Ən çox üzləşdiyimiz peşmanlıqlar
İnsanların yaşadığı bəzi peşmanlıq hissləri ilə tanışlıq bəlkə də bu siyahı üzərində işləməyinizə kömək edə bilər. Sfera.az insanların daha çox üzləşdiyi peşmanlıqlarla bağlı araşdırmanı təqdim edir.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Müəllif: Beyza Bayraktar
Beş duyğu orqanımız olmasaydı, yaşadığmız dünyanı qavraya bilməzdik. Biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxuladığı, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Ancaq bu gün elm bizə bunu söyləyir: «Hisslərimiz yalnız elektrik siqnallarının beynimizdə yaratdığı təsirlərdir.» Buna görə xarici dünyadakı insanların, rənglərin, sahib olduğumuz hər şeyin yalnız beynimizə çatan surəti ilə təmasda oluruq.
Məsələn, bir çiçək düşünək: Çiçəyin qoxusu, görünüşü, toxuması ilə əlaqəli elektrik siqnalları sinirlərimiz vasitəsilə beynimizə çatır və orada çiçəyi əmələ gətirir. Əgər beyinə gedən siqnallar kəsilsə, çiçəklə bağlı hisslərimiz itər və çiçəyi qavramamız da mümkün olmaz. Buradan da anlayırıq ki, bizim çiçək hesab etdiyimiz şey, əslində beynimizə çatan hisslər toplusudur. Xaric aləmdə çiçək vardır, ancaq biz çiçəyin xarici aləmdə necə olduğunu heç zaman bilə bilmərik. Yəni bu «hisslər toplusu»nun xaricimizdə var olan əsli ilə heç bir şəkildə təmasda ola bilmərik. Çünki heç bir zaman beynimizin xaricinə çıxma, bu hisslərdən başqa bir şeylə təmasda olma imkanımız yoxdur.
Əziz dostlarım,hər şeydən öncə sizlərə bir nəsnəni aydınlaşdırmaq istərdim ki,mən “olan” və “olmayan” dünya dedikdə sizlərə deyilən,sizlərin qəbul etdiyiniz(bəziləriniz təbii ki,belə nəsnələri qəbul etmirsiz,bəlkə də doğru yoldasız),sizlərə bu ən “doğru”su deyə verilən və özünün təsdiqini də səmavi dinlərin müqəddəs yazılar toplusu kimi qəbul edilən kitablardakı dünyaları nəzərdə tutmuram.Yəqinki artıq çoxunuza məlum oldu ki,dinlərin insanlara bəyan etdiyi hansı dünyalardır.Bilməyənlərə də,qısaca xülasə edim ki,bu dünyaların adı dinlərdə(səmavi dinlərdə təbiiki)”O dünya,yəni cənnət dünyası və cəhənnəm dünyası”anlayışlarıdır.
Əvvəlcədən xatırladım ki,bu dünyaların hansı anlama gəlməsi,hansı mahiyyətləri əhatə etməsi,haradan qaynaqlanması,necə oldu ki,insana bu kimi dünyalar vacib və ya insan bu dünyaları özünə vacib bildi və.s kimi yaxın sualları cavablandırmaq hələki mənim adını olan və olmayan dünya adlandırdığım yazımla yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.Cənnət və cəhənnəm dünyaları ilə maraqlanan insanlara yaxşı bir tövsiyyə:”Dostlar,mollalardan uzaq olun,amma öldüyünüz zaman qəbir daşınınızın üstündə yasin sürəsini oxuyan insanın da molla olduğunu unutmayın.Nə qədər qəribə görünsə də,Azərbaycan cəmiyyəti mollalarsız keçinə bilmir.”
Ən böyük işlər böyük xəyallar qurma
xüsusiyyəti olan insanlar tərəfindən həyata keçirilmişdir.
Uilliam Russell
Xəyal hər hansı vəziyyət və ya hadisəni zehnidə canlandırma deməkdir. Xəyal qurmaq müvəffəqiyyət və fərdi inkişafın ayrılmaz tərkib hissəsidir.
Həyatda düşüncə hərəkətdən öncə gəlir. Reallaşdırılması planlanan bütün layihələr əvvəlcə zehində canlandırılır, daha sonra tətbiq olunur. Məsələn, televizor ixtira etmə fikri əvvəlcə xəyal edilmiş, sonra praktikada tətbiq olunmuşdur. Fateh Sultan Məhməd İstanbulu fəth etməyin əvvəl xəyalını qurmuş, daha sonra düşüncələrini həyata keçirmişdir. Yenə telefonun ixtirası, kompüterin ixtirası əvvəl zehnidə canlandırılmış, sonra praktikada tətbiq olunmuşdur.
“Kor bir adamın dünyası onun yalnız toxunma hissiyyatından ibarətdir. Uğurlu bir adamın dünyası isə xəyalları boyu uzanır. Böyük xəyallarla yaşayanların uğurları da böyük olur”, – deyə C. Maksvell qeyd edir.
Həyatda heç bir riski olmayan və çox zövqlü yeganə bir iş var: xəyallara dalmaq. Xəyal dənizində gəmi batmaz. Zamansız və məkansız bir müstəvidə xəyallar quraraq fikirləşərkən, bəlkə də, gələcəyin bir çox uğurlu layihələrinin təməlini atmış olur insan.
Orijinal fikirlər, böyük kəşflər xəyallarla başlamışdır. Xəyal bacarıq qapısının cəftəsi kimidir. Uğurlu işlər, rekordlar ərəfəsində xəyal sanki tramplin rolunu oynayır.
Xəyal etmək dedikdə, əlbəttə ki, hər tərəfi gül-gülüstan, özümüzü isə çəmənlikdə istirahət edən şahzadə kimi fikirləşməyi nəzərdə tutmuruq. Həyatın acı reallığını istəməsək də, qəbul etməliyik. Lakin bu reallıq qarşısında ümidsizliyə düşməmək, daxili inamı bərpa etmək üçün xəyallarımızdan istifadə etməliyik. Belə demək mümkündürsə, ziddiyyətləri ixtisar etmək üçün “romantik fikirləşib, realist kimi yaşamalıyıq”.
Hərəkətə keçməzdən əvvəl görəcəyimiz işi xəyallarımızda canlandırmaq bizə əlavə motivasiya verər. Xəyallarımızı işə salaraq, “əvvəl hərəkət, sonra motivasiya” kimi səhv düşüncəmizi “əvvəl motivasiya, daha sonra hərəkət” prinsipinə çevirməliyik. Eyni zamanda, xəyal qurmanın əks-təsir verə biləcəyini də nəzərə alaraq, xəyal gücümüzdən yalnız motivasiya vasitəsi kimi yararlanmalıyıq.
Ümid kasıbın çörəyidirsə, onun ən böyük sərmayəsi xəyaldır. İnsan üçün puç olmamış ümidlər və reallığa qovuşmuş xəyallar var-dövlətdən daha əhəmiyyətlidir.
Malik olduğumuz, amma görüb duya bilmədiyimiz elə var-dövlətimiz var ki, ömür boyu bizə baxaraq mövcudluğundan xəbər vermək istəyir. Ancaq nədənsə, biz bu gözü həmişə yumulu formada görürük.
Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR