İyirmi qəpiklik mühazirə

Yağışlı Bakı gecəsində qarşıma çıxan dilənçi qarının qaməti, alınmayan bir ömrə verilmiş, yorğun “niyə?“ sualına bənzəyirdi. Yağmurun səsi çətirli, papaqlı adamların addım səsinə qarışmışdı; ayaqqabıların taqqıltısı yağışın ritmindən gah geri qalırdı, gah da irəli qaçırdı. Qarı dayanmadan eyni cümləni təkrarlayırdı: “Allah yolunda...” Nədənsə, mənə elə gəlirdi ki, onun cümləsi yağışın ritmindən nə geri qalır, nə də irəli qaçır, əksinə, peşəkar, virtuoz musiqiçilər kimi, yarım not belə, yanlışı yoxdur. Cibimdəki bütün qəpikləri çıxardıb qarıya verdim… Çünki yadıma bir tələbəm düşmüşdü...

Mən universitetdə müəllim işləyirəm. Qəribə peşədir. Lövhənin önündə dayanıb, hərəsi ölkənin bir yerindən gələn tələbələrə mühazirə oxumağı, həm də bir yandan əsəblərimi qorumağı, deyəsən, get-gedə öyrənirəm. Səhər metrodan çıxıb universitetə gedəndə, yolumun üstündəki parkda əyləşib, məcnun-məcnun siqaret çəkən tələbəmin asfalta zillənmiş gözlərinin kədərini, universitetə çatıb onun sevdiyi qızı sinifdə rəfiqəsiylə pıçıldaşan görəndə anlayıram.
Ardı →

İçimizdəki qorxular...

İnsanların çoxu itirməkdən qorxduğu üçün, sevməkdən qorxur.
Sevilməkdən qorxur, özünü sevilməyə layiq görmədiyi üçün.
Düşünməkdən qorxur, məsuliyyət gətirəcəyi üçün.


Danışmaqdan qorxur, tənqid olunmaqdan qorxduğu üçün.
Duyğularını ifadə etməkdən qorxur, rədd edilməkdən qorxduğu üçün.

Qocalmaqdan qorxur, gəncliyinin qiymətini bilmədiyi üçün.
Unudulmaqdan qorxur, dünyaya yaxşı bir şey vermədiyi üçün.
Ölməkdən qorxur, əslində yaşamağı bilmədiyi üçün.
Və yaşamaqdan qorxur, özü üçün deyil, başqalarına görə yaşadığı üçün.


Davamı →

Kişilər nədən qorxur?

O,cəlbedici,yaraşıqlı və güclüdür. Hər qızı süründürə biləcək qədər gözəlliyə malikdir… “Belə bir oğlanın həyatında qorxacağı nə ola bilərki??” deyə düşünməniz normaldır!
Bəzi zamanlar çəkinizdən şikayətçi olmusuz?Vəya əvvəlki qədər gözəl olmadığınızı və bunun üçün dəsevdiyinizin başqalarına baxdığını düşünürsüz?Əgər belə probleminiz varsa sizə gözəl xəbərim var.Ən az sizin probleminiz qədər oğlanların da problemləri var.Artıq o də ən az sizin qədər necə göründüyünə fikr verir. Geyiminə,saçına diqqət edir.Kilo alanda fikir çəkir, keçəl qalmaqdan dəhşət qorxur.
Budur oğlanların qorxduğu problemlər:
Ardı →

Ən qəribə fobiyalar

Müasir dövrdə geniş yayılan fobiyaların sayı onlarla yox, bəlkə də yüzlərlədir. Bəs onlar arasında ən qəribələri hansılardır? Aşağıda onlardan bir neçəsini təqdim edirəm:

Ablutofobiya (Yuyunmaqdan qorxmaq)
Amnezifobiya (Yaddaşını itirməkdən qorxmaq)
Batrakofobiya (Qurbağa, kərtənkələ və s. kimi heyvanlardan qorxmaq)
Bibliofobiya (Kitabdan qorxmaq)
Eysoptrofobiya (Güzgüdən qorxmaq)
Qeliofobiya (Gülməkdən qorxmaq)
Haptofobiya (Toxunmaqdan qorxmaq)
Koulrofobiya (Klounlardan qorxmaq)
Ksantofobiya (Sarı rəngdən qorxmaq)


Ardı →

Qorxu!

Yer üzündə elə insan yoxdur ki, o qorxu hissi keçirməsin. «Heç nədən qorxmuram» deyən insanların belə məncə içində qorxduqları nəsə var ki, onu boyunlarına almırlar. Ən xırda qorxudan tutmuş böyüyünəcən, hər birimiz fərqli-fərqli fobiyalara tutuluruq. Uşaq olanda qorxunu ciddi qəbul etmir və buna bir məzə kimi yanaşırdım. Təbii ki, başqalarına yaşatdığım balaca qorxuları nəzərdə tuturam. Amma, böyüdükcə belə hallara tamam başqa cürə yanaşırsan, çünki gözün açılır, çünki daha çox şey öyrənirsən.


Ardı →

Ləngiməmək.

Səyyahın 10 yaşı olanda anası təkid etmişdi ki, oğlu fiziki tərbiyə kursu keçsin. Kursda ondan tələb olunan təlimlərdən biri də bu idi ki, o körpüdən çaya tullanmalı idi. Kursun əvvəllərində o, qorxu iflicinə tutulmuşdu. Hər gün o milin üstündə sonuncu olaraq dayanardı və hər dəfəsində növbədə duran birincilərdən biri tullandıqca o əzab çəkirdi, çünki, öz növbəsi yaxınlaşırdı. Bir dəfə instruktor onun qorxduğunu anlayıb, onu, birinci olaraq tullanmağa məcbur etdi. Hər-halda o yenə də qorxmuş olsa da, bu elə tez baş verdi ki, qorxu cəsarətlə əvəz olundu.
Müəllim dedi: çox vaxt olur ki, biz öz zamanımızı ötürə bilərik. Amma, elə hallar olur ki, biz o zaman qollarımızı çırmalamalı və məsələni həll etməliyik. Belə olan halda da ləngiməkdən pis şey yoxdur.

Paulo Koyelyonun «Maktub» kitabından


Davamı →

Məad

Mühüm bir sual

Ölüm sondur, yoxsa başlanğıc?
Nə üçün insanların çoxu ölümdən qorxur?


Ölüm insanların gözünə həmişə vəhşətli bir şey kimi görünür. Ölüm haqqında düşünmək həyatın şirin şərbətinin dadını aparır. İnsanlar təkcə ölümün adından qorxmur, hətta qəbirstanlıq sözündən də çəkinirlər, qəbirləri zinətləndirməklə onun əsl mahiyyətini yox etmək istəyirlər. Ölümdən bu cür qorxu dünyanın müxtəlif ədəbiyyatlarında da gözə çarpır və ölüm «ölüm nəhəngi», «ölüm caynaqları», «əcəl zəngi» və bu kimi ifadələrlə adlanır. Bir ölünün adını çəkmək istədikdə «bizdən iraq», «ömrün uzun olsun», «Allah göstərməsin» və bu kimi ifadələrlə dinləyən şəxsin fikrini ölümdən yayındırmaq istəyirlər.
Gəlin müəyyən edək, görək, insanlar ölümdən nə üçün (hətta ölümün adından) qorxurlar? Nəyə görə ölümdən qorxan insanlardan fərqli olaraq başqa bir qism ölümü qarşılayır, ölüm adı gəldikdə qoxmur, əksinə xoşhal olurlar?
Tarixdə oxuyuruq ki, bəzi insanlar «dirilik suyu», «cavanlıq suyu» kimi ömrü uzadan şeylərin ardınca getmiş, bəziləri isə şərəfli cihad meydanlarına qədəm basmış və ölümlə üz-üzə gəlmişlər. Bəzən insanlar ömrləri uzun olduğundan, Allah hüzuruna gedən günlərini (ölümü) arzulayırlar. İndiki zamanda da haqq ilə batilin vuruş meydanlarında bu cür insanlar çoxdur. (Din, vətən, namus uğrundaayağa qalxıb şəhadətə nail olan insanlar indi də az deyil. Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağda şəhid olan igidlərimiz buna bir nümunədirlər (mütərcimdən).


Ardı →