Tarix terminləri lüğəti

A

Abbası — XVII-XVIII əsrlərdə İran və Cənubi Qafqazda işlədilmiş gümüş sikkə. Səfəvi şahı I Abbasın hakimiyyəti dövründə təsis olunmuş və onun adı ilə adlandırılmışdır.

Abbasilər — Məhəmməd peyğəmbərin əmisi Abbasın adı ilə adlanan ərəb xəlifələri sülaləsi (750— 1258). Ərəb xilafəti çox vaxt Abbasilər xilafəti adlandırılmışdır.

Abbat — katolik kilsəsində monastır rahibi.

Abdallar — Laçın şəhərinin keçmiş adı (1923-cü ilədək)

Abeskun — orta əsrlərdə Xəzər dənizinin cənub-şərqində eyniadlı adada liman şəhəri. Bu şəhərin adı ilə Xəzər dənizinə Abeskun dənizi də deyilirdi. Xarabalığı su altındadır.


Davamı →

"Z" hərfi ilə başlayan tarix terminləri

zadəganlar, zadəganlıq — feodal dövlətlərdə ali, imtiyazlı süklərdən (ruhanilərlə bərabər) biri. Onların siyasi qüdrətinin əsasını təhkimli kəndlilərin işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi.

zahid — tərki-dünya, dünyəvi həyatdan könüllü imtina edib, adamsız yerlərdə, təklikdə, səhra yerlərdə məskunlaşan insan. Təklikdə dərvişlik həyatı sürən (hər şeydən imtina edən) zahid Allahla mənəvi birliyə qovuşmağa çalışırdı.


Davamı →

"Y" hərfi ilə başlayan tarix terminləri

Yaxın Şərq — Asiyanın cənub-qərb və Afrikanın şimal-şərq rayonunu bildirən qəbul olunmuş tarixi və coğrafi ad. Həmin ərazidə müasir Sudan, MƏR, İsrail, İordaniya, Suriya, Livan, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Qatar, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, eləcə də Kipr və Bəhreyn adaları yerləşir.

yakobinlər — Böyük Fransa burjua inqilabı dövründə müqəddəs Yakov klubunun üzvləri. Yakobinlər inqilabi-demokratik burjuaziyanın maraqlarını ifadə edirdilər və şəhər və kənd yoxsulları ilə ittifaqda çıxış edirdilər. 1792-ci ilin oktyabrında jirondistlər klubdan çıxdılar. Yakobinlərin başçıları Robespyer, Marat, Danton və b. idilər. 1793-cü il 31 may — 2 iyun üsyanından sonra yakobinlər hakimiyyətə gəldilər və diktaturalarını quraraq əksinqilabi terrora başladılar. 
Davamı →

"V" hərfi ilə başlayan tarix terminləri

Vakx (lat. «Baxus») — Qədim Roma dinində bərəkət və şərabçılıq allahı, qədim yunanlardakı Dionisə uyğun gəlir. Vakxın şərəfinə dini bayramlar -vakxanaliyalar keçirilirdi.

vakxanaliya — Qədim Romada Vakxın şərəfinə keçirilən dini bayramlar. Vakxanaliya iştirakçıları şərab içməklə özlərini ekstaz vəziyyətinə çatdırırdılar.


Davamı →

"Ü" hərfi ilə başlayan tarix terminləri

Üçlər ittifaqı — Bismarkın təşəbbüsü ilə Almaniya, Avstriya-Macarıstan və İtaliyanın 1882-ci ildə yaratdıqları hərbi-siyasi blok. Onun əksinə olaraq İngiltərə, Fransa və Rusiya Antantanı yaratdılar.

Üçlər paktı — faşist Almaniyası, İtaliya və Yaponiya arasında 1940-cı il sentyabrın 27-də bağlanmış hərbi saziş. Dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdu. Almaniya və İtaliyaya Avropada, Yaponiyaya isə Asiyada yeni «qayda-qanun» yaratmaq rolu nəzərdə tutulmuşdu.


Davamı →

"U" hərfi ilə başlayan tarix terminləri

udinlər — Azərbaycan Respublikasının şimal-şərqində (5 min nəfərə yaxın) və Gürcüstan Respublikasında (6 min nəfərə yaxın) yaşayan xalq. Tarixçilərin çoxu belə hesab edir ki, udinlər qədim uti tayfasının nəslindəndir. Azərbaycan ərazisindəki udinlər helə XVIII əsrin əvvəllərində də «aqvan (yəni alban) və milliyyətcə uti» olmaları haqqında ənənəni saxlamışlar. Azərbaycan Respublikası ərazisindəki müasir udinlər qədim Qafqaz Albaniyasının müvafiq şimal rayonlarında (Qəbələ, Oğuz) məskunlaşmışlar. Müasir udin dili Qafqaz dilləri qrupuna aiddir.

Ulanlar — 1) mizraqlı monqol-tatar süvari döyüşçüsü; 2) XVI — XX əsrlərdə Avropada yüngül süvari növü.


Davamı →

"T" hərfi ilə başlayan tarix terminləri

taborçular (Çexiyadakı Tabor dağının adından götürülmüşdür) — feodallara qarşı çıxan husçuların daha inqilabçı hissəsi. Kəndlilər, şəhər yoxsulları, xırda sənətkarlar və din xadimləri, rıtsarların bir hissəsi taborçuların sırasına daxil idi. Onların baxışlarının əsasını ümumi bərabərlik və ədalətli dövlət haqqında təlim təşkil edirdi. Taborçular döyüşkən qoşun yaratdılar, hərbi taktika işləyib hazırladılar. 1434-cü ildə Lipani yaxınlığında mötədillər tərəfindən məğlubiyyətə uğrayan taborçuların ayrı-ayrı dəstələri 1437-ci ilə kimi feodal-katolik qüvvələrinə qarşı mübarizə apardılar.

tabu — mövhumatçı təsəvvürlərə görə, fövqəltəbii qüvvələrin baş verə biləcək hadisə üstündə cəzalandıra biləcəyi bu və ya digər hərəkətlərin icrası üçün qoyulmuş qadağa sistemi.


Davamı →

"Ş" hərfi ilə başlayan tarix terminləri

Şabran — Şirvanda orta əsr şəhəri və eyniadlı vilayətin mərkəzi. Əsası VI əsrdə qoyulmuşdur. Şirvanşahlar dövlətinin tərkibinə daxil idi. XVIII əsrin əvvəllərində osmanlılar tərəfindən   dağıdılmışdır. Şabranın xarabalıqları Quba şəhərindən 25 km cənub-şərqdə yerləşir.

şaduf — yüksəklikdə yerləşən tarlaları suvarmaq üçün suyu qaldırmaq vasitəsi. E.ə. II minilliyin ortalarında Qədim Misirdə ixtira edilmişdir. Şaduf yerə basdırılmış dirək və hərəkət etdirilən şüvüldən ibarət imiş. Onun bir başına daş, digər tərəfinə isə tuluq — dəri vedrə bərkidərmişlər.

şah («hökmdar», «ağa») — bir sıra Yaxın Şərq və Ön Asiya ölkələrində monarxın titulu. İlk dəfə Sasanilər dövlətində istifadə olunmuşdur.


Davamı →

"S" hərfi ilə başlayan tarix terminləri

sabotaj — işdən (sərəncamdan) yayınma və ya onun formal şəkildə yerinə yetirilməsi yolu ilə qəsdən pozulması.

Sadova — müasir Çexiyada şəhər; 1866-cı ildə Avstriya — Prussiya müharibəsində onun yaxınlığında general Moltkenin komandanlığı ilə Prussiya ordusu general Benedekin sərkərdəlik etdiyi Avstriya-Sakson ordusunu darmadağın etmişdi. Bu döyüş Prussiyanın Almaniyada başçılıq uğrundakı mübarizəsinin taleyini həll etdi. Avstriya 1866-cı ildə Praqa müqaviləsini bağlamaq məcburiyyətində qaldı. Həmin müqavilənin şərtlərinə görə, Almaniya ittifaqı buraxılırdı.


Davamı →

"R" hərfi ilə başlayan tarix terminləri

Ra — Qədim Misir mifologiyasında günəş tacı qoymuş şahinbaşlı Günəş allahı. Allahların çarı və atası kimi sitayiş edilir və Amon allahı ilə eyniləşdirilirmiş. Misirlilərin etiqadına görə, Ra hər gün qızıl qayıqda Yeri işıqlandıraraq səmavi Nil ilə üzür və qərbdə aşağı düşürmüş. Ra orada cəhənnəmə daxil olur, şər qüvvələrlə vuruşa-vuruşa yeraltı Nil ilə üzərək ertəsi gün yenidən səhər tezdən üfüqdə görünürmüş. Ra çar kimi dünyanın hakimi idi.

raca — ari qəbilələrinin tanınmış adamlarından seçilmiş başçı. Sonralar Hindistanda knyaz titulu.

rada (slav. "şura") — Ukrayna, Belarus, Litva, Rusiya və Polşada xalq yığıncaqlarının və silki-nümayəndəli orqanların tarixi adı.


Davamı →