Uşaqların yay travmaları

Yay aylarında valideynlər öz uşaqlarına qarşı çox diqqətli olmalıdırlar. Uşaqlar tez-tez yıxılır və nəticədə dərinin tamlığı pozulur – dəri sıyrılır, yara əmələ gəlir. Dəri orqanizmin qoruyucu təbəqəsidir. Bu təbəqənin tamlığı pozulduqda müxtəlif təhlükəli mikroblar orqanizmə asanlıqla daxil olurlar ki, bu nəticədə müxtəlif və bəzən çox ağır xəstəliklərə səbəb ola bilər.
Davamı →

Rəqəmsal uşaqlar

Övladının təhsilinə ümidlə baxan valideynlərlə yanaşı, uşağının dərsə hazırlaşmadığından, kitab “üzü” açmadığından, saatlarla kompüterin qarşısında “itib-batdı”ğından şikayətlənən ata-analar günümüzün reallığıdır. Əlimizdə statistika olmasa da, hər halda ikincilər birincilərdən çoxdur. Əslində, bu, həmişə belə olub. Ancaq müasir texnologiyalar, internet, şəbəkə oyunları, rəqəmsal gerçəklik fonunda müasir uşaqların dərsdən yayınmaları daha qabarıq gözə dəyir. Belə olan halda yeni nəslin valideyni nə etsin? Övladını kompüterdən necə ayırsın? Onu kitaba, dərsə meyl salmağa necə məcbur etsin?

Davamı →

Uğur üçün məcbur etmək uşaqlarımızı xəstə edir?

St. Louis Universitetinin Tibb Fakultəsində uşaq həkimi və müəllim olan Stuart Slavin, stresin təsirləri mövzusunda tanınan şəxsdir. Dr. Slavinlə iş yoldaşları, tələbələri arasında qayğı və depresiya səviyyələrinin üst səviyyəyə çıxdığını gördüklərində, proqramlarını yenidən hazırlayıblar. Tanıtım dərslərində keçdi/qaldı tətbiqi başladılıb, iki həftədən bir yarım günü boş saxlayıb, şagirdlər arasındakı əlaqələri gücləndirmək üçün kiçik öyrənmə qrupları formalaşdırmışdılar. Bunun nəticəsində  altı il içində şagirdlərin depresiya və qayğı səviyyələri olduqca geriləmişdi.
Davamı →

Uşaqlara mütaliə vərdişi uşaqlıqdan aşılanmalıdır

Uşağınıza kitab oxuma vərdişi qazandırmanın yolları nələrdir?
  • İlk olaraq özünüz də kitab oxumağı sevməlisiniz. Çünki siz kitab oxumasanız, uşağınız da sizdən bunu görməyəcək və tətbiq etmək istəməyəcək.
  • Uşağınızın oxumağı sevdiyi bir jurnalı davamlı ala bilərsiniz. Bu formada uşağınız bu jurnalın özünə aid olduğunu hiss edəcək və oxuma həvəsi artacaq.
  • Neçə yaşında olursa olsun, uşağınıza yüksək səslə kitab oxumaqdan çəkinməyin. Bu, onda yaranacaq həvəs üçün olduqca əhəmiyyətlidir.

Davamı →

Uşaqlar arasında rəqabəti bəzən valideynlər yaradır

Ailədə böyüklərin, əsasən də valideynlərin münasibətləri uşaqların xarakterlərinin və dünyagörüşlərinin formalaşmasında  əsas yerlərdən birini tutur. Ailə daxili psixoloji mühit – uşağa təsir edən əsas emosional faktordur. Bu mühit uşağın ətraf aləmdə mövqeyini, onun müsbət və mənfi xüsusiyyətlərini müəyyən edir. Uşaqlar ailə daxili münasibətlərini ən çox öz çəkdikləri və ya gördükləri şəkillərdə və oyunlarında təzahür etdirirlər”.Bu fikirləri uşaq psixiatrı Vəfa Şirinova bildirib.            
 

Davamı →

Çox danlanan, sıxışdırılan uşaqlarda gələcəkdə dəhşətli xəstəliklər yarana bilər

Xarakter insanın fiziki sağlamlığına bilavasitə təsir göstərir və pis səmtdə inkişafının qarşısını uşaq yaşlarından almaq lazımdır.
61 yaşlı Famil Əliyev də deyir ki, malik olduğu xarakter onun səhhətinə təsir göstərib. Bundan sonra həkimə müraciət emək məcburiyyətində qalıb.
Famil Əliyev — Sakin: «Hərdən bir hirslənirəm özüm-özümə, həkimə də müraciət edirəm, deyir nevrozdu. Nevrozu müalicə etmək üçün də gərək hərdən yaxşı yerə çıxıb hava qəbul edim».
Psixoloqlar deyirlər ki, insanlar bu kimi keyfiyyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyəsinin təsiri ilə əldə edir. Bunlar insan xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır.
Davamı →

Azərbaycanda yeni nəslin boyu niyə kiçilir?

Azərbaycanda əhalinin ildən-ilə cılızlaşmasına dair fikirlər tez-tez səslənir. Artıq yaşlı nəsil universitet tələbələrini məktəblilərlə müqayisə edirlər.

Bir sıra mütəxəssislər boyun getdikcə qısalmasını qeyri-sağlamlıq kimi qiymətləndirsələr də, bəziləri əksinə olaraq, boyu qısa olan insanların beyninin daha yaxşı inkişaf etdiyini iddia edirlər.

Heç təsadüfi deyil ki, cəmiyyətdə insanlar arasında tez-tez “dünyanı balacalar idarə edəcək” kimi ifadələr də işlənir.
Davamı →

Uşaqlarda dırnaq yemə vərdişi

Ömründə bir dəfə də olsun dırnaqlarının «dadına» baxmayan uşaq çətin tapılar. Dırnaqlar təbii və süniliyindən asılı olmayaraq içində gizlətdiyi bir çox mikroblara görə təhlükə mənbəyi sayılır. Kiçik yaşlı uşaqlar üçün həmin təhlükə daha yüksək olur, çünki daim əli ağzında olan uşaq çox mikrob udur.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova bu barədə  deyib: «Dırnaq yemək vərdişinin 3-4 yaşından tez başlamadığı müəyyən olunub. Bəzi valideynlər uşaqlarda dırnaq yemə vərdişinə o qədər əhəmiyyət verməsələr də, əslində bu, çox ciddi problemdir. Həmin problem nadir hallarda 1 yaşı tamam olmayan uşaqlarda müşahidə olunur.

Uşaqların böyük bir qismi dırnaq yeməyə meyilli olur və həmin vərdiş onlarda yetkinlik yaşına qədər davam edir. Yetkinlik yaşında həmin vərdiş azalmaq əvəzinə daha da artmağa başlayır. Onun səbəbini aşkar etmək vacibdir, Birincisi, uşaqlar ətrafdakıların qınağına tuş gəlmir. Zaman keçdikcə ictimai qınaqla üzləşəndə həmin vərdişdən əl çəkirlər. İkincisi, uşaqlar böyükləri təkrarlamağa meyilli olurlar. Böyüklərdə həmin əlamət müşahidə ediləndə istər-istəməz uşaq da ona maraq göstərir və pis vərdişin təməli qoyulur.
Davamı →

Yeməkləri seçən uşaqlar

Uşaqlar böyüdükcə onların dad hissiyatı da inkişaf edir, buna görə də artıq iməkləməyə başlayan uşaqların hər veriləni yeməsi normal haldır. Bir müddət keçdikdən sonra uşaqlar yeməkləri seçməyə başlayır. Bu dövrdə uşaqların yeməyi istədikləri şeylər daha azkən, yeməyi istəmədikləri şeylər daha çox ola bilər. Xüsusən, anaların uşaqlara yemək mövzusunda təzyiq göstərməsi zaman keçdikcə əks reaksiyaya səbəb ola bilər.

Əziz analar, övladınız qabındakı son tikəni bitirənə qədər masadan qalxmasına qadağa qoymağınız heç də yaxşı bir fikir deyil. Yemək üçün məcbur etmək uşaqlarda stress yaradır və valideynlərinə qarşı mənfi bir fikir formalaşdırır.
Davamı →

Əkizləri necə böyüdək?

Əkizləri heç bir zaman tək bir fərd kimi düşünməməli və bu cür davranmamalıyıq. Onların ayrı-ayrı fərdlər olduğunu qəbul etməli, onlara da bunu qəbul etdirməliyik. Bunun üçün əsasən sadə, ancaq fərdiləşdirməyə yardım edən aşağıdakı bir neçə kiçik, amma çox önəmli fərdiləşdirmə önərilərinə diqqət etməliyik:

* Onlara bir-birinə bənzəməyən tamamən ayrı adlar verin.
* Onların öz geyimlərinin olmasına çalışın və eyni geyimlərdən mümkün olduğu qədər uzaq tutun. Əgər eyni geyimləri varsa ayrı günlərdə geyinmələrinə çalışın.
Davamı →