Uilyam Folkner - Qısqanclıq

-Yenə də toxuyursan?
Qadın başını qaldırdı. Onun hamar dəyirmi sifəti vardı. Mülayim qonur gözləri ani olaraq ərinin baxışları ilə rastlaşdı. Tez də gözlərini ondan çəkdi və başını aşağı salıb öz işi ilə məşğul olmağa başladı.
-Gördüyün kimi, əzizim.
-Elə hey toxuyursan! Özünə başqa bir məşğuliyyət tapsana.
Qadın köksünü ötürdü, cavab vermədi.
-Niyə dinmirsən, hə?-Əri əl çəkmədi.-Yoxsa dilin-ağzın quruyub?
-Axı sən özün, Tonio, tapşırdın ki, yuxarıda öz otağımda deyil, burda oturum,-qadın başını qaldırmadan cavab verdi.
-Pah! Burda bir kəs oturmalıdır, ya yox? Yoxsa sən istəyirsən ki, hansısa bir avaraya pul verib xanım kimi burda əyləşdirim, o da laqqırtı vursun, hə?
Yağa bulanmış önlük taxan, öz işinin mahir ustası ucaboylu gənc ofisiant onlara yanaşıb haqq-hesab qəbzini və beş dollarlıq kağız pulu stolun üstünə qoydu. Qadın pulun qalığını ona uzatdı və bir anlığa baxışları onun üzündə ilişib qaldı. Ofisiant sakit baxışla onun ərini süzdü. Onun baxışında istehzalı bir təbəssüm parlayıb tez də yox oldu. Ərinin stol üzərində uzanıqlı əli biixtiyar düyünləndi. O, nəsə təəccüblü bir şeyi ilk dəfə görürmüş kimi barmaqlarının gərkinlikdən ağarmış sümüklərinə baxdı və dodaqaltı söyüş söydü. Qadın başını qaldırdı və soyuq baxışlarla onu süzdü.
-Axmaq olma, Antonio.
Antonio özünü qışqırmaqdan güclə saxlayırdı.
Ardı →

“Patoloji qısqanclıq” və ya “Otello sindromu”

Qısqanclıq insanlıq tarixi qədər çox qədim məsələdir və bir çox insanların münasibətlərinə dərindən təsir edərək, ciddi problemlərə yol açır.

Birinin sevdiyi insana qarşı bu hissi yaşaması və həddini aşması “patoloji qısqanclıq” və ya “Otello sindromu” adlanır.

Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yalnış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var.

Özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar. İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq. Qadınların əksəriyyəti çox qısqanılmaqdan sıxıldığı halda, bəziləri bunu sevir. Onlar düşünür ki, əgər kişi qısqanırsa, deməli sevir. Ən çox qısqanılan tərəf də hər zaman qadın olub.


Ardı →

Qısqanclıq

Səni günəşə də qısqanıram mən,

Axı məndən qabaq o görür səni.

Səni qısqanıram ulduza, aya

Hər gecə nuruyla öpür çöhrəni.

Səni qısqanıram əsən küləyə

O, mənsiz zülfünə çəkir əlini.

Səni qısqanıram gülə, çiçəyə

Bilmərsən, oğurlar birdən ətrini.

Səni qısqanıram yad baxışlara,

Hər baxış iz olub qalar üzündə.

Səni qısqanıram talehimə də,

Sevgim özgəsinin qisməti olar...

 

Müəllifin kimliyini bilmirəm.


Davamı →

Qısqanclıqdan necə xilas olmaq olar?

Bir çox münasibətlərin bitməsinə səbəb və əsas problem qısqanclıqdır. Qısqanclıqla necə mübarizə aparmağı və özünüzü kontrol etməyi bilmirsinizsə, aşağıdakıları nəzərdə keçirin. 

Psixoloqlar hesab edir ki, qısqanclıq dəliliyin “yaxın qohumudur”. Səbəbin nə olmasında asılı olmayaraq qısqanclıq insanları çıxılmaz vəziyyətə sala və kontrolu tamamilə itirməyə səbəb ola bilər.

Pozitivliyin gücü: Qısqanclıq hissinə nəzarət edə bilməsəniz də, pozitiv düşünüb fikirlərinizi yaxşı tərəfə doğru yönləndirə bilərsiniz. Məsələn, sevdiyin insanla yaşadığınız ən gözəl günü xatırlayın. Bunun sizə heç bir köməyi olmasa da, qarşı tərəfin üzərinə nəyisə atmamağı və dava-dalaş salmamağı təmin edə bilər. 
Ardı →

Qısqanmaq və tərk etmək

— Hətta əgər öyrənsən də, qısqanmayacaqsan?
— Qısqanmaq? Nəyə əsasən?
— O ki, əgər mən sənin yanında olduğuma baxmayaraq, keçmişimdə olan hər hansı bir qadın haqqında düşünsəm? Səni tərk edib həmin qadının yanına gedəcəyimdən narahat olmazdınmı?
— Yox.
— Yəqin ki, məni sevmirsən.
— Başa düşmürsən, nə danışırsan. Sevginin qısqanclıq və ya itirmək qorxusu ilə heç bir əlaqəsi yoxdur. Mən səni sevirəm, amma başqa qadını yadından çıxara bilmirsən deyə, getmək istəsən — bu yaxşı bir hal olacaq. Bu elə həqiqət olacaq. Çünki, əgər sən qalsaydın, bu o demək olacaqdı ki, sən yalan danışırsan. Əgər getsən, bu sadəcə o anlamı daşıyacaq ki, biz bir-birimizə uyğun gəlmirik və sənin getməyin yaxşıdır. Çünki sən qalsan, mənə uyğun gələn birisinin yerini tutmuş olacaqsan. O kəs ki, mənə uyğun gəlir və məni tərk edib çıxıb getməyəcək. Nədənsə narahatçılıq hissi keçitmək lazım deyil. Hər şey hər zaman yaxşıdır. — Sən elə əcaib tərzdə sevirsən ki… Elə bil ki, bağlanmağı heç bacarmırsan, qısqanmırsan...
— Sən hələ də anlamırsan ki, nə danışırsan. Sevginin bağlanmağa heç bir aidiyyatı yoxdur. Bağlanmaq və qısqanmaq — səni sevməmək deməkdir. Özünü kimdənsə pis hiss etmək, səni olduğun kimi heç kəs sevməyəcək deyə qorxmaq. Müqayisə etmək. Sən özünü heç kəslə müqayisə edə bilmirsən. Sən elə sənsən. Sənin şəxsi həyatın var. O sənə verilmişdir. Bu vergidir. Onu özünü başqaları ilə müqayisə etməyə xərcləmə. Bu yanlış fikirdir. Sən yalnız özünə baxmalısan. O zaman səhv etməyəcəksən. O zaman heç kəs getməyəcək, çünki sən dərhal bu insanın sənə uyğun gəlib-gəlmədiyini görəcəksən.    
 Tərcümə və tərtib etdi: Fərid Abdullah.
Davamı →

Qısqanc qadını sakitləşdirməyin yolu

Bu yazı qısqanclığın qurbanı olan kişilər üçündür.
Qısqanc qadını sakitləşdirməyin yolunu bilmək istəyirsiniz?
Qısqanc bir həyat yoldaşınız və ya sevgiliniz var. Qısqanclıqla necə mübarizə aparmaq olar?
Əlbəttə ki, qadını qısqanclığa məcbur edən kişi hərəkətlərində, başqa qadınlarla rəftarında dəyişikliklər etməlidir.
Ardı →

Qısqanc olmaq

Insan psixologiyasında  qısqanclığın xüsusi bir yeri vardır. Ancaq əvvəlcə bunu ifadə etmək lazımdır ki, bu xüsusiyyət cahiliyyə cəmiyyətində müsbət xüsusiyyət hesab edilir. Qısqanclığı bir sevgi və bağlılıq əlaməti kimi göstərməyə çalışırlar. Əgər bir insan sevdiyi insanı qısqanmırsa, onlara görə bu gerçək sevgi deyil. Bu səhv anlayışa görə, insanın qarşı tərəfin sevgisindən əmin ola bilməsi üçün, adamın yalnız onu sevməsi lazımdır. Halbuki bu düşüncə son dərəcə səhvdir. Çünki hər şeydən əvvəl sevgi çox yüksək duyğu və üstün bir əxlaq xüsusiyyətidir. İnsanın sevgidə qısqanclıq etməsi Quran əxlaqına uyğun deyil. İnsan sevdiyi adama sevgisini, ona qarşı sədaqəti, bağlılığı, şəfqət və ona söylədiyi gözəl söz və hərəkətlərlə göstərir. Bu da qarşı tərəfdə sevildiyinə dair qəti qənaət yaradır. Bunun başqa insanın özündən başqa heç kimin sevilməsini istəməməsi isə eqoistlikdir.
Ardı →

Qısqanclıq

«Qısqanc insanlar başqalarının yaxşılığından, gözəlliyindən, ya da müvəffəqiyyətindən zövq almaq, xoşbəxt olmaq yerinə bunlardan sıxılırlar. Qısqandıqları insanların sahib olduqları onları bədbinləşdirir və daxilən əzab verir».


Bu cümlələri bir kitabda oxudum və düşündüm yoxsa qısqnclıq budurmu? Deyirlər özünlə ölçmə, amma başqa cür necə etmək olar ki? Fikrimcə sevgi olmayan yerdə qısqanclıq da yoxdu, çünki qısqnclıq elə sevgidən qaynaqlanır. Sevdiyin insan başqa birisi ilə danışanda qanın cuşa gəlir, narahat olursan, özünə yer tapmırsan. Burda kiminsə yaxşılığına ya özəlliyinə paxıllıqdan söz gedə bilməz. Bəziləri isə o saat deyirlər: " Özünə inamın yoxdu, güvənmirsən özünə".


Ardı →

Qısqanclıq və növləri haqda

Qısqanclıq — onu yaradan obyektə qarşı yönəlmiş emosiyadır.
Qısqanclıq hissiyatı əsasən də sadiqlik və məhəbbət kimi yaşamlarda özünü şübhəli göstərmək, qəribə aparmaq kimi hallarda göstərir. Bəzən qısqanclıq cinayətin işlənməsində əsas motiv olur. Qısqanclıq hissiyyatı eqoizmin yüksək fonunda hərəkət edən şəxsi instinktin yaranması ilə müşahidə edilir. Bir çox insanlar qısqanclığı məhəbbətin gücünün göstəricisi kimi təsəvvür edirlər. Hətta belə bir deyim də var ki, «qısqanırsa, deməli sevir».
İndi bir çox mütəxəssis və araşdırmaçıların mülahizəsi dəyişmişdir, yeni bu problemlə məşğul olan peşəkar psixoloqlar qısqanclığı eqoizmin təzahürü hesab edirlər. Bir sıra ölkələrin qanunlarında belə qısqanclıq zəminində törədilmiş cinayətlərə dair dəyişikliklər edilmişdir. indiki zamanda şəxsi münasibətlər azad və səmimi hisslər üzərində qurulur. Ona görə də yaşadolma dövründə qısqanclıq keçici hisslər rolunu oynayır. Qısqanclıq izaholunmaz daxili həyəcanla əlaqədar olan destruktiv hissiyyatdır. Bu hissiyyatın yaranmasını axtaran Qısqanc böyük səylə fakt və faktorların təhlilini aparır.
Qısqanclığı üç hissəyə bölürlər: klassik, alkoqol və patoloji. Klassik qısqanclıq o vaxt yaranır ki, cütlükdə birinin digərinə qarşı inamsızlığından təlatüm hissi əmələ gəlir.
inamsızlıq birinin digərinə (söhbət hər hansı cütlükdən gedir) nəyinsə üstünü açana kimi, yeni əsasən uzun zaman kəsiyində yaranır. Təlatüm öz növbəsində rəqibin yaxınlaşması instinktinin yaranmasında meydana çıxır. Kiçik həcmdə bu qısqanclıq hissiyyatı məhəbbətin varlığını isbat edir. Alkoqol qısqanclıq — hansısa asılılığa meyilli olmadan yaranan öz hisslərinin gücsüzlüyü, bir insan kimi az əhəmiyyətli olma hissləridir.
Patoloji qısqanclıq isə həddindən artıq təhlükəli və izah oluna bilməyəndir. Bu xəstəlik yalnız uşaq yaşlarında yaranır.

Mənbə Gözəllik dünyası jurnalı May-2008


Davamı →