Uğurlu olmaq istəyən hər bir qadının baxmalı olduğu filmlər

  • Kino
Ümumiyyətlə qadınların motivasiyası kişilərdən çoxdur. Lakin qadın əlavə motivasiya depolamaq üçün nəsə etmək istər. Kimi bu zaman kitab oxuyar, kimi musiqiyə qulaq asar, kimi filmə baxar. Bugünkü məqaləmizdə öz motivasiyasını filmlərlə bərpa etmək istəyən qadınlar üçündür. 1Lady.az komandası uğurlu qadının baxa biləcəyi 8 filmi sizlər üçün sıralamışdır.
Qeyd: İMDb xalı İnternet Movie Database  ifadəsinin baş hərflərindən meydana gəlmiş filmlərin 10 ballıq şkala üzrə reytinq portalıdır.

Davamı →

Güclü xanımların ortaq xüsusiyyəti

Hamımız onlarla rastlaşmışıq, addım atdıqları hər yerə işıq saçan, güclü xanımlar. Daxil olduqları hər məkanı öz enerjisi ilə isidən, öz dəsti xətti ilə seçilən, parlaq xaraketerli, güclü olduqları qədər də zərif xanımlar.Zahiri görünüş və fiziki gözəlliyin önəmi danılmaz olsa da, arzuolunan və güclü xarakterə sahib qadınları birləşdirən bir neçə ortaq cəhət də vardır. Budur, güclü qadınların 9 ortaq xüsusiyyəti:

Davamı →

Uğurlu iş qadını olmağın sirri

Kişilərin dominant olduğu bir cəmiyyətdə qadınların yüksək vəzifələrdə işləməyinə maneə törədən mühakimələrdirmi, yoxsa problem qadınların öz davranışlarındadırmı? Şübhəsiz ki, mühakimələr var. Ancaq qadınların da bu mühakimələrə xidmət edən və öz özlərini aşağı çəkən davranışları var. Məsələn, uğurlu olmaq üçün iş yerinə necə geyimlə getmək lazım olduğunu bilirik, bəs necə ünsiyyət qurmaq lazım olduğunu bilirikmi?
Davamı →

Qadınlar ən çox nəyə fikir verirlər

  • Sevgi
Yeni araşdırmalar göstərir ki, hətta bir kişinin çox yaxşı xarakteri olsa belə, xanımlar axtardıqları partnerin ən azından xoş görünüşlü biri olmasına önəm verirlər. Araşdırmaçılar 15-29 yaş aralığında olan gənc xanımlara potensial partnerlərini seçmək üçün bir sıra şəkillər və xarakteristikalar (açıqlamalar) təklif etmiş, bu müddətdə onların 37-61 yaş aralığındakı analarına da eyni informasiyadan istifadə edərək qızları üçün potensial partner seçmələri xaiş edilmişdir.

Davamı →

Yeva Braun

Adolf Hitlerin həyatında müxtəlif və eyni zamanda oxşar taleli qadınlar çox olub. Adolf Hitlər dedikdə yada düşən ilk qadın Yeva Braun idi. Hitlerlə onun tanışlığı 1929-cu ilin oktyabr ayına təsadüf etdi.
Hitler elə ilk görüşdən aşiq olmuşdu Yevaya. O zamanlar Yeva Hofman Studiyasında çalışırdı. Həmin vaxtda Yevanın 17, Hitlerin isə 40 yaşı vardı. 1932 və 1935-ci illərdə Yeva intihara cəhd etdi. 1935-ci ildə Adolf Hitler Yevaya Bogenhauzenin Münhen məhəlləsindən ev aldı, hansı ki, bu evdə Yeva öz balaca bacısı ilə yaşadı.

Davamı →

Qadını xoşbəxt edəcək sadə üsullar

Onunla sosial rollarla bağlı razılaşın
Yəhudi analar kimi kompleksi olan, əbədi uşaq qalan, hətta qəhvə hazırlaya bilməyən, hər kəs ona həsəd apardığı halda model kimi gözəl bədən quruluşuna sahib olduğundan xəbərsiz, bir sözlə, hər cür qadın var.
Sizə lazım olan qadın sizin və onun sosial rollarının uyğun gəldiyi bir qadındır.
Davamı →

Qadınların kişilərdən çox yaşamasına səbəb

Demoqraf və həkimlərin müşahidələrinə görə, kişilər qadınlardan daha az yaşayır. Bu tendensiya, demək olar, bütün ölkə və millətlərə xasdır. Orta hesabla qadınlar kişilərdən 7-10 il çox yaşayır.
Dövlət Statistika Komitəsinin yaydığı son statistikada da görünür ki, qadınlar kişilərdən daha ömür sürürlər. Belə ki, Bakı şəhərində yaşayan 100 yaşını keçmiş 36 nəfərdən 35-i qadın, 1 nəfəri kişidir. 95-99 yaşlı 170 nəfərin isə 52-si kişi, 118-i qadındır.
Davamı →

Anadan övlada ötürülən xəstəliklər

  • Qadın
Uşaqlar valideynlərində nəinki xarici görünüş, göz, saç rəngi, təəssüf ki, bir çox xəstəlikləri də «hədiyyə» alır.

Genetiklər bildirir ki, xüsusən anadan uşağa keçən tipik qadın xəstəlikləri, eləcə də sırf atadan övlada keçən kişi xəstəlikləri vardır. Burda nə ananın, nə uşağın rolu, günahı yoxdur. Eləcə də qız-oğlan fərq etmir, oğlan uşaqlarına da anadan bir sıra xəstəliklər ötürülür.

Miqren — tipik qadın xəstəliyidir. Kişilərdə də varsa deməli anasından ötürülüb.
Davamı →

Qadınları erkən qocaldan səbəblər

Estrogen
Estrogen fibroblast hüceyrələrinin kollagen və elastin ifrazına səbəb olur. Bu hormonun səviyyəsi azaldıqda qırışlar görünür, üzün oval şəkli pozulur və döşlər sallanmağa başlayır. Estrogen səviyyəsinin aşağı olması ilə bədən sürətlə qocalmağa doğru gedir.

Estrogen necə artır?
Alimlər deyir ki, ət məhsulları estrogen ifrazını boğur. Odur ki, heyvan zülalları istifadəsini azaltmaq faydalıdır. Onların əvəzinə soya pendiri, soya südü, qəhvəyi düyü, kətan toxumu, təzə tərəvəz və meyvələr yeyin.
Davamı →

Uğurlu iş qadını olmaq üçün 8 tövsiyə

Necə uğurlu iş qadını olmaq olar? Əgər sizi də bu sualın cavabı maraqlandırırsa, deməli, bu yazı sizin üçündür. Beləliklə, müvəffəqiyyətli bir iş qadını olmağa dair bəzi praktik məsləhətləri təqdim edirik.

1. Müvəfəqiyyətli qadınlar haqqında oxuyun
Biznes və digər sahələrdə müvəffəqiyyətli olan bir çox qadın vardır. Uğurlu qadınların keçmişini və karyera yolunu araşdırıb öyrənməyiniz motivasiyalı olmağınıza və ilham almağınıza köməkçi olacaqdır. Uğurlu qadınların hekayələrini oxumağınız onların necə müvəffəqiyyətli olduqları və proses zamanı hansı çətinliklərlə qarşılaşa biləcəyiniz barədə fikirlər verəcəkdir.

İnternet müvəffəqiyyətli iş qadınlarını araşdırarkən sizin üçün gözəl bir qaynaq olacaqdır. Forbes və Harvard Business School kimi internet saytlarında maraqlı və öyrədici bəzi məqalələr tapa bilərsiniz.
Davamı →