ABŞ-da köləliyi tarixə gömən Martin Lüter Kinq

90 il əvvəl – 15 yanvar 1929-cu ildə ABŞ-da qaradərililərin haqları uğrunda mübarizə aparan Martin Lüter Kinq dünyaya gəlib. Onun parlaq fikirləri, 1963-cü ildəki “Mənim arzum var” çıxışı o vaxt milyonlarla insanı ayrıseçkilik yaradan mövcud qanunları dəyişməyə ruhlandırmışdı.
“…Hər kəsə bəlli etməliyik ki, bütün insanlar bərabərdir. Arzu edirəm ki, mənim dörd övladım bir gün elə bir ölkədə yaşasın ki, orda onlar dərisinin rənginə görə deyil, insani xüsusiyyətlərinə görə mühakimə olunsunlar! Arzum budur ki, irqçiliyin dəhşətli dərəcədə yayıldığı Alabama ştatında bir gün ağdərili və qaradərili oğlan və qızlar əl-ələ verərək bacı-qardaş kimi gəzsinlər! Arzu edirəm ki, bir gün dərələr böyüsün, dağ və təpələr ensin, kələ-kötür yerlər hamarlansın, əyri-üyrü yollar düzəldilsin, Tanrı gözəlliyi zühur etsin və hər kəs buna şahid olsun! Biz buna ümid edirik və mən elə bu inamla Cənuba dönürəm. Bu inam bizi birgə çalışmağa, birgə ibadət eləməyə, birgə mübarizə aparmağa, məhbəsə birgə düşməyə, bir gün azad olacağımızı bilərək azadlıq üçün birgə çarpışmağımıza kömək edəcək…”, – deyə Martin Lüter Kinq demişdi.
Onun bu çıxışı ABŞ Natiqlik Sənəti Birliyi tərəfindən 20-ci əsrin ən yaxşı çıxışı seçilmidi…

Davamı →

Mələklər fəaliyyətdə

Mələklər və digər incə varlıqlar, məsələn, kabuslar arasında fərqlər vardır. Kabus – növbəti fiziki bədəni ala bilməmiş bədənsiz bir varlıqdır. Baxmayaraq ki, kabusların fiziki bədəni yoxdur, onlarda cismani həzz hissləri qalır. Bu səbəbdən də onlar başqa fiziki bədənə daxil olub və ondan istifadə etməyə cəhd edirlər. Kabus axırıncı dəfə hansı bədəndə olubsa, həmin bədənə məxsus olan davranışı və ümumilikdə götürdükdə, həmin ağıl səviyyəsini nümayiş etdirir. Hiyləgər və mərdimazar insanın kabusu, həmin adam fiziki bədəndə nə pisliklər etmişsə, həmin pislikləri də edəcəkdir.  Kabusun gəlişi ilə siz qorxu hiss edirsiniz. Əgər sizin otağınızda kabus peyda olarsa, siz elə hiss edərsiniz ki, sanki külək əsdi, kabusun toxunması isə bədənə soyuqluq hissi gətirir. 

Davamı →

Qaralar üçün İsrail

XIX əsrdə amerikalılar Afrikada yoxdan bir ölkə yaratdılar. Məqsəd azad olunmuş qaradərili qulları əcdadlarının tarixi vətəninə qaytarmaq idi. Yeni dövlət keçmiş qullar üçün cənnət olmalıydı. Ona Liberiya (ing. “liberty”- “azadlıq”) adını verdilər. Amerikalıların ABŞ nümunəsində yaratdıqları ölkə, aparıcı demokratik dövlətin layiqli surətinə çevrilməliydi, amma nəsə düz getmədi.
1927-ci ildə kiçik Afrika ölkəsi Liberiyada prezident seçkiləri keçirildi. Hakim “əsl viqlər” partiyasından o vaxtkı dövlət başçısı mister Çarlz Kinq, müxalif Xalq partiyasından isə mister Tomas Folkner prezidentliyə namizəd göstərilmişdi. Seçkilər sakit keçdi və mister Kinq 243 min səs toplayaraq qalib gəldi. Amma cəmi 9 min səs toplamış mister Folkner məğlubiyyətlə barışmadı və mövcud hakimiyyəti saxtakarlıqda ittiham etdi. O, öz mövqeyini belə əsaslandırırdı: əgər respublikada qeydiyyatdan keçən seçicilərin ümumi sayı 15 mindirsə, hər iki namizədə 252 min insan necə səs verə bilərdi?

Davamı →