Qaymaq

Qaymaq südün üstünə yığılan yağlı hissəsidir. Süd zavodlarında qaymaq əldə etmək üçün sentrafuqadan istifadə edilir.

Yaxşı qidalanmış camış südünün 35%-ini qaymaq təşkil edir. Təbii südü bişirdikdən yarım saat sonra onun üst hissəsində nazik təbəqə əmələ gəlir. Təbii yolla ev şəraitində qaymaq əldə eləmək üçün bişirilmiş südün ən azı 10-12 saat soyuq yerdə saxlanmılması lazımdır. Mütəxəssislər qaymaq əldə etmək üçün üstündə ən azı 1 sm qalınlığında qatı təbəqə əmələ gələnə qədər südü sakit vəziyyətdə saxlamağı məsləhət bilir.
Davamı →

Süd məhsullarının soyuducuda saxlanması

Sağlıqlı qidalanmağın ilk şərti süd və süd məhsullarından istifadə etməkdir. Tərkibinə görə tez xarab ola bilən bu qidalar alındıqdan sonra soyuq yerdə mühafizə edilməlidir. Amma bəzən o məhsulları soyuducuda saxlamağımıza rəğmən, yenə də xarab olurlar.

Əvvəlcə bildirək ki, bu məhsulları saxlamaq üçün soyuducunun temperaturu 4-6 dərəcə arasında olmalıdır. İstifadə etdiyiniz miqdarı ayırıb qalanını plastik olmayan qablarda mühafizə etməlisiniz. Həmçinin soyuducuda saxlayacağınız məhsulları hava ilə təmas etməyən qablara yerləşdirməlisiniz. Soyuducuya geri qoyacağınız məhsul, təmiz və fərqli bir qabda saxlanmalıdır. Məhsullarınızı qətiyyən eyni qabda saxlamayın.
Davamı →

Süd və ağartı məhsullarının hazırlanması və saxlanılması

Ümumiyyətlə südün tərkibində 30-a yaxın vitamin var. Bundan başqa, süd, zülal, lipid, mineral maddə, mikroelement və müxtəlif fermentlərlə zəngindir. Azərbaycan mətbəxinin misalında süddən hazırlanan bəzi yemək və ərzaqlar haqqında söhbət açaq.

Qədimdə həkimlər ilk növbədə xəstədən soruşardılar ki, onun inəkdən, camışdan nəyi var və xəstə hər gün südlü yemək yeyirmi? Xəstənin tez sağalması üçün həkimlər ona təzə may balı ilə kərə yağı və ya süd yazardılar. Süd yeməyi sağlamlığın və uzunömürlülüyün rəmzidir. Bu gün də istər şəhər sakinləri, istərsə də kənd əhli, səhər-axşam, bəzən isə günorta yeməklərində də süd ərzaqlarından, eləcə də süddən hazırlanan yeməklərdən faydalanır. Qoyun pendiri, kəsmik, qatıq düzgün qidalanmanın ən əsas komponentlərindəndir.
Davamı →