Tanınmış xanımlar qadın zorakılığından danışdılar

Brilliant Dadaşova
Xalq artisti

Mənə belə gəlir ki, qadın ilk dəfə şiddət görən andan qarşı tərəflə münasibəti bitirməlidir. Əlbəttə, bu, çox çətindir. Bəzən qadınlar böyük məhəbbətlə sevirlər və sevdikləri insana inanıb güvənirlər. Bu inamla da ümid edirlər ki, hər şeyin dəyişəcəyi gün gəlib çatacaq. Biz həmişə dədə-babadan da belə eşitmişik, deyiblər, gün gələr, düzələr. Ancaq həmin gün gəlmir. Əksinə, günlər gedir və bu günlər həyatdan, ömürdən, sağlamlıqdan gedir.

Davamı →

Ədəbiyyat və aktuallığını itirməyən qadın emansipasiyası

Hər nə qədər ədəbiyyata tərs bir davranış şəkli olsa da, qadına şiddət mövzusunun işləndiyi sahələrdən biri də ədəbiyyatdır. Xüsusilə təhkiyəli əsərlərdə örnəklərinə tez-tez rast gəldiyimiz cinsi, fiziki və psixoloji şiddət mövzusunun roman, hekayə, povest, tamaşa və filmlərdə fərqli rakurslardan işləndiyini görürük.
Həm yerli ədəbiyyatımıza, həm də dünya ədəbiyyatına  nəzər salanda fiziki və psixoloji şiddət motivlərinin xeyli zəngin olduğunu görmək mümkündür. Çünki şiddət bir yazıçı üçün əsla qaçırılmayacaq xammaldır. Psixoloji şiddət insanı cəmiyyətdən təcrid etməyə, qorxutmağa çalışmaq və bu yollarla qarşısındakı insana zərər verməkdir.

Davamı →

Nəzarətsiz aqressiya və ya qadın əmtəə kimi

  • Qadın
Müasirlik trendləri, o cümlədən sosiomədəni trendləri də sevir. Trendlər bitib-tükənməyən söhbətlərin, dedi-qoduların, hətta elmi müzakirələrin mövzularına çevrilib. Məsələn, ağlıma ilk gələn, hamının tez-tez eşitdiyi aktual mövzulardan bir neçəsi: gender, mühacirət, mümkün olan bütün azlıqların hüquqları, təkcə dini inancı yox, cinsi indentifikasiyanı da seçmək hüququ; tutaq ki, sizə kişi, ya da qadın kimi doğulmaq qismət olub və bu, sizi çox məyus eləyir. Amma bu karma ədalətsizliyinə ömrünüz boyu dözməyə məcbur deyilsiniz, – cərrahi əməliyyat elə və ömrünün qalanını xoşbəxt yaşa.

Davamı →

Namus gözətçisi "ər"

Sabahınız xeyir demək istərdim sizə. Fəqət, gün gerçəkdən aydınmı, onu bilmirəm. Hər gün səhər yeməyindən sonra təzə dəmli çaydan bir stəkan süzüb, kül qabını eyvandakı divanın başlığına qoyub bir siqaret yandıraraq xəbər saytlarında gəzişmənin keyfindən özümü məhrum etmirəm. Bu aralar, hətta son altı aydır, bundan zövq ala bilmirəm. Məsələ çayın pürrəngi olub-olmaması ya da siqaretin yaratdığı öskürmə ilə ciyər narahatlığı deyil. Məsələ çox dərindi. Saytlardakı xəbərlərə baxdınızmı heç? Bir qadın olaraq bu ölkədə yaşamaqdan qorxuram. Hər gün öldürürlər, ay adamlar, hər gün mütləq qadın ölümü yaşanır bu məmləkətdə.

Davamı →

Qadın və ailə zorakılığı

Ailə zorakılığı məfhumu son vaxtlar ortaya atılmış bir mövzudur və bu mövzu ətrafında mübahisələr günü-gündən artmaqdadır. Ələlxüsus da medianın kişi ağalığı adlandırdığı bu mövzu ilə bağlı hay-küy getdikcə çoxalır. Hətta bu anlayış qanun və şəriət baxımından bir çox informasiya vasitələrinə də təsir etməkdədir. Biz də öz növbəmizdə bu məsələni işıqlandırmağı münasib gördük və Əllamə Seyid Əli Fəzlullaha bu barədə bir çox suallarla müraciət etdik.

Davamı →

Ərinin onu döyməyini istəyən Azərbaycan qadını

Bu tragikomik əhvalatı yaxın dostlarımdan biri danışıb. Ailəvi dostlarından birinin evinə qonaq gediblər. Ev yiyəsi qonaqlar üçün toyuq kəsir. Amma arvad mətbəxdən həyətə, kəsilmiş toyuğa yetişənə kimi həyətdəki qoyun iti ondan cəld tərpənir. Qadın əlində iri yun çubuğu ərinə yaxınlaşır, qarşısında üzü üstə uzanır: “Vur Nizami, haqqındır”! Qadın səmimiyyətlə deyir bunu. Və ər heç nə olmamış kimi arvadın cəzasını verir…

Bu ayın əvvəlində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi maraqlı bir açıqlama vermişdi. Mərkəz ölkədə qadınlara qarşı məişət zorakılığı xüsusiyyətlərinin, səbəblərinin araşdırılması üzrə sorğunun nəticələrini elan etmişdi.
Davamı →

Qadın sənin tarlan deyil

Nə yazacağımı bilmirəm. Amma qısa olaraq belə deyim. Evdə sizə nə deyirlərsə desinlər, qadınlar sizin tarlanız zad deyil.

Qadının mövqeyini qazanmaq üçün ilk növbədə qadının özünün rizasını, yəni icazəsini almalısınız. Özü də hər dəfə üçün ayrı-ayrılıqda. Dünən o sizə mehriban baxdısa, bu gün «nastroyennisi» olmaya bilər. Günahı özündə axtar. Xoşuna gəlməsə, sizə üz verməyəcək. Lap əccəb edəcək.

Bu arada, ol qadın sizin öz halalca həyat yoldaşınız da ola bilər. Yoxsa qızın barmağına üzük taxdınız deyə, «seks qaranti» deyə düşündün, zibidi?
Davamı →