Marketinqdə rəqiblərin analizi

Sektorda yerini möhkəmləndirmək və uğur qazanmaq istəyən biznes sahibləri, rəqiblərinin müəyyənləşdirilməsinə, onların nə etdiyinə, fərqli nələr edə biləcəklərinə və rəqiblərindən necə bir addım öndə olacaqlarına nəzər yetirirlər. Rəqiblərin analizi, imkanları müəyyən etməyə və müəyyən biznes fəaliyyətlərinə aid olan təhlükələri nəzərə almağa imkan verir.

Davamı →

Marketinqdə rəqabət

Rəqabət nədir?
Bu anlayış bazarın əsas xüsusiyyətlərindən biridir. Marketinq bazarın inkişafı üçün təbii və zəruri bir mühit kimi rəqabəti qəbul edir. O gəlir və mənfəət artımına nail olmaq məqsədilə oxşar məhsulları və ya xidmətləri satan şirkətlər arasında baş verən bir prosesdir və sərbəst bazar iqtisadiyyatının əvəzsiz bir atributudur. Ticarət strukturları arasında rəqabətin olması, bütövlükdə iqtisadiyyatın səmərəliliyinin artırılması üçün vacibdir. Çünki onun məhdudlaşdırılması iqtisadiyyatın durğunluğuna gətirib çıxarır.
Davamı →