin ki..
Demək insan xoşbəxtliyinin açarı bu cavabdadır düşünürsən?
— Buna zərrə qədər də şübhəm yoxdur..
))Bəs o zaman mən bu sualın cavabını sənə ərz etsəm necə?
— Hmm..dost..Sözün düzü zaraftların üçün çox darıxmışdım..Nəzərə alsaq ki, illərdir görüşmürük..
Həə..bu o deməkdir ki, çatdıq söhbətimizin kulminasiya nöqtəsinə...Bu bir neçə ildə mən o sən dediyin insan xoşbəxtliyinin formulunu dərk edə bildim..və böyük fəxarətlə deyə bilərəm ki, mən xoşbəxtəm..
— Sözlərindən bu cür pozitiv düşüncələrini sezmək xoş oldu sözün düzü..Sevindim sənə görə..Nədir o zaman o xoşbəxtliyin formulu?
Sən özün onu söhbət əsnasında dilinə gətirdin əzizim..ALLAHın buyurduqları...
— Qurban olum ALLAHa..amma mən bunu tam olaraq dərk edə bilmədim..Bəlkə açıqlayasan?
Qurban? Biz hamımız Ona biixtiyar qurbanıq..Amma O, bizləri daha ali məqam üçün yaratdı..Bir az şablon ifadələrdən kənar olman lazımdı..
— Və…??
ƏMƏL..hər bir çətinliyə də, asanlıga da, aparan bütün yollar məhz bu ifadədən başlayır..
Insan, öz əməllərinin girovudur..
— Elə bu?
))Dörd hərfdən ibarət oldugu səni çaşdırmasın…Dərk etdikdə böyüklüyündən vahiməyə düşəcəksən..!

Davamı →

Bir dua,bir sevgi

  • Sevgi

Mozes Mendelson çox yaraşıqlı bir adam deyildi.Üstəlik,həm qozbel,həm də qısaboy idi.Bir gün Mendelson Hamburqda yaşayan bir ticarətçiyə qonaq getdi.Bu ticarətçinin,Fromet adlı çox gözəl bir qızı var idi.Mozes bu gözəl qıza elə ilk baxışdan vuruldu.


Ardı →