Mədəniyyət nazirinə məktub | İvan Kraus

Dəyərli nazir!
Bilirəm ki, sənə bir yığın adam çoxlu xahiş ünvanlayır, ona görə də qabağa düşmək üçün elə təyinatından dərhal sonra bu məktubu yazmağa qərar verdim. Nə vaxtsa biz vətənsevərlərdən də birinin nazir olacağını və əvvəllər (əlaqə kasadlığı ucbatından) həyata keçirə bilmədiyim planlarımı gerçəkləşdirməkdə mənə köməklik göstərəcəyini çoxdan gözləyirdim.

1. İlk növbədə, mənim yenicə (bu, məhz indi üçün önəmlidir) yazmağa başladığım kitabımın növbədənkənar, həm də sərfəli şərtlərlə (pulsuz çapından söhbət gedir) nəşri barədə üstüörtülü bir sərəncamı çox təqdir edərdim.

2. Əvvəllər bəzi-para həmkarlarımın olduğu kimi, indi də mənim kitablarımın vitrinlərdə gen-bol, həm də məxsusi yer tutmasına şərait yaradılsa, buna görə minnətdar olardım.
Davamı →

Üzeyir Hacıbəyov - Evlənmək məsələsi

Bu әyyamda bizdә hәr bir şey aziatski vә yevropeyski olduğuna görә, arvadlarımız da hәmçinin aziatski vә yevropeyskidir.
Aziatski, yәni, oxumamış arvad almaq çox asan şeydir vә nәticәsi dә qorxulu deyildir.
O iş, at almaq kimi bir şeydir. Mәsәlәn, sәn istәyirsәn bir at alasan, pulun da var. Gәlirsәn dәllal yanına, o sәnin üçün bir at alır. Sәn dә o atı gәtirib töylәdә bağlayırsan.

Bәs oxumamış arvad almaq da buna bәnzәr bir şeydir. Mәsәlәn, sәn arvad almaq istәyirsәn. Anana, ya bacına deyirsәn ki, “Get, mәnim üçün bir qız al”. Anan, ya bacın çarşabını başına salıb gedir, oranı axtarır, buranı axtarır, axırda öz xoşuna gәlәn bir qız seçir. Sәn dә o qızı alırsan.
Davamı →

Gəlin stressimizdən başqa xalqlara da verək, adam simic olmaz

Çox adama məlumdur ki, Skandinaviya ölkələrində həyat şəraiti çox yüksəkdir və orada yaşayan əhali demək olar ki, ehtiyacın nə olduğunu bilmədən, firavan həyat sürür. Statistikaya görə İsveç, Norveç, Danimarka dövlətləri sosial təminat və qayda-qanun baxımından yaşamaq üçün ən əlverişli ölkələr sırasında birincilərdən hesab olunurlar. Bir başqa statistikaya görə isə, dünyada ən çox mənasız intihar halları elə bu ölkələrdə olur. Araşdırmalara görə bu ölkələrdə intihar edənlərin əksəriyyəti, özlərini stressiz həyat yaşadıqlarına görə öldürüblər. Yəni cəmiyyətləri o qədər ideallaşıb ki, insanların həyatında stress, əsəbiləşmək demək olar ki, yox olub. Hüquq və azadlıqlarının tam qorunması şəraitində stressiz, sosial problemləri çözülmüş vətəndaşlar nəticədə heç bir stimul tapmayaraq, özlərinə qapılırlar, ani bir inciklik, adi bir narahatlıqdan depressiyaya düşərək özlərini öldürürlər.


Ardı →

Atalar sözləri (C.Məmmədquluzadədən)

Fikirləşirəm ki, Azərbaycan tarixi boyu neçə böyük şəxsiyyətlər gəlib keçmişdir… Heyif ki artıq uzun müddətdir ədəbiyyatımız belə kəsərli sözlü şəxsiyyət görmür daha… Maraqlı olacağını düşünürəm 
  1. Atı atın yanına bağlasan- xan görüb deyər, Birini bağışla mənə.
  2. Ata malı olan yerdə özün qazandığın haramdır.
  3. Adamın ölümü bikarların bayramıdır.
  4. Ata və arvada etibar etmə — hər ikisini qat tövləyə və qapısını bağla.
  5. Ac toyuq yuxusunda plov görər.
  6. Açıq kağız ac qalmaz – küçələrimizin tozuna Allah bərəkət versin.
  7. Aclıqdan kimsə ölməz – qələt eləyir, çörək vermə.
  8. Axşamın işini sabah qoy, sabahın işini axşama.
  9. Adama sözü min kərə deyərlər, qanmasa eybi yoxdur.

10. Anlayana da qul ol, anlamayana da.

11. Adam yata-yata alim olur.

12. Olacağa çarə yoxdur, qoy hər nə olacaq olsun.

13. Ölmə, eşşəyim, ölmə, yaz gələr, hürriyyət bitər.

14. Ölüdən şeytan da əl çəkər, arvdlar əl çəksə.

15. Uşağın şüurlusu dərsdən qaçar.

16. Plovun yağlısını yeyən yaxşı fatihə verər.

17. At at ilə boğuşar, hökümətin iti rast gələr.

18. Eşşəyə gücü çatmır, müsəlmanı tapdayır.

19. İşləmək adamı puça çıxardar.

20. İşsizlik dövlətlilik açarıdır.

21. İkiarvadlı ev bərəkətli olar.

22. Başladığın işi yarıda qoy.


Davamı →

Üzeyir Hacıbəyov : Biz necə iş görürük?

Biz necә iş görürük?
Biz iş görmәk istәdikdә bir şeyi yadımızdan çıxardırıq.
O şey nədir?
O şey nәrdivandır!
Necә yәni nәrdivan? Nәrdivan nәdir?
Nәrdivan bir alәtdir ki, onun vasitәsilә adam tәdriclә yuxarı çıxa bilәr. Hәr kәs nәrdivansız yuxarı çıxmaq istәsә, elә yıxılar ki, tәpәsi dağılar.
Bu belә. Bundan başqa, bir dә biz һәmişә başımızdan yekә iş görürük.
Amma bunun sәbәbi var. Sәbәbi dә budur.
Qonşularımız siçan boyda iş gördükdә biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşәk boyda işlәr görmәyә üz qoydular, biz yenә yatmışdıq. Qonşularımızın eşşәk boyda olan işi, irәlilәyib camış yekәlikdә oldu. Amma biz yatmışdıq. Vә camış dönüb dəvә olanda da biz yatmışdıq. Biz ançaq o vaxt oyandıq, nə vaxt ki, qoşunlarımız fil boyda iş görmәyә başladılar.
Qәrəz, gözümüzü ovxalayıb dedik ki, nә var, biz dә o boyda işlәr görә bilәrik vә başladıq fil boyda işlәr görmәyә.
Axırı nә oldu?
Axırı belә oldu:
Filin bir ayağını qayırmamış yoruluruq vә durub qaçırıq. Sonra utanırıq, deyirik, gәlin tazadan başlayaq. Ancaq burasını iqrar elәyim ki, filә gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildәn balaca nәdir? Әlbәttә dəvә. Qәrar qoyuruq ki, dәvә boyda qayıraq. Başlayırıq. Amma yenә dәvәnin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenә yığılırıq, deyirik ki, dәvә iridir, ondan balacasını başlayaq. Ondan balaca nәdir?
Çamışdır. Başlayırıq camış boyda iş görmәyә, lakin camışa da gücümüz çatmır. Aşağı enirik (һalbuki, qonşular fildәn yuxarı çıxırlar). Deyirik ki, eşşәk boyda iş görәk, amma eşşәk dә bizә güc elәyir.Tuturuq keçini, gorürük ki, yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.
Amma onda görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi...
Biz belə iş görürük.

“Tərəqqi”, 1908


Davamı →

Ucuz Fəhlə

Səhər yenicə açılmışdı. İri bir fabrikin sahibi kabinetində oturub qəhvə içməklə məşğul idi. Birdən qapı zərblə açıldı və qəribə görkəmli bir nəfər içəri daxil oldu. O, işsizlik əlaməti olan nimdaş papağını əlində tutmuş halda fabrik sahibinə müraciətlə dedi:
— Bəy əfəndi, mən iş axtarıram.

Sahib başını qaldırmadan aşağıdan yuxarı onu nəzərdən keçirdi:
— Hansı işi bacarırsan?
— Mən peşə məktəbində təhsil almışam. Birinci dərəcəli çilingərəm.
— Bizə tornaçı lazımdır.
— Mən Almaniyada zavodda beş il tornaçı işləmişəm. Hələ müsbət xasiyyətnamə də veriblər.
— Ancaq bizə ilk nöbədə modelçi gərəkdir.
— Mən birinci dərəcəli modelçiyəm.
Ardı →

Usta Zeynal

Mirzə Cəlilin «Usta Zeynal» hekayəsinin məzmunu, süjeti orta məktəbi sovet hökuməti zamanında bitirənlərə yaxşı məlumdur. Yazının təyinatını göstərmək üçün hekayənin süjetini qısa yazmaq fikrindəyəm. Deməli, bir erməninin oğlu Moskvada universiteti bitirib, evlərinə qayıdır. Atası oğlunun gəlişi münasibətilə istəyir evə bir az əl gəzdirsin. Oğlunun yazması, oxuması, işləməsi üçün ayrıca otaq, yazı masası düzəltmək istəyir. Diqqət edin, erməninin övladı Moskvada universitet təhsili alıb evə dönür, ata isə oğlunun oxuması, yazması, işləməsi üçün şərait yaradır. Beləcə, erməni axtarıb-arayıb Usta Zeynalı tapır. Usta Zeynal gəlir erməninin evinə. Bəli, bu Zeynal adlı usta iş görməkdən savayı hər şeyi edir. Namaz qılır, siqaret çəkir, ziyarətə getməyin savablarından danışır. Hətta istifadə edəcəyi su qabını da öz evindən gətirir. Çünki bir müsəlman kimi kafirin istifadə etdiyi qaba toxunmaq istəmir.
Davamı →

Tərpənmə, amandır, bala, qəflətdən ayılma! / Mirzə Ələkbər Sabir

Tərpənmə, amandır, bala, qəflətdən ayılma!


Tərpənmə, amandır, bala qəflətdən ayılma
Açma gözünü, xabi — cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Açsan gözünü, rəncü məşəqqət görəcəksən,
Millətdə qəm, ümmətdə küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyhat görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanını, yuxla,
İllərcə şüar etdiyin adətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Göz nurudur uydu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir an sözündən,
Amma elə bərk yuxla ki, hətta get özündən,
Afaqı dutan şurü qiyamətdən ayılmna!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!


Davamı →

De, necə barışım mən bu zamanla? | Ramiz Təkani

Ədalət şam kimi əriyir, ALLAH
Zor haqqı divara diriyir, ALLAH
Yalan ayaq açıb yeriyir, ALLAH
Bacara bilmirsən doğru-yalanla
De, necə barışım mən bu zamanla...


Mərdlərin başını namərdlər yiyir
Şərə göz vermiyib göz yumur Xeyir
Gədalar özünə şahənşah deyir
Yaxşılar iş görür pislə, yamanla
De, necə barışım mən bu zamanla…


Ardı →