Çiyələk mürəbbəsi

Tərkibi:
1 kq çiyələk
1 kq şəkər tozu

Hazırlanması:
Çiyələyin irisini xırdasından seçib ayrı qablara yığın, yuyun, saplağını təmizləyin, aşsüzənə yığıb suyunun çəkilməsini gözləyin. Ləyənə yığıb üzərinə şəkər tozu səpin (mürəbbələr üçün həmişə enli şirli ləyəndən istifadə edin).
3-4 saatdan sonra çiyələyin şirəsi çıxacaq.

Ləyəni vam ocağın üstünə qoyun. Kəfkirlə qarışdıranda əzilməsin deyə ləyənin iki qırağından tutaraq arada ehtiyatla silkələyin, fırladın. Üzünə yığılan kəfi yığın.

Qaynara düşəndən sonra iti odda 20 dəqiqə də bişirin. Ocaqdan götürün. Soyudun. Təxminən 1 gün saxlayın, yuyulub qurulanmış bankalara yığın (tez yığanda çiyələklər üzə çıxır, şirə altda qalır).
Ardı →

Gül mürəbbəsi

Tərkibi:
Qızılgül ləçəkləri — 100 q
şəkər — 900q
limon duzu — 2q

Hazırlanma qaydası:
Ləçəklər soyuq su ilə yuyulur, dəsmalın üzərinə sərilir və suyu çəkilənə qədər qurudulur. Mürəbbəni bişirmək üçün öncə şirə hazırlanır. Bu məqsədlə 1 kiloqram şəkərə 1 stəkan su əlavə olunur və odun üstündə qaynadılır.

Şirə qaynadıqca kəfi yığılır və sonra ona gül ləçəkləri əlavə olunur. Nəzərə alınmalıdır ki, bir kiloqram şəkərdən hazırlanmış şirəyə 100 qram gül ləçəyi əlavə edilməlidir. Elə ki, mürəbbə qaynağa düşdü, götürüb 12 saatlığa kənara qoyulur.
Ardı →

Əncir mürəbbəsi

Tərkibi:
1 kq əncir
1 kq şəkər
0,25 stəkan su
bir az limon turşusu

Hazırlanması:
Mən əncirin qabığını soyuram, amma qabığlı da mürəbbə bişirmək olar.

Qabığından soyulmuş əncirin üstünə şəkər tökülüb bir neçə saat saxlanılır.


Ardı →

Ağ gilas mürəbbəsi

Tərkibi:

1 kq ağ gilas
1 kq şəkər
0,5 stəkan su

Hazırlanması:
Gilası suyun altında yuyun və içindəki tumlarını çıxardın.
Şəkəri bir qazana tökün və üstünə suyu əlavə edin. Qazanı alov üzərinə qoyun. Şəkərli su qaynayandan sonra gilası siropun içinə atın və alovu orta gucə qoyun. Gilas siropun içində 10-15 dəqiqə qalmalıdır. Sonra isə alovu söndürün.


Ardı →

Qoz mürəbbəsi

Qoz mürəbbəsi dadlı olması ilə yanaşı, həm də çox faydalıdır. O, insan orqanizmində yod, həmçinin C və E, B qrupu vitaminlərinin çatışmazlığını aradan qaldırır. 

Tərkibi: 

100 ədəd sütül qoz
2 kq şəkər tozu
1 limon
10 ədəd mixək
0,5 kq söndürülmüş əhəng

Hazırlanması:
Mürəbbə bişirmək üçün hələ qabığı bərkiməmiş yaşıl qoz götürün. Əlinizə əlcək geyin (sütül qozun tərkibində yod çoxdur, bu səbəbdən əlinizdə qara ləkələr əmələ gələ bilər). Qozları yuyub qabığını soyun. İki gün soyuq qaynanmış suda saxlayın. Bu müddətdə sutkada 5 dəfə olmaqla suyu dəyişin (iki günə 10 dəfə). 

İki sutkadan sonra suyu süzün, qozun üstünə əhəngli su töküb bir gün saxlayın (bəzi xanımlar qozu əhəngdə 2-3 gün saxlamağı məsləhət görürlər). 

Əhəngli suyu əvvəlcədən hazırlamaq lazımdır. Bunun üçün 0,5 kq söndürülmüş əhəngin üstünə 5 l qaynadılmış soyuq su töküb qarışdırın. 4 saatdan sonra bu suyu bir neçə qat tənzifdən keçirib qozların üstünə tökün. 

Bir (yaxud 2-3) sutka sonra əhəngli suyu süzüb, qozları çəngəllə bir neçə yerindən deşin. 

Bütün qozları deşəndən sonra yenə üstünə soyuq qaynanmış su tökün. Hər sutka 5 dəfə olmaqla suyu dəyişərək yenə iki sutka saxlayın. 

Beləcə, 5 gün hazırlıqdan sonra suyu süzün, qozları qaynayan suya salıb 10 dəqiqə saxlayın. Sonra çıxarıb aşsüzənə yığın. 

Mürəbbə üçün şərbət hazırlayın. 2 kq şəkər tozunu 2 st. qaynanmış su, 1 limonun şirəsi və 10 mixəklə qarışdırıb bişirin. 

Bu şərbətin içinə qozları töküb vam odda bişirin. Qaynara düşəndə götürün. Arada 4-5 saat saxlamaq şərtilə 2-3 dəfəyə vam odda bişirin. 

Nuş olsun!
Davamı →

Feyxoa mürəbbəsi

Feyxoa mürəbbəsi  çox ləzzətli olur. Ləzzətli mürəbbədən dadmaq istəyənlər mütləq hazırlasın! Çünki  yeməklə doyulması mükün olmayan mürəbbədir. Mürəbbənin ətrinə isə söz ola bilməz.

Tərkibi:
Feyxoa — 1kq,
şəkər – 1,2kq.

Hazırlanması:
Eyni ölçülü feyxoa yuyulur, 3,5 dəq qaynar suda pörtülür, qabığı soyulur və üzərinə şəkər tozu əlavə edilib, 18-20 saat saxlanılır.
Sonra 100ml su əlavə edilib zəif odda arada 8 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirilir. Feyxoadan qabıqlı mürəbbə bişirdikdə əvvəlcə onları 7-8 yerdən deşdəkləyib 8-10 dəq. qaynar suda pörtürlər. Üzərinə şərbət əlavə edilir və 2-3 dəfəyə bişirilir.
Davamı →

Zoğal mürəbbəsi

Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı, sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər. Ümumiyyətlə, Azərbaycanın xalq təbabətində zoğalın meyvələrindən çox qədimdən isitməyə [malyariyaya] qarşı istifadə olunur. Zoğal mürəbbəsi soyuqdəyməni aradan qaldırır.

Tərkibi:
Zoğal – 1kq,
şəkər – 1,2kq.

Hazırlanması:
Zoğaldan bütöv və çəyirdəyi çıxardılaraq mürəbbə bişirilir. Şəkərə 2 stəkan su töküb şərbət hazırlanır. Şərbətin yarısı birinci bişirmədən əvvəl, yarısı isə 2-ci bişirmədən əvvəl tökülür. 5-8 saat saxlamaq şərti ilə 2 dəfəyə bişirilir. Bəzən zoğalın üzərinə şərbətin hamısı tökülür, qaynadılır və aradan 10-15 dəqiqə soyutmaq şərtilə 4-5 dəfəyə bişirilir.


Davamı →

Portağal mürəbbəsi

Tərkibi:
1kq qalin qabiqli portağal
8st şəkər tozu
1 ədəd limon suyu
5st su

Hazırlanması:
Portağallar yuyulur,ağ iç qabığı qalacaq şəkildə narıncı qabığı soyulur.Soyulan portağalların bir neçə yerinə bıçaqla deşik açılır. Portağallar bu şəkildə dərin bir qazana tökülür üzərini örtəcək qədər su tökülür. 5-10 dəq. qaynadılır, su süzülür. Bu proses portağalların acısı gedənə qədər ən azı 2 dəfə yerinə yetirilir(qaynadılma süzmə işi). Başqa bir qazanda su və şəkər tozu qaynadılır. Suyu süzülən portağallar istənilən şəkildə dilimlənir və şirənin içinə tökülür. Limon suyu da əlavə edilir, mürəbbə şəklinə gələnə qədər bişirilir. Soyuduqda bankalara yığılır.

Bu metodla limon,naringi və qreypfrut mürəbbələri də hazırlamaq olar.


Davamı →

Heyva mürəbbəsi

Tərkibi:heyva murəbbəsi
Təmizlənib doğranmış heyva – 1kq,
şəkər – 1,2kq

Hazırlanması: 
Heyva təmizlənir, 2 sm qalınlığında dilimlərə doğranır və qaynar suda 10-15 dəq. pörtülür. Sonra heyva dilimlərinin üzərinə qaynar şərbət əlavə edilir.
Şərbəti heyva pörtülmüş su ilə hazırlayırlar. Mürəbə arada 8-10 dəq. qaynadılıb 8 saat saxlanılmaq şərti ilə 3-4 dəfəyə bişirilir. 


Davamı →

Mürəbbənin hazırlanma sirləri

Yaz ki gəldi, yay ki gəldi, bilirik ki, qadınlar başlayırlar qışa hazırlaşmağa — qışa tədarük görülür, mürəbbələr, şorabalar, turşular hazırlanır və s. Bizə elə gəlir ki, biz hazırladığımız nə varsa hamısını düz hazırlayır, qaydaları 5 barmağımız kimi bilirik. Amma, belə deyil. Bizim də bilmədiklərimiz var. 
Mürəbbə bişirməyi hamımız bacarırıq, amma, incəliklərini bilmirik.

Bir mürəbbə sevən qız kimi oxuyub, bildiklərimdən, bacarıqlı əllərdən  oğurladıqlarımdan, təcrübələrimdən sizinlə də bölüşmək istərdim ki, bir yerdə faydalanaq.


Ardı →