Maraqlı məlumatlar

1. Məhbuslarının sayının ən çox olduğu ölkə ABŞ-dır. Kimisə həbsxanaya salmaq məsələsinə gəldikdə bu ölkəyə tay yoxdur. ABŞ-da dünya əhalisinin 5%-i yaşayır və dünyada olan məhbusların 25%-i (təqr. 2,2 mln. insan) məhz buradadır.
2. Saat zolaqlarının sayı ən çox olan ölkə Fransadır. Fransanın dəniz əraziləri daxil olmaqla bütün ərazisini nəzərə alsaq görərik ki, bu ölkə 12 saat zolağında yerləşir. ABŞ 11 saat zolağını, Rusiya 9 saat zolağını əhatə edir.
3. Yolları korallardan olan  dünyada yeganə ölkə Quamdır. Quamda təbii qum yoxdur, ona görə orda asfaltı korallardan və neftdən istifadə etməklə hazırlayırlar.
4. Göllərinin sayı ən çox olan ölkə Kanadadır. Dünya göllərinin 60%-i Kanada ərazisindədir. Kanadada ölkənin 9%-ni tutan 3 000 000-dan çox göl vardır.
5. Opiumun ən böyük istehsalçısı olan ölkə Əfqanıstandır. Burada dünyada istehsal olunan opiumin 95%-i istehsal olunur.

Ardı →

Sağlam həyat üçün məlumatlar və məsləhətlər

Alma ömrü 17 il uzadır!
Alma insan orqanizminin cavan qalmasına kömək edir. İngiltərənin Noriç Universitetinin alimləri belə bir qənaətə gəlib. Alimlər almanın tərkibində ürəyi cavanlaşdıran, qan dövranını yaxşılaşdıran, immuniteti gücləndirən mürəkkəb element aşkar ediblər. Epaktehin polifenolə adlı element ürək-damar sisteminə ən yaxşı təsir edən və damarların elastikliyini qoruyub saxlayan nadir maddələrdən biridir. Britaniyalı alimlər iddia edirlər ki, mütəmadi olaraq alma yeyən şəxslərin damarlarının divarları elastik olur ki, bu da onları ürək xəstəlikləri, infarkt və insultdan daha çox qoruyur. Təcrübələr zamanı 1000 könüllü mütəmadi olaraq alma şirəsi qəbul edib. Tədqiqatın nəticələri belədir ki, bu şəxslərin orqanizmi minimum 17 il cavanlaşıb.


Ardı →

Maraqlı məlumatlar-2

-İnsan bədənində 5 sm boyunda bir mismar düzəldəcək qədər dəmir vardır.
— Körpəykən 270 dən çox sümüyümüz varkən, böyüdükcə bunların bəzisi bir-biriylə qaynaşaraq sonunda yalnız 206 sümüklə qalarıq.
— Normal bir insan bədənində olan elektrik, 25 Wattlıq bir lampanı dəqiqələrlə yandıra bilər.
— Əsmərlərdə 120 min, sarışınlarda isə 140 min ədəd saç teli vardır.
— İnsan dırnağı bir ildə 3,75 metr qədər uzanar.
— İnsan doğulduqdan bir neçə gün sonraya qədər, heç bir şey eşitməyəcək qədər kardır.
— İldə ortalama 10 milyon dəfə göz qırparıq.


Ardı →

Bunları bilmək maraqlı olar

  • Nyu-York mağazasının satıcısı Tomas Salivan çayları ipək kisələrdə satmağı qərara alır. O çayların belə satılmasının daha da rahat oduğu üçün edir. Alıcılar səhvən çayları kisə ilə birgə qaynar suya salırlar. Alınan nəticə alıcıların çox xoşuna gəlir. Çay paketləri belə yaranır.


Ardı →

Uşaq bezləri

Texnologiyanın inkişafını nəzərə alsaq, əvvəllər ana olmaq daha çətin idi deyə bilərik. Buraya təkcə yeni çıxan elektronik avadanlıqlar daxil deyil. Söhbət anaların həyatını yüngülləşdirən uşaq bezlərindən gedir.
Yaxın keçmişdə analar uşağı bələyəndə, gəzməyə aparanda və tualetə getməyi öyrənənə qədər parça bezlər işlədiblər. Artıq neçə illərdir ki, hazır uşaq bezləri satılır. Bu bezlər analara «nəfəs almağa imkan versə də», maddi cəhətdən ailənin büdcəsinə ziyan verir. Bəziləri bezlərin uşaq sağlamlığı üçün zərərli, bəziləri isə heç bir zərərin olmadığı iddia edir. Xüsusən də yaşlı nəsil bezlərin əleyhinə çıxır. Amma bezlər elə hazırlanıb ki, onların körpənin dərisinə dəyən hissəsi quru qalır, dəri nəmişliyə məruz qalmır.
Ardı →

Qəribə qanunlar 4

İtaliyanın Venesiya şəhərində turistlərə vəhşi göyərçinləri yedizdirmək qadağandır. Burada məqsəd tarixi binaları qorumaqdır. Bu qadağanı pozanları 600 dollar cərimə gözləyir.

ABŞ-ın Alabama ştatında dəvələri ovlamaq qadağandır. Məsələ ondadır ki, əvvəllər ABŞ ordusunda dəvələrdən ağır yükləri daşımaq üçün istifadə edirdilər. Yerli əhali isə dəvələri əcaib vəhşi heyvan hesab edərək onları ovlayırdı. Bununla da ABŞ ordusuna külli miqdarda ziyan vurulurdu. Nəticədə bütün dəvələri ordudan qovdular. Alabamanın səhralarında isə hələ də vəhşi dəvələrə rast gəlmək mümkündür.
Ardı →