Qazaniya - Gazania

  • Flora

Suyu və nəmişliyi sevir. Lakin çox sulananda yaxşı çiçək açmır. Drenajlı torpaqlarda tez inkişaf edir. Davamlı gübrə verildikdə çoxlu və iri çiçəklər açır. Soyuğadavamlı bitkidir. Payız şaxtalarını yaxşı keçirir. Qışda 10 oC temperaturda saxlamaq, az sulamaq məsləhətdir. Toxum və vegetativ yolla çoxaldılır.
Davamı →

Sevimli güllər haqqında

Qızılgül - dekorativ çiçək becərmədə gülçiçəklilər fəsiləsinin itburnu cinsinə aid mədəni bitki növlərinin qəbul olunmuş adı. Qızılgülün kök sistemi milvarıdır və torpağın 5 mdərinliyinə kimi işləyir. Çox gövdəli olmaqla, budaqlıdır. 1,5-2 mhündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800-1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60-120 ləçək olur. Ətraf mühitdən asılı olaraq,efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyişir. Qızılgüldə iki tip çoxillik budaqlar: Əsas və ya anac və boyu tükənən budaqlar mövcuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya anac budaqlar 5-6 yaşda olub,üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır.



Ardı →

Dracula simia- Meymun səhləbi

Dracula simia, çox nadir çiçək. İkinci adı — meymun səhləbi. Məsələ ondadır ki, qönçəni ortasında həqiqətən də meymunun sifətinə bənzəyir. Yeri gəlmişkən, gül yalnız dağ rayonlarında Ekvador, Kolumbiya və Peru üzərində dəniz səviyyəsindən 2000 metrdən 1000 metrədək yüksəklikdə artır. Kolleksiyaçılar deyirlər ki, meymun səhləbi yetişmiş portağalın iyi gəlir.


Ardı →

Güllər və "mənaları"

Təbiətdə hər şey gözəldir.İnsanın yaşadığı mühiti isə çiçəklər və güllər,onların ətri,rəngarəngliyi daha gözəl bəzəyir.Çiçək və güllər insana sevinc,fərəh,inam gətirir.Buna hələ çox keçmişlərdən insanlar diqqət yetirmişlər,onlara rəmzi mənalar vermişlər.Bunlardan aşağadakılar daha geniş yayılmışdır:

  • Qızıl gül,qırmızı rəng — məhəbbət və həyat,razılıq almaq,təntənə,qələbə
  • Qərənfil —          ehtiras
  • Su zanbağı —     su pərisi
  • Astra —             qəm-qüssə,xatirə

Davamı →

Çiçəklər sevgi rəmzidir

Böyük bir hökmdarın 3 oğlu olur və onlardan birini varis seçmək istəyir. Bu isə çox çətin olur, çünki hər üçü həm ağıllı, həm də cəsur olur. Üçəm olduqları üçün də yaş fərqləri olmur və bu daha da çətinləşdirir seçimi. Hökmdar müdrik bir şəxslə məsləhətləşir və qərara gəlir.


Evə qayıdan kimi oğullarını çağırır yanına və onlara çiçək toxumları verib, bir neçə illik səyahətə çıxacağını söyləyir. Toxumları yaxşı saxlamağı tapşıraraq, səyahətdən qayıdanda toxumları geri istəyəcəyini bildirir. Hökmdar səyahətə çıxır.


Birinci oğul nə edəcəyini düşünüb, qərara alır ki, həmin toxumları dəmir seyfdə saxlasın və atası qayıdanda toxumlar olduğu kimi qalacaq.


İkinci oğul düşünür ki, əgər mən də onu kimi saxlasam toxumlar xarab olub gedəcək və mağazaya gedib satır toxumları. Atası qayıdanda da həmin pula atasının verdiyi toxumlardan da yaxşısını alıb verəcəyini düşünür.


Üçüncü oğul isə bağa gedib toxumları səpir.


Ardı →