Gözlər bizə nə deyir?!

Gözlər qəlbin aynasıdır deyirlər. Bir çox hallarda sözlə izahı olmayan hissləri bir baxışla izah etmək mümkündür. İllər ötdükcə insanın dünyaya baxışı ilə yanaşı gözlərin ifadəsi də dəyişilir. Sən demə hətta insanın gözlərinin rəngi də onun xasiyyəti barədə kifayət qədər informasiya verir.

MAVİ
Mavi gözlü insanların həyatının ən qaynar dövrü 14-38 yaş arasındadır. Bu qəbildən olan insanlarda 38 yaşdan sonra yorğunluq əmələ gəlir və onlar artıq sakit həyata meyl edirlər. Gözünün rəngi mavi olan qadınlar, adətən,
Ardı →

Hansı ətri sevirsən?

Deyirlər, ətirlər insan xarakterinin danışan dilidir. Qoxu öz sahibi haqqında təsəvvür olduğundan da çox məlumaq verə bilər. Əlbəttə ki, burada sarımsaq, siqaret və ya tər iyindən yox, istifadə etdiyimiz müxtəlif ətirlərin rayihələrindən gedir.


Çiçək ətirli: qızılgül, zambaq, jasmin, qardeniya…


Bu cür ətirlərdən istifadə edənlər mülayim, ünsiyyətcil və mehriban insanlardır. Sadiq dost və asanlıqla etibar ediləcək işçidir. Ancaq onların yaxın dostları azdır. Belələri qeyri-adi, gözəl və əntiq əşyaları çox xoşlayır, hətta kolleksiya da yığırlar. Səs-küylü yerləri sevmirlər, evdə oturub, sakit atmosferdə dincəlmək onlar üçün daha münasibdir.


Ardı →

İnsanın bədən quruluşuna görə xarakter tipləri

Zəif və ya intelektual tip: Zəif, yəni intelektual tipin geniş alnı, böyük bir başı, kiçik üzü vardır. Üzünün cizgiləri zərifdir. Burnu incə, çənəsi itidir. Vücud narın, çəlimsiz və çox zaman zəif olar. Çiyinlər dar və aşağı, qollar bir az uzun və incə, barmaqlar uzun və itidir. Bu tip kəslər zehnən son dərəcə fəal olmaqla birlikdə fiziki baxımdan həssaslıqları qıtdır. Onun üçün bir az tənbəlliyə meyilli olarlar, başqa insanlarla əlaqələri soyuq və cəmiyyət insanı ola bilməzlər


Ardı →

Temperament və xarakter

El arasında belə bir deyim var. Soruşanda qardaşın necə adamdır, ağıllı adamlar cavab verir ki, yol yoldaşı olmamışam. 
Psixoloqlar isə insanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər. Bir sözlə, insanın xarakterini, xasiyyətini onun hansı temperamentə malik olması müəyyənləşdirir. Nəzərinizə çatdıraq ki, temperament sözünün latıncadan tərcüməsi «hisslərin lazımi qarşılıqlı nisbəti» deməkdir.


Ardı →

Vəziyyətdən çıxmağı bacarırsınız?

Ötən əsrlərlə müqayisədə son illər insanların xarakteri, dünyagörüşü həddən ziyadə mürəkkəbləşib. Bu gün insanları nə iləsə heyrətləndirmək, təəccübləndirmək son dərəcə müşküldür. Eləcə aldatmaq da. 
Adamların xarakteri, düşüncə tərzi hətta o qədər mürəkkəbləşib ki, psixologiya elmində uzun illər birmənalı şəkildə qəbul edilən insanın temperament tipinə də təsir göstərib. İnsanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görən psixoloqlar özləri artıq tərəddüd içindədirlər.


Ardı →

Xarakter

1. Xarakter haqqında anlayış.
2. Xarakter əlamətləri.
3. Xarakterin aksentuasiyanın tipləri. Psixopatiya.


1-ci sual. İnsanları bir-birindən fərqləndirən, şəxsiyyətin davamlı xüsusiyyətlərindən biri də xarakterdir. İnsanlar həmişə bir-birinin xarakterinə böyük əhəmiyyət verir, davranış və rəftarında bunu nəzərə alırlar. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərinin deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusunu əks etdirir.


Ardı →