Əbədi mövzu – Ölüm

Ölüm, ya həyat? Gülümsəyirəm, əlbəttə, ölüm!
Həyat dediyimiz şey əslində nədir? Anamızın bətninə düşdüyümüz, bəlkə ondan da əvvəl başlayan ölüm yolçuluğudur. Bunu söylərkən istər-istəməz hər şey səni geriyə çəkir. Anamızın öz anasının bətninə düşdüyü, onun anasının da öz anasının bətninə düşdüyü andan başlayan, ya da bəlkə də kişinin əsas məzmunu olaraq — toxumdan başlayan yolçuluq. Ölüm heç zaman bu uzun yolçuluğun hər hansı bir anında başlaya bilməzdi. Geri-geri çəkilmək bizi o ana aparıb çıxaracaq: Tanrı hələ də düşünməkdədir, yaratmaq, ya yaratmamaq? Deməli, kainatın yaranmasının özünün məzmununu bircə kəlməylə ifadə etmək ən doğrusudur: Ölüm!

Davamı →

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

Ölüm – keçmişin və indiki dövrün filosofları üçün ən maraqlı təzahürlərdən biridir. Biz bilirik ki, insan həyatı sonludur, bu isə o deməkdir ki, vaxtımız kəskin şəkildə məhduddur. Filosoflar ölüm bilgisinin insan həyatına necə təsir etdiyini öyrənir.
Öz texnologiyaları və digital sferadakı imkanları ilə XXI əsr ölümün ümumiyyətlə nə olduğu haqqında bizi çoxlu suallar verməyə vadar edir. Bioetika çərçivəsində ölümün meyarlarının nələr olduğu ətrafında günümüzdə olduqca maraqlı müzakirələr aparılır.

Davamı →

Ölüm və onun növləri

Ölüm canlı orqanizmin həyat fəaliyyəinin labüd sonudur. Səbəblərinə görə 2 cür olur:
1. Fizioloji (təbii)
2. Patoloji (vaxtından əvvəl).
Həddindən artıq qocalmış orqanizmin həyatının başa çatması fizioloji ölüm sayılır. Fizioloji ölüm canlı orqanizmin qocalıqla əlaqədar olaraq bütün həyati funksiyalarının başa çataraq sönməsi nəticəsində baş verir. İnsanlarda fizioloji ölümə nadir hallarda rast gəlinir.

Davamı →

Həyatlarının son anında dərdləri nə idi

Allah bizləri, həyatımızın hər bir anında yüksək əhval-ruhiyyəli və ali hədəfli olaraq görmək istəyər. Çünki, dünyadakı bütün sıxıntılar müvəqqətidir. Hətta ölüm belə, müsəlman üçün son deyil, əbədi və gözəl həyatın başlanğıcıdır. Bu halda nəyə görə üzülsün ki? Bunu gözəl şəkildə dərk edən və həyatına tətbiq edən hər bir kəs, ən sıxıntılı anında belə xoşbəxt olar. Bəli, ölüm anı gəlib çatsa belə..

Davamı →

Cəfər Cabbarlı

Azərbaycan ədəbiyyatının,mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Qafar oğlu Cabbarlı 1899-ci il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin «Dağlı məhəlləsi» adlanan yuxarı hissəsində yaşamışdır.


Ardı →