Məhəbbət | Mənalı sevgi şeiri

 

Məhəbbət şeiri


Mən ki bilməz idim nədir məhəbbət,
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıхarıb oynatmadınmı?

 

Mən ki nəğmə dеyib bənövşələrdən
Pеşəm zövq almaqdı bir şuх dilbərdən,
Məndən uzaq gəzib, dolanıb hərdən,
Qəlbimi sıхmağa can atmadınmı?!


Davamı →

Əbədi sevgi mümkündürmü?

  • Sevgi
Meksika alimləri bu suala cavab tapmaq üçün xüsusi araşdırma aparıblar.
Eksperiment zamanı məlum olub ki, əbədi sevgi yoxdur. Təxminən 4 ildən sonra hətta ən böyük sevgi tədricən azalır və bir çox hallarda dostluq, hörmət, bağlılıq kimi hisslərlə əvəz olunur. Alimlər bunu insan beyində gedən kimyəvi reaksiyalarla əlaqələndirir.

Sevgi yarananda insan beynində adrenalin, dofamin kimi maddələrin ifrazı kəskin şəkildə artır ki, nəticədə insan öz sevgi obyekti haqqında daim fikirləşir, onun yanında olmaq istəyir, onun mənfi cəhətlərinə, səhvlərinə göz yumur və s. Daha sonra beyində xoşbəxtlik hormonların ifrazı tədricən azalır ki, romantik «kor» sevgi də azalmağa başlayır.

Lakin bu o demək deyil ki, sevgi tam ölür. Bir çox insanlarda romantik sevgi daha etibarlı formaya — bağlılığa, doğmalığa keçir.
Davamı →

Sevginin təkamülü

  • Sevgi
Sevgi nədir – Qərb ədəbiyyatının yaratdığı bir əfsanə, yoxsa ümumbəşəri möhtəşəm bir fenomen? İnsan niyə aşiq olur? İnsan necə sevir? Sevgi zəruridirmi? Sonunda elmin əldə etdiyi nəaliyyətlərlə bu suallara dolğun cavablar vermək mümkündür.

Dilimizdə sevgini ifadə edə bilən bir neçə söz var: eşq, məhəbbət, sevda. Bu sözlər bir çox halda eyniyüklü kimi qəbul edilsə də, əslində eyni mənaları ifadə etmirlər. Ona görə belə qərara gəldik ki, yazımız boyunca sevginin müxtəlif mərhələlərindən və növlərindən bəhs etdikcə bu anlayışlara da aydınlıq gətirək.

Əgər biz insanın təkamül yolu ilə yarandığını düşünürüksə, bəs necə oldu ki, sevgi yarandı? Sevginin insan təkamülündəki yeri haradır, hansı səbəblərdən qaynaqlanır? Şübhəsiz, təkamül boyunca dəyişikliklər mövcud hansısa zəruriyyətlərdən yaranır. Məhz sevgi də belə bir zəruriyyət idi.
Davamı →

Məhəbbət haqqında ən gözəl romanlar

  • Sevgi
1. Marqaret Mitçel “Küləklə sovrulanlar” — Sevmək üçün haqlı olmaq vacib deyil!
Roman güclü, gözəl, incə, cazibədar və cəsarətli bir qadının həyat hekayəsi barədədir. Onun uşaq səmimiliyi və həyat eşqi istənilən qadağalarla bəhsə girə bilər. Əsərin qəhrəmanı Skarlet çox şıltaq və çılğın bir qızdır.

O, Eşlini qarşılıqsız olaraq sevdiyi halda, onu həqiqətən sevən Ret Batlerin sevgisini görmür və ondan sadəcə olaraq istifadə edir. Skarlet nümunəvi qız olmasa da, Ret onu olduğu kimi sevir. Amma bu gözəl qadına laqeyd yanaşmaq mümkün deyil. Əsərdəki hadisələr çılğın sevgi və nifrətin fonunda baş verir.

Davamı →

Şiringül Musаyеvа/Ayrılıq çox acıdır.

  • Sevgi
MƏ­HƏB­BƏT GÖZLƏNILMƏDƏN GƏLIR
 
Hər şеy qə­fil və bir­dən оldu: hələ üzünü gör­mə­di­yim аdа­mın səsi nеcə də tа­nış və dоğ­mаy­dı. Bu səsi hаr­dаsа еşit­miş­dim­mi? Bil­mi­rəm… Bəlkə, хə­yа­lım­dа yа­şаt­dı­ğım аğ аtlı оğ­lаn bеlə dа­nı­şır­mış…
Içim­də qə­ribə bir tit­rə­yiş, köv­rək­lik əmələ gəlib, о sə­sin sа­hi­bini gör­mə­li­yəm…
Qа­pını аçıb içəri dа­хil оlu­rаm. Orxan  müəllim   аyаğа du­rub qаr­şımа gəlir. О sə­sin sа­hi­bi­dir, — о səs kimi gö­zəl və əzə­mət­li­dir. Qаrа, nü­fu­zе­dici göz­ləri ilə məni sü­zür və  soruşur
-Zəng  edən  qız — Şəhla  sənsənmi?
Davamı →

SEVGİ PSİXOLOJİKDİRMİ?



Hər bir qadın, hər bir kişini sevə bilər və hər bir kişi də hər bir qadını sevə bilər. Amma bu, o mənaya gəlmir ki tutaq ki bir qadın, dünyadakı 3,5 milyard kişinin hamsını sevə bilər. Xeyr. Sadəcə olaraq əgər bəyənirsə sevə bilər, bəyənmirsə zatən sevmək mümkün deyildir. Bəyənmək, hələ sevmək demək deyil, amma sevginin belə desək yarısıdır, 50 faizidir. Qalan 50 faiz isə düşünməkdir. Yəni istənilən bir kəs, bəyəndiyi bir insan barəsində tez-tez düşünərsə onu sevməyə başlayacaqdır.
Davamı →

Məhəbbət anlamı

  • Sevgi

Emosional münasibətlərin inkişafında məhəbbət fenomeni özünəməxsus yer tutur. İnsan həyatında məhəbbət hissinin əhəmiyyəti və yeri bütün zamanlar üçün aktual olduğu qəbul edilmişdir. O zaman sual meydana çıxır; Bəs məhəbbət nədir?

Öncə onu qeyd edək ki, məhəbbət psixoloji analiz üçün son dərəcə mürəkkəb obyektdir. Psixologiyada bu fenomenə müxtəlif yanaşma tərzi vardır. Bəzi psixoloqlar məhəbbəti ali hiss, bəziləri isə insanların eynilikdən yorularaq uydurduqlarını qeyd edirlər.

Qeyd etmək lazımdır ki, məhəbbət təkcə hiss deyil, eyni zamanda başqasını sevmək qabilliyyəti, eləcədə sevilmək imkanıdır. Eyni zamanda məhəbbət insanlar arasında elə münasibət formasıdır ki, burada bir insanın digərlərindən üstün olması, bir insanın digərinə tabe olması yol verilməzdir. Həqiqi, qarşılıqlı məhəbbət zamanı hər iki tərəf bərabərdi. Biri digərinə özünü qurban vermir, heç kəs heçnə itirmir əksinə, yalniz qazanır. Bu məhəbbətin qanunudur.


Ardı →