Zorakılıq yalnız qadının problemi deyil!

Təhsil və psixoloji məsləhət Mərkəzinin psixoloqu Nuray Gültəkin qadın zorakılığınının yalnız qadının problemi olmadığını söyləmışdir.
Ayrı-ayrı fərdlərin, qeyri-hökumət təşkilatlarının, hüquq, ədalət, təhlükəsizlik və sağlamlıq işçilərinin bu mənfi halın aradan qaldırılmasındaböyük köməkliyi ola bilər. Psixoloq Nuray Gültəkin qadına yönələn zorakılığın çox vaxt nəzarətsiz və cəzasız qalmasına diqqət çəkərək:
«Halbuki, ailədaxili zorakılıq yalnız qadının problemi deyil. Konstitusiyamızailəni cəmiyyətin təməli kimi qəbul edir və ailəni yaradan insanların qorunması, şəxsi təhlükəsizlikləri qanunla zəmanət altındadır. Konstitusiya ilə ailənin qorunması üçün lazımi tədbirlərin görülməsi vəzifəsi dövlətə verilmişdir. Buna gör də zorakılığın qarşısının alınması üçün dövlətin siyasəti olmalıdır. Əgər tədbir alınmasa, zorakılıq təkrarlana bilər ki, bunun da mənfi nəticələri pis ola bilər » xəbərdarlığını etdi.

Davamı →

Tiranlıq nədir?

Öncəliklər gəlin bu sözün haradan və necə yarandığını öyrənək.
Tiran Qədim Yunanıstanda və XIII-XVI əsrlərdə İtaliyada hakimiyyəti zorla ələ keçirən şəxs olub. Bu şəxs öz sərt qanunları və qəddarlığı ilə seçilib. Beləliklə bu ad tarixi aşa-aşa günümüzədək gəlib çıxıb. 
Təbiiki müasir dövrdəki tiranlıq, zorakılıq qədim zamanda olanlarla eyni deyil. Amma psixoloji əzilmiş və təhqirə məruz qalmış insan fiziki zorakılığa məruz qalmış insanla eyni ağrı və acını hiss edə blər. Və zamanla ruhən sına və özünə inamı olmayan bir fərdə çevrilə bilər.  

Tiranlıq nədir ?
Siz zorakılığa, qəddarlığa məruz qalmısınızmı ? 
Bunu anlamaq, sezmək mümkündürmü ? 
Bu və bu kimi suallara bu yazımızda cavab tapacaqsınız.
Davamı →

Tanınmış xanımlar qadın zorakılığından danışdılar

Brilliant Dadaşova
Xalq artisti

Mənə belə gəlir ki, qadın ilk dəfə şiddət görən andan qarşı tərəflə münasibəti bitirməlidir. Əlbəttə, bu, çox çətindir. Bəzən qadınlar böyük məhəbbətlə sevirlər və sevdikləri insana inanıb güvənirlər. Bu inamla da ümid edirlər ki, hər şeyin dəyişəcəyi gün gəlib çatacaq. Biz həmişə dədə-babadan da belə eşitmişik, deyiblər, gün gələr, düzələr. Ancaq həmin gün gəlmir. Əksinə, günlər gedir və bu günlər həyatdan, ömürdən, sağlamlıqdan gedir.

Davamı →

Katolik kilsəsinə tövbə etməyə getdim

Nə fərqi var, eşşəyə ya sağdan mindin, ya da soldan.

Atalar məsəli.

Bilirsiniz məni nə əsəbləşdirir? Hansısa şəxsin bədnam, cinayətkar əməllərindən, hansısa şəxsin qeyri-adekvat, bəzən hətta qəribə hərəkətlərindən danışan kimi bir dəstə adam tez-tələsik həmin şəxsin uşaqlığını təftiş etməyə başlayır. Deyirlər ki, uşaqlıqda atası onu döyüb, uşaqlıqda sevgi görməyib, uşaqlıqda əziyyət, aclıq çəkib, nə bilim uşaqlıqda biskvit, dondurma yeməyib, limonad icməyib və sairə və ilaxır. Freyddən beş-altı cümlə oxuyanlar dayanmadan “beynimizi xarab etməklə” məşğuldur.


Davamı →

Öldürmək olmaz, amma lazımdır

Zorakılıq və siyasət – hər zaman bir-biri ilə toqquşan anlayışlardır. Bir tərəfdən, demək olar ki, dövlətin istənilən tərifi güc aparatını onun zəruri hissəsi kimi ifadə edir, onlardan ən məşhuru da Weberə məxsus olan – zorakılıq üzərində inhisarçılığın dövlətin zəruri xüsusiyyəti olmasıdır. Digər tərəfdən də, dövlətin əsas qayəsinin münaqişələrin sülh yolu ilə həlli olduğu əsas gətirilərək, ona qarşı (hərbi, polis, siyasi və s. kimi vasitələrə malik olması səbəbilə) zorakılıq ittihamı yönəldilir, bununla da delegitimizasiyasına cəhd edilir.

Davamı →

Ailə zorakılığı və onun fəsadları

Əksər hallarda uzun müddət istirahətin olmaması, maddiyyat məsələləri, seksual xarakterli problemlər və s. insanın zorakılıq etməsinə gətirib çıxarır.

Baş verə biləcək konfliktlərin əsasını təşkil edən alkoqolizmin, narkomaniyanın və psixi pozuntuların profilaktikası və müalicəsi aparılmalıdır.

 Ailədə aqressiya tez–tez rast gəlinən haldır. Çox təəssüf ki, ondan heç kim sığortalanmayıb. Zorakılıq ailə dəyərlərinə, ümumiyyətlə münasibətlərə yarası çətin sağalan zərbə vurur. Belə zorakılıq  halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir,  çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır. Adətən ailə zorakılığı cinayətə şərait yaradır ki, bu da sonda azadlıqdan məhrum olma faktına qədər gətirib çıxara bilir.

 Statistik məlumatlara görə hər dördüncü cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verir. Bu fakt artıq bu məsələnin ön plana çıxarılmasının vacibliyini göstərir. Belə getsə ailə münaqişələri zəminində baş verən cinayətlər kriminologiyanın bir hissəsinə çevriləcək.

 Ailə  daxili zorakılıq insana müxtəlif dərəcəli zərər vurulmasına gətirib çıxarır. Bura tənqid, təhqir, şəxsiyyətin alçaldılması, hətta ölüm faktları daxildir.


Ardı →

Zorlanma qurbanı

16 yaşında oğurlanan və bir il daima zorlanan və döyülən bu qız, nəhayət, azad ola bilir.
Pakistanda belə qızlar nə edirlər? Bir qayda olaraq intihar edirlər. Ancaq Assiya Rafiq polisə şikayət edir.

Sizcə, polisdə onun şikayətinə nə cavab verirlər? – 4 polis zabiti Asyanı zorlayır. Yenə də Assiyanın qarşısında bir yol var — ailəsinin adına ləkə gətirməmək üçün özünü öldürmək.

Ancaq Asya Pakistanın kənd yerlərindəki qızların ağlına gəlmədiyi bir yolu seçir — yerli hakimiyyət orqanına şikayət edir, başına gələnləri ictimaiyyətə açır.


Niyə belə hadisələr məhz Pakistanda olur? Niyə bütün dünyada islam ölkəsi kimi tanınan Pakistanın adı belə yerlərdə çəkilir? Bütün dünyada Assiya Rafiq haqqında  Not a Victim, but a Hero deyilir.Pakistana bu lazımdır?
Davamı →