Artur Şopenhauer: Qadınlar haqqında

“İnsan həyatının başlanğıcı qadın sinəsində doğur
İlk kiçik sözləriniz onun dodaqlarından öyrənilir,
İlk göz yaşlarınızı o silir, və son nəfəsiniz
Tez-tez onların qulaqlarına üfürülür,
Kişilər onlara rəhbərlik etmiş insanın son saatında 
Ona qayğı göstərmək kimi rəzil işdən qaçdıqları halda.”

Hər iki parça qadının dəyərini doğru nöqteyi-nəzərdən göstərir. Qadın bədəninin görünüşünə baxmaq kifayətdir ki, onun nə mənəvi, nə də fiziki olaraq ağır iş üçün nəzərdə tutulmadığını anlayasan. O, həyata olan borcunu əslində etdikləri ilə deyil, əzabları ilə ödəyir – doğmaqla, uşağa baxmaqla, səbirli və gülərüz yoldaş olmağa məcbur olduğu ərinə tabe olmaqla. Yüksək kədərlər və sevinclər və ya gücün əzəmətli nümayişi onlar üçün deyil. Qadının həyatı kişininkindən daha sakit, daha nəzərəçarpmaz və daha yumşaq axıb getməlidir, fərqi yoxdur, o xoşbəxtdir, ya yox. 

Qadın lap əvvələn ilk uşaqlıq illərimizin tərbiyəçisi və dayəsi kimi hərəkət etməyə yönəlikdir, sadə bir səbəbə görə — çünki özləri də uşaqdırlar, səfehdirlər, uzağı görməzlər, bir sözlə, həyatları boyunca böyük uşaq olaraq qalırlar, uşaqla əsl insan olan kişinin ortasında bir yerdə dayanırlar.
Davamı →

Qızılla gümüşün qadın orqanizminə təsirləri

  • Qadın
Bu iki metalı heç vaxt birlikdə istifadə etməyin! Qızıl və gümüş əsrlərdir ki, əks enerjilərin təcəssümü sayılır. Hətta bioenerjiylə tanış olmayan adam da bilir ki, qızılla gümüş çox pis uzlaşır.

Bu iki qiymətli metalı birlikdə taxdıqda onların şəfalı xassələri çox vaxt işləyə bilmir. Qızıl və gümüş iki tamamilə müxtəlif enerji axınının bir-biri ilə uzlaşmamasının parlaq nümunəsidir.

Gümüş qızılı dağıdır
Qızıl daha yumşaq materialdır. O, öz fiziki xassələrinə görə gümüşün əksi sayılır. Onların birlikdə istifadəi təhlükəlidir. Məsələn, biri gümüş, digəri isə qızıl boyunbağı taxsanız, gümüş qızılın müsbət təsirini siləcək, çünki gümüş qızıldan daha bərkdir. Parıltısına və gözəlliyinə baxmayaraq, qızıl yumşaq və elastik metaldır. O, yalnız insan dərisi ilə qarşılıqlı təsirə girə bilir.

Əgər dünyanın müxtəlif metallarından hazırlanan bəzək əşyalarını eyni anda taxmağı çox istəyirsinizsə, onda elə edin ki, onlar bədəninizə toxunmasın.
Davamı →

Kişilərdən doğulan qadınlar

  • Esse
Kim deyir, kişilər doğmur? Kişilər də doğur: sevgi dolu, uğurlu, dünyaya meydan oxuyan güclü qadınlar məhz kişilər tərəfindən doğulur. Bir az cəsarətindən, ən çox sevgisindən, bir xeyli də verdiyi güvəndən dünyaya gəlirlər. Necə, analar sancını, ağrını, əzabı, gələcək bütün fəlakətləri bilə-bilə uşaq dünyaya gətirirlər, eləcə də həmin kişilər bu riski gözə alır.

Hər kişi bunu bacarmır. Bəziləri ömür boyu sonsuz olur. Qabriel də hamı kimi anasından doğulmuşdu. Böyük bacısıyla birlikdə rəqs edib, mahnı söylədikləri bir kafedə varlı zabit Etyenlə tanış olmasıyla başlayır onun eşq həyatı…
Davamı →

Adam kişi olmalıdır?

  • Esse
İnsanı hər mənada yaradan qadındırsa, niyə və nə vaxtdan insan deyərkən kişi başa düşülür (məsələn, bir çox dillərdə insan sözü ilə kişi sözü eynidir), niyə “Adam kişi olmalıdır”? Niyə və nə vaxtdan qadın göyün yeddinci qatından yerin dibinə endirildi, and yeri olan orqanları söyüş yerinə çevrildi, şüuraltında qul ilə eyniləşdirildi və s.

İnsanı insan edən nə varsa qadınla başlayıb; qadın – insanın təkcə ilk vətəni deyil, ümumiyyətlə, ev quruculuğu onun adıyla bağlıdır. Həmin evlər ana qarnını imitasiya edən dairəvi formada olurdu. Hələ də bu cür ev forması qalır: Afrika xalqlarından olan sombalarda (tata adıyla), bir sıra türk xalqlarında (yurd adıyla), Arktika xalqlarından eskimolarda (iqlu adıyla) və s.
Davamı →

Doğmaq istəməyən qadın

  • Esse
qadınBir qadının ən böyük haqqı ana olmaq istəməsidi. İstəməməsi də haqqıdı. Təkrar edirəm, bir qadın ana olmaq istəmirsə, bu, onun haqqıdı. Ancaq istəyirsə, mental olmazlarla buna əngəl yaratmaq, mütləq “ərə getməlisən” şərti qoymaq vəhşilikdi. Biz kimik başqa birinə yaşam şərtləri qoyaq. Təsəvvür edirsiz, biz kiminsə necə yaşamalı olduğuna qərar veririk. İnsana deyirik ki, ərə getmədən ana ola bilməzsən. O da ailə qura bilməyəndə düşür problemin içinə. Heç nədən olur bədbəxt. Halbuki dünyada həyatı gözəlləşdirən min bir mətləb var. Adamları əzab içinə salmağa nə haqqımız var? Kimik biz? 

Bir qadın evli deyilsə, ana olmalı deyil deyə bir qayda yoxdu təbiətdə. İnsan dünyaya nigah kitabçası ilə gəlməyib. Nigah kitabçası qanuni seçimlərindən biridi. Şərt deyil. Qanun deyil. Seçimdi. Təbiət demir ki, evli olmadan analıq haqqın yoxdu. Bir qadın təkdisə, elə tək də olmalıdı qanunu yoxdu.
Davamı →

Gerçək fahişəlik

  • Esse
Yazıçı Nicki Roberts feminizm üzərinə araşdırma aparır və fahişəliyin tarixini incələyir. «Qərbdə fahişəliyin tarixi» adlı kitab yazır. Bu kitabı oxuyanda belə bir nəticəyə gəlirsən: Patriarxat gerçək dəyərləri, doğruçu əxlaqı gizlətmək üçün bütün əxlaq kodeksini azad həyat sürən, kölə olmaq istəməyən qadına yükləyib. Adını da “fahişə” qoyub. Dolayısıyla, azadlığın bir adı fahişəlik kimi təqdim edilib. Gözdən salınıb.

Patriarxat bunu niyə edib soruşa bilərsiz. Bir şirkət düşünün. İşçiləri yalnız bir cinsdən ibarətdi. İşçilərin niyə yalnız bir cinsdən ibarət olması da ayrıca mövzudu. Deməli, şirkətin qaydalarına görə alıcını aldatmaq, saxta mal istehsal etmək, işçilərdən rəhbərə söz daşımaq, kiminsə “torbasını tikmək”, asan yolla pul qazanmaq, rüşvət almaq və bu kimi qaranlıq işlər etmək olmaz. Amma insanın təbiətdən gələn yırtıcı xisləti var – tez və nə yolla olur olsun əldə etmək istəyir. Bütün mədəni cəmiyyətlər bu yabanı yoldan keçib tərbiyələnib, sivilləşiblər.
Davamı →

Ərin qulu

  • Esse
Bir kişi sizlə evlənib deyə özünüzü ona borclu saymayın. Evlənmir evlənməsin. Evlənir evlənsin, özü bilər. Ailə qurmamağı özünüzə dərd etməyin. O zaman mütləq ailə quracaqsız. Tək qalmağı kimsə sevmir. Hər kəs həyatında başqa birinə ehtiyac duyur. Adamlar buna görə evlənirlər. Ancaq bu, insanın xoşbəxtlik qarantı deyil. İnsanı xoşbəxt edən tək səbəb onun özü ilə vəhdətidi. Özü ilə rahatlığıdı. Içindəki xoşbəxtlik anlayışıdı. Bir gün qarşısına bunları paylaşa biləcəyi kimsə çıxırsa, həyat bir az da gözəlləşir, çıxmırsa, dərd deyil. Tək qalmaq kimləsə vəhdətdə olmadan yaşamaqdan daha rahatdı.

Ətrafa baxanda, insanlararası münasibətlərə diqqət edəndə bunları görmək olur. Kimlər daha rahatdı, kimlər daha bədbəxt? Psixoanalitiklər deyirlər ki, əks energetikalı, bir-birini anlamayan adamların birliyi cəmiyyətin əsas stress mənbəyidi. Buna görə dövlətlər ailə mövzusunu xüsusi proqramlarla işləyiblər.
Davamı →

Əziz xanımlar, bunları etməyin


Əziz qadınlar, üzərinizdə işləyin. Zəkanızı itiləyin. Vaxtınızı mətbəxə, məişətə çox sərf etməyin. Özünüzü məişət quluna çevirməyin.

Bütün günü sevgilinizi güdməyin. Sağlamlığınıza fikir verin.
Keçmişdən qopmağa çalışın. Hərlənib — fırlanıb eyni şeyləri danışmayın. Mənası yoxdu.
Özünüzü mənasızlığa qapdırmayın. İnsanın çata biləcəyi yüksəlişə çatmağa çalışın. Qeybətdən, dedi-qodudan uzaq olun.  Yalnız geyim, ayaqqabı, kosmetika, salon haqda düşünməyin.

Baxımlı olmaq gözəldi. Ən gözəli ağıllı olmaqdı. Ən baxımlı qadını belə ağılsızlıq çirkin göstərir. Təbiiliyinizi qorumağa çalışın. Çox yeməyin.
Davamı →