Mətbuat xidmətləri. Nə və necə etməli?

Söz yaranandan bəri insan cəmiyyətində ən çox istehsal edilən və istehlak olunan mal məhz informasiyadır. Söz isə, müqəddəs kitabda deyildiyi kimi, hər şeydən əvvəl yaranıb.
Bəşər tarixi informasiya istehsalının, vasitələrinin və ötürücülərinin inkişafı tarixi ilə üst-üstə düşür. Bugünün qəzetləri, jurnalları, tele- və radiostansiyaları bir zamanlar şamanların, orakulların, carçıların, salnaməçilərin qördüyü işi başqa səviyyədə və müstəvidə davam etdirir. Əlbəttə, indi informasiyanın mənbələri və istehsal prinsipləri, bütövlükdə dövrün tələbatına uyğun olaraq, əvvəlkindən tamam fərqlidir. Mətbuat xidmətləri də həmin tələbatdan doğan həm yeni mənbə, həm də yeni istehsal prinsipi deməkdir.
Davamı →

PR mütəxəssisi kimdir

PR üzrə mütəxəssis ictimaiyyətlə əlaqələri necə qurmaq barədə məsləhət verən ekspertdir. O, öz müştərisinin (rəhbərinin) və ya hər hansı layihənin ictimaiyyət üçün maraq kəsb edən cəhətlərini müəyyənləşdirməyə çalışır. PR-men öz müştərisinin davranışı ilə onun ictimaiyyətin ümid və arzuları arasında uyğunluq və ziddiyyətləri aşkara çıxararaq müvafiq tədbirlər planı hazırlayır. O, müştərisinə məsləhət görür ki, ictimaiyyətin tələb və arzularına güzəştə getmək üçün davranış modelini dəyişsin. Əgər müştəri onun məsləhətlərinə əməl edib davranış modelini dəyişməyə razı olursa, PR-men hazırladığı plan əsasında müxtəlif üsullarla ictimaiyyətdə müştərisinin müsbət imicini yaradır. Plüralist cəmiyyətlər rəqabət cəmiyyəti olduğundan PR mütəxəssisi ictimaiyyəti inandırmağa çalışır ki, məhz onun müştərisi və ya onun layihəsi cəmiyyətin maraqlarına daha dolğun cavab verir. PR mütəxəssisi şəxsiyyət, təşkilat və ya ideya ilə ictimaiyyət arasında harmonik münasibətləri qurur, onları idarə edir və nəzarətdə saxlayır.
Davamı →

PR-ın tarixi haqqnda

PR termininin ilk dəfə ABŞ prezidenti Tomas Cefersonun istifadə etdiyi deyilir. 1807-ci ildə o  «Konqresə 7-ci Müraciət»inin qaralamasında ilk dəfə olaraq ictimaiyyətlə əlaqələr – PR terminini işlətmiş­di. Bu termin altında o, ölkə miqyasında hökumətə inam ab-havasının yaradılmasını və bu işdə siyasi in­stitutların səylərinin artırılmasını başa düşürdü.
Amma, terminin özünün bilavasitə istifadə edilməməsi heç də o demək deyildi ki, qədimdə icti­maiyyətlə əlaqələrə diqqət yetirilmirdi. Qədim Yuna­nıstan və Qədim Roma  mədəniyyətlərində ictimai rəyə böyük diqqət ayrılırdı. Qədim Romada ictimai rəyə münasibət «vox populi – vox dei», yəni, «xalqın səsi – Allahın səsidir» şüarında açıq-aydın görünür.


Ardı →

PR: nə və nə üçün?

İctimaiyyətlə əlaqələr barədə, onun üstün və çatışmayan cəhətləri barədə danışmadan öncə mütləq onun NƏ olduğunu açmaq gərəkdir. Ona görə yox ki, bizim əziz oxucularımız bu barədə məlumatsızdılar. Əsla belə deyil. Bu termin artıq kifayət qədər bizim gündəlik həyatımızda işlənilir və elə bu söz birləşməsinin mənası onun mahiyyəti barədə xəbər verir. Amma, o da nəzərə alınmalıdır ki, ictimaiyyətlə əlaqələr Azərbaycan üçün yeni bir sahə olduğundan heç də hamıda onun tam mahiyyəti barədə dolğun təsəvvür olmur. Yəni, əksər hallarda ona dar məna verilir və bu son nəticədə ictimaiyyətlə əlaqələr barədə qeyri-dəqiq və natamam təəssürat yaradır.
Haqqında danışdığımız «İctimaiyyətlə əlaqələr» ingilis dilindən «public relations» termininin tərcüməsidir.
Davamı →

Beynəlxalq "Pablik Rileyşnz" Assosiasiyası

1949-cu ilin noyabrında PR üzrə iki holland və dörd ingilis mütəxəssisi Londonda toplaşmışdılar. Müzakirələr zamanı PR üzrə bir beynəlxalq cəmiyyətin yaradılması ideyası ortaya çıxdı. Təklif edildi ki, bu cəmiyyət PR sahəsində xidmətlərin səviyyəsinin yüksəldilməsi və praktik PR-la məşğul olan mütəxəssislərin peşəkarlığının artırılması ilə məşğul olsun.


London görüşünün davamı olaraq, 1950-ci ilin martında Böyük Britaniyanın, Niderlandın, Fransanın, Norveçin, ABŞ-ın PR mütəxəssisləri Hollandiyada yeni bir toplantı keçirdilər. Bu görüşdə qəbul olunmuş bəyannamədə deyilirdi ki, PR sənətində peşə ixtisasını artırmaq, etik normaları bərqərar etmək məqsədi ilə, habelə beynəlxalq informasiya mübadiləsinin və əməkdaşlığın vacibliyini nəzərə alaraq, iştirakçılar PR üzrə Beynəlxalq Assosiasiya yaratmaq qərarına gəlmişlər.


Ardı →

Fotoşəkillər

Bir qayda olaraq, ictimai əlaqələr sahəsində çalışan peşəkarlar bütün diqqətlərini şifahi və yazılı nitq mədəniyyətinin inkişafına, mətnləri tərtib etmək bacarığının artırılmasına yönəldirlər. Əlbəttə, fikri sözlər vasitəsilə düzgün və anlaşıqlı ifadə etmək çox vacibdir, lakin bu, yalnız o zaman güclü effekt doğurur ki, mətni müşayiət edən illüstrasiyalar da kifayət qədər yüksək peşəkarlıqla yerinə yetirilsin.

Fotoşəkillər ideyanı daha yaxşı illüstrasiya etməyə və onu auditoriyaya dəqiq çatdırmağa kömək edir. Mətn və illüstrativ materiallardan birgə istifadə yolu ilə həyata keçirilən PR kampaniyaları daha səmərəli nəticələr verir. Aparılan təcrübələr göstərir ki, şifahi məlumat illüstrasiyalarla müşayiət olunduqda, informasiyanın yadda saxlanma əmsalı ikiqat artır. Məlumdur ki, hər bir illüstrasiya öz-özlüyündə xeyli sayda (hər halda, mindən az olmayan) sözə bərabər ayrıca materialdır. Oxucuların çoxu məqaləni sürətlə gözdən keçirir, fotoşəkillər isə diqqəti sensasiyalı başlıqlardan heç də az cəlb etmir.


Ardı →

Radio və televiziya

Elektron kütləvi informasiya vasitələri hər hansı yeniliyi milyonlarla insana eyni zamanda çatdırmaq gücünə malikdir. Radio və televiziya — olduqca dinamik kütləvi informasiya vasitələridir və bu, onların ən üstün cəhətidir. İctimai əlaqələr üzrə mütəxəssislər həmişə bunu nəzərdə saxlamalı və efirdə yayılmaq üçün hazırladıqları materialların yığcam olmasının qayğısına qalmalıdırlar. Efir vaxtı ciddi şəkildə məhdudlaşdırılır. Buna görə də televiziyada və radioda yeniliklər mümkün qədər sürətlə təqdim olunmalı, təqdimat üçün seçilmiş janrın tələblərinə tam riayət edilməlidir.

Daha bir cəhət  PRmeni efir vaxtına xüsusi ehtiyatla yanaşmağa vadar edir: televiziya tamaşaçılarının  və radio dinləyicilərinin bir düyməni basmaqla kanalı çevirmək və sizin materialınızdan birdəfəlik imtina etmək imkanı vardır. Bu səbəbdən də təqdim etdiyiniz mətn və süjetlər auditoriyanı daim cəlb edə biləcək səviyyədə maraqlı olmalıdır.


Ardı →

Məqalələr

Təşkilatınızın adının mətbuatda tez-tez çəkilməsi üçün heç də həmişə məhz sizin təşkilatın həyatında hər hansı əlamətdar hadisənin baş verəcəyini gözləmək lazım deyil. Təşkilat adından cəmiyyətdəki aktual problemlərə münasibət bildirməyin özü də PR fəaliyyəti kimi qiymətləndirilir.


Mətbu orqanlara oxucuları maraqlandıran spesifik mövzular üzrə ekspert rəyləri lazım olur. Hər bir təşkilatda müəyyən sahələr üzrə mütəxəssislər tapmaq olar — mühasib, ekoloq, hüquqşünas və s.  PRmenlə birgə bu mütəxəssislər cəmiyyəti narahat edən aktual məsələlər üzrə maraqlı məqalələr, redaksiyaya məktublar yaza bilərlər.


Ardı →

Mətbuat konfransı

Mətbuat konfransı — təqdim olunan layihə haqqında KİV-nə faktiki və ya analitik informasiya vermək məqsədilə dövlət, ictimai, siyasi, kommersiya  qurumları nümayəndələrinin jurnalistlərlə keçirdiyi görüşdür. Bu görüş jurnalistlərə informasiyanı «birinci əl»dən, səlahiyyətli nyusmeykerlərdən (layihəni rəsmən təqdim edən şəxsdən) almaq, təşkilata isə eyni zamanda bir neçə KİV-nin nümayəndəsi ilə ünsiyyətdə olaraq, informasiyanı təfərrüatı ilə onlara çatdırmaq imkanı verir.
Mətbuat konfransının təşkili prosesində bir neçə mərhələ var ki, aşağıda  onlardan hər birinin səciyyəvi xüsusiyyətləri haqqında söhbət açılır.
Davamı →

Konfranslar

Konfranslar, dəyirmi masalar, seminarların təşkili ictimai təşkilatların və partiyaların fəaliyyətində mühüm yer tutur. Hərçənd kommersiya strukturları da yeri gələndə bu cür tədbirlərin təşəbbüskarı və ya sponsoru kimi çıxış edirlər.

Mətni sadələşdirmək üçün yuxarıda sadaladığımız tədbirlərin hamısını bundan sonra eyni sözlə «işçi görüş» (ing. workshop, rus. raboçaya vstreça) və ya sadəcə «konfrans» adlandıracağıq. Lakin qeyd etmək lazımdır ki, dəyirmi masaların, seminarların və konfransların hamı tərəfindən qəbul olunmuş fərqli xüsusiyyətləri var. Məsələn, seminarda treninq (öyrətmək) amili daha güclüdür. Burada «öyrədən» iştirakçılarla «öyrənən» iştirakçılar arasındakı fərq aydın görünür. Onun əksinə olaraq, dəyirmi masada hamı eyni «status» daşıyır, hərçənd burada da aparıcının (bu rolda adətən dəyirmi masanın təşkilatçısı çıxış edir) «xüsusi status»u» hiss oluna bilər.


Ardı →