Tənbəlliyə qalib gəlmək üçün ...

Tənbəllik müasir insanların əksəriyyətinin xasiyyətinə çevrilmişdir. Bəzən insan bir iş görmək qərarına gəlir. Lakin bu işi görməyə onun nə həvəsi olur, nə də enerjisi olmur.
Belə bir fikir var: tənbəllik deyilən şey yoxdur.
Biz bu fikri belə analiz edə bilərik: insan bu işi sadəcə görmək istəmir və onun bu işi görmək üçün kifayət qədər motivasiyası yoxdur.

Davamı →

Həyatda uğur qazanmış məşhurlardan dərs verən sözlər


Böyük uğurlar qazanmış insanların  həyatda qazandıqları təcrübələr hər birimiz yolgöstərici ola bilər. Bu təcrübələrdən dərs çıxardaraq və öz həyatımızda tətbiq edərək biz də arzuladığım istiqamətdə daha uğurlu bir insana çevrilə bilərik.

 Çempionlar içlərində həvəs, xəyal və məqsəd olan insanlardan çıxar.

-Məhəmməd Əli


 “Müvəffəqiyyəti qeyd etmək yaxşıdır. Amma müvəffəqiyyətsizliklərdən alınan dərsləri yaxşı öyrənmək daha əhəmiyyətlidir.  – Bill Gates

Şirkət qurmaq tort bişirmək kimidir. Bütün inqredentləri düzgün nisbətdə əlavə etməlisiniz.  – İlon Mask

Sabahın səfasını sürmək üçün, bugünün cəfasını çəkmək lazımdır. – Nick Vujicic

Unutma, həyat bəzən sənə nə istədiyini yox, nəyə ehtiyacın olanı verir. – Robin Şarma

Uğur qazanmış məşhurlardan dərs verən sözlər


Davamı →

Sizi uğursuz edən 6 vərdiş | Uğursuzluğun səbəbləri


Uğur qazanmazdan öncə bir çox maneələri aşmaq lazımdır. Bu maneələr əslində uğura gedən yolda təcrübə və ya səhvlərinizdən öyrənəcəyiniz dəyərli həyat dərslərdir.

Ancaq bəzən insan yanlış vərdişlərin ucbatından yaşadığı uğursuzluqları təkar edir. Biz də bu məqalədə bizi uğurdan uzaq edən bu vərdişlərdən danışacayıq

1. Sağlamlığın qayğısına qalmamaq


Motivasiya videolarında və filmlərinə baxdıqda bizə elə gəlir ki, uğur qazanmaq üçün günlər yuxusuz qalmalı və istirahət etmədən davamlı çalışmalıyıq. Əslində bu yanlış bir yanaşmadır.

 

Əlbəttə uğura gedən yoldu bəzi fədakarlıqlara getmək gərəkdir,ancaq sağlamlıq  qətiyyən bura aid deyildir. Bir çox insan sağlam həyat tərzini tərk edərək uğura nail olmağa çalışır, sonradan buna nail olsa da, uğurdan istənilən xoşbəxtliyi və həzzi duymur.

Yuxusuzluq və düzgün qidalanmamaq bacarıq və biliklərdən düzgün istifadə etməyə mane olur və səhv qərarlar qəbul etməyə səbəb olur. Sizcə bu yolla uğuru necə əldə etmək olar?

Düzgün qidalanma və yuxu həm ruhi, həm də fiziki sağlamlığınız üçün çox vacibdir. Həyatınızda vərdişlər və rutinlər ola bilər, lakin bunlar sizə mənfi təsir göstərməməlidir.  

Unutmaq olmaz ki, Sağlam bir həyat tərzi  istənilən uğurun əsas şərtlərindən biridir.


Davamı →

Nə üçün səhər tezdən durmalıyıq? | Erkən oyanmaq üçün 6 əla səbəb

Niyə səhər tezdən durmalıyıq?

Uğurlu bir həyat tərzi üçün  ediləcək ən əsas şeylərdən biri səhər tezdən durmaqdır. Araşdırmalar sübut edir ki, erkən oyanan insanlar gün boyu daha xoşbəxt,daha enerjili və məhsuldar olurlar.

Budur erkən oyanmaq üçün 6 əla səbəb...

1. Özünü kəşf et!

Uğur nə istədiyini bilən və bunun üçün ən doğru yolları kəşf edib əzmlə çalışanlara qismət olur. Uğurlu insanlar özünü kəşf edən, öz gerçək amal və arzularını bulan insanlardır. Bunun üçün edə biləcəyiniz ilk addım isə hər səhər erkən durmaq və özünüzə zaman ayırmaqdır. 
Bir çox insanlar diqqətlərini cəmləyə bilmədiklərinə görə arzu və məqsədlərinə çata bilmirlər. Gün ərzində nə edəcəyini müəyyən etməyənlər iş təlaşında nə edəcəklərini unuda bilərlər. Məlum olduğu kimi, beynimiz günün ilk yarısında daha səmərəli və nizamlı işləyir. Həyatınızı idarə etmək üçün bu müddətdən istifadə edin.


Davamı →

Yeni günə daha xoşbəxt və güclü bir şəkildə başlamaq üçün 7 təsirli üsul | Uğurlu Günün sirləri


# 1: Tez  Yat, Tez  Oyan

Günə pozitiiv və enerjili bir şəkildə başlamaq üçün edə biləcəyiniz ilk və əsas addım məhz budur. Atalarımız tez duranların qabağa düşdüyünü deyəndə haqlı idilər. Bundan əlavə, yalnız erkən qalxmaq deyil, həm də vaxtında yatmaq da çox vacibdir. Günə daha xoşbəxt və sağlam başlamaq istəyirsinizsə, hər gün eyni saatda yatıb oyanmağı vərdiş halına çevirin.

 Ancaq yuxu saatı insanın yaşından və bioloji xüsusiyyətlərindən asılı olaraq da dəyişə bilir. Kiminə günlük 5-6 saat kifayət edərkən, kiminə də 7 saat belə az gəlir. Öz bədəniniz tanıyıb ona görə tənzimləməkdə fayda var.

# 2: Günə 1 stəkan saf su ilə başlayın

Təxminən 7-8 saat sizinlə yatmış və susuz qalmış bədəni, onun maddələr mübadiləsini oyatmağın ən yaxşı yolu günə bir stəkan su ilə başlamaqdır. İstər isti, istərsə də soyuq olsun, günə 1 stəkan su ilə başlamaq maddələr mübadiləsini oyadacaqdır.

Bir daha xatırladaq ki, bədən və beyninizin 70%-dən çoxu sudan ibarətdir.

Bonus: Bağırsaq probleminiz varsa, səhərlər 2 quru gavalı və 1 stəkan ilıq su bütün gününüzü yaxşılaşdıracaq.

 


Davamı →

Daha Uğurlu bir həyat üçün 11 qızıl məsləhət

 Uğurlu olmaq hər bir insanın istədiyi bir arzudur. Ancaq uğur qazanmaq bildiyiniz kimi heç də asan deyil. Asan olsaydı hər kəs edərdi. Hər kəs edə bilsəyi, bəlkə də gözümüzdə bu qədər dəyərli və böyük olmazdı.

Çox vaxt insanlar özlərinə bu sualları verirlər:

Niyə uğursuzam… Niyə işlərim bir şey yolunda getmir… Həyatda nə vaxt uğurlu olacam...

Bütün bu səbəbləri və sualları atıb özünüzə dönün və dəyişikliyi edin. Çünki uğurun sirri faydalı vərdişlər qazanmaq və pozitiv dəyişiklikləri etməkdədir.


Davamı →

Uğurlu insanların xüsusiyyətləri | Uğurlu olmaq üçün nə etməli?

Hamımızın həyatda gerçək olmasını arzuladığı bir xəyalı vardır. Təəssüf ki, bəzilərimiz xəyallarımızı həyata keçirməkdə çətinlik çəkirik. Bəs, arzularını gerçəkləşdirən və xəyallarına gedən yolda daha inamlı addımlar atan uğurlu insanların xüsusiyyətlərinə nələrdir?Bu məqalədə bunu öyrənmiş olacağıq.

Uğurlu insanların ortaq xüsusiyyətləri  xəyal və arzularınızı həyata keçirmək üçün sizə yol göstərə bilər! Uğurlu insanların əsas sirləri bunlardır:


Davamı →

Doğum xəritənizə görə şansın üzünüzə gülməsi üçün nə etməlisiniz?

«Uğur nöqtəsi” hansı bürcə nə deyir?

Qoç – „Uğur nöqtə”niz bu bürcdədirsə, şansınız özünüzü ifadə etmək və risk almaq qabiliyyətinizdən irəli gəlir. Refleksləriniz sürətlidir və güclü zəkanız sizə cazibə qatır. İmicinizdən istifadəyə imkan verən fürsətlərdə şansınızı sınayın. Özünüzü olduğunuz kimi təqdim etməyə cəsarət edin.
 
Buğa – Sizin güclü hisləriniz var və şansınız yalnız onları necə inkişaf etdirməyi öyrəndiyiniz zaman artacaq. Keyfiyyət və kəmiyyət arasındakı fərqi dərk etməyə diqqət yetirin. Şansınızın açıq olduğunu görəcəksiniz.

Davamı →

Uğur nədir

“Uğur nədir?”, “necə əldə olunur?”, “nədə uğur qazanmaq mümkündür?”, “uğursuzluq nədir?” kimi suallar, yəqin ki, sizi də düşündürür.
Hər kəs dayanmadan uğurdan danışır, uğur əldə etməyin yolları haqqında kitablar oxuyur, treninqlərə qatılır. Hətta bu yolda müəyyən sertifikatlar belə alır. Sən də haqlı olaraq “uğur”un nə olduğu haqda düşünürsən, bununla zehnin məşğul olur. Elə deyilmi?
Davamı →