Peyğəmbərimizin iftar və sahuru

Rəsulullah (s) shabələrinə iftar yeməyi verdiyi kimi, vaxtaşırı dəvət edildiyi iftar süfrələrinə gedir, bəzən sahurda da onlarla birlikdə olurdu. Ənəsin ® rəvayət etdiyinə görə, Hz. Peyğəmbər (s) dəvət edildiyi iftar süfrələrində belə dua edərdi:
Ardı →

Peyğəmbər Əfəndimizin bəzi keyfiyyətləri

Uca Allah Qurani-Kərimin "əl-Qələm" surəsinin 4-cü ayəsində peyğəmbərimizin (s) əxlaqı haqqında belə buyurur: "Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!".

Bir hədisdə Peyğəmbərin (s) dilindən deyilir: «Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim». Bu haqda belə bir hədis rəvayət olunur: «Bir gün Peyğəmbər (s) səhər namazını qılmaq üçün evindən çıxır. Hava soyuq idi
Ardı →

Sabah edərsən

Hər dəfə xeyr işlərə başlamağa qərar versək, qarşımızda bu işə mane olacaq bir çox əngəllərə rastlaşırıq. Kiməsə xeyirxahlıq etmək təşəbbüsündə olduğumuz zaman, həmin əngəllər səbəbindən təşəbbüsümüz nəticəsiz qalır.

Sanki içimizdə «sabah edərsən», «hələ vaxta var» kimi hisslər bizi bu xeyir işlərdən uzaqlaşdırır. Uca rəbbimizin rızası üçün bir işə başlamaq istədiyimiz zaman bu hiss bizi öz çıxılmaz bataqlığında boğur
Ardı →

Zikir və onun möcüzəsi

İnsanların iman etməsi üçün Allahın möcüzələri bu gün də davam etməkdədir. Bunu görmək üçün sadəcə olaraq insanların özlərini və ətraf təbiəti ağlın gözü ilə müşahidə etmələri lazımdır. Küveytli elm adamı dr. Yusuf Bədr Qərb ölkələrində qeyri-müsəlman alimlərin apardığı və özünün də iştirak etdiyi tədqiqatlarda su molekullarının üzərində deyilən söz səbəbi ilə müxtəlif formalar aldığını öyrənmişdir.
Ardı →

Allah kimləri sevməz?



1)Allah yer üzündə fitnə-fəsad törədənləri, pozğunluq yayanları sevməz: "(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!" (əl-Bəqərə, 205). «Yəhudilər dedilər: „Allahın əli bağlıdır!“ Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər!) Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçilik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!» (əl-Maidə, 64). «Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma
Ardı →

Müalicə yoxsa Təvəkkül?

Çox vaxt hər birimizi maraqlandıran bir məsələ ilə üz-üzə qalırıq. Bizi yaradan, var edən aləmlərin Rəbbi həyatımızın bütün incəliklərini bilərək, nə vaxt öləcəyimizi, hansı xəstəliklərə düçar olacağımızı əvvəlcədən təqdir etmişdir. Ömrümüzün hər baharında rast gəldiyimiz xəstəliklər, dərdlər Onun bəzən seçdiyi qullarını imtahana çəkmək, bəzən etdiyimiz səhvlərə görə bu dünyadakı cəzalandırılmağımız v.s. ifadə edir.


Ardı →

Hz.Ömərin Quran haqqında tövsiyəsi


«Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allahın qulu Ömərdən, Abdullah ibni Qeysə və onun yanında olan Quran hafizlərinə və həyatlarını bu kitabla səhmana salanlara salam olsun.


Bu Quran sizlər üçün savab, şərəf və zəngin bir xəzinədir. Ona tabe olun. Əsla onu özünüzə tabe etməyin. Kim Quranı özünə tabe edərsə, o, həmin insanı göydən yerə çırpar. Həmin şəxs cəhənnəm oduna düşər. Hər kim Qurana bağlanarsa, Quran onu Firdous cənnətinə çatdırar. Çalışın ki, Quran hər zaman sizin üçün şəfaətçi olsun, əsla siz


Ardı →

Kimlər aldandı!!

Cəhənnəmə düşə biləcəyini güman etməyən dindar aldandı!


«Və (o zaman) Allahdan onlara güman etmədikləri (gözləmədikləri əzab) görünəcəkdir» (əz-Zumər, 47).


— Cənnətə düşəcəyini zənn edən kəs aldandı!


«Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?» (Ali-İmran-142).


Ardı →

Ümməti üçün ağlayan peyğəmbər

"İbn Əmr ibn As ® belə nəql edir:


«Bir gün Peyğəmbərin (s) yanında idik. Peyğəmbər (s) Hz. İbrahim (Ona salam olsun!) haqda nazil olan ayəni oxumağa başladı:


»Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!" (İbrahim, 36).


Daha sonra Allahın rəsulu, Hz.İsanın (Ona salam olsun!) Qurandakı bu sözlərini oxudu:


"Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasa


Ardı →