Estetik əməliyyat

İstər kişilər, istər də qadınlar hansı prosedurlar üçün daha çox estetik cərraha müraciət edirlər?
Kişilərə nəzərən, qadınlar daha çox estetik cərrahi məqsədlər üçün  müraciət edirlər. Kişilər daha çox nəfəs alma problemi, burun çəpər əyriliyi, süd vəzisində qadınsayağı piylənmə (ginokomastiya) ilə bağlı bizə üz tuturlar. Qadınlar da rinoplastikadan savayı, botoks, qaşların qalxması, dolğu, pilinq, saplarla üzün müəyyən nahiyəsində gərmələr kimi cavanlaşdırıcı prosedurlar, qarın və bel nahiyəsinin yağlanması, apoplastika(qarın nahiyəsinin sallanması) üçün müraciət edirlər.

Davamı →

Dodaq böyütmə əməliyyatı

Dodaqlar tarix boyunca gözəlliyin və incəsənətin simvolu olmuşdur. Dodaq estetikası tək dodağı dolgunlaştrmaq demək deyil. Dodağın konturu, üst dodaq, alt dodaq arasındakı fərqlilik, ağız kənarları, küncləri, burun-dodaq arası məsafəsi dodaq estetikasını əhəmiyyətli nöqtələrindəndir.
Inyeksiya üsulu ilə Dodaq estetikası
Davamı →

Burun əməliyyatından sonra nələrə diqqət etməli?

Burun əməliyyatı edənlərin sayı günü-gündən çoxalır. Demək olar ki, saç rəngləmək qədər geniş yayılan bu əməliyyatlar üçün həkimlər diqqət edilməli mövzular haqqında danışır. Estetik cərrah Dr. Dəfnə Ərqara burnun estetik əməliyyatlarının planlanmalı olduğunu deyərək əməliyyatdan əvvəl və sonra nələrə diqqət etməli olduğumuzu sıraladı.

Əməliyyatdan sonra bu 5 məqama diqqət etməlisiniz:

Siqareti tərgitməlisiniz
Siqareti əməliyyatdan 2 həftə əvvəl tərgitməkdə fayda var. Eləcə də əməliyyatdan sonra 3-4 həftə istifadə etməməlisiniz. Siqaret yaraya sağalma müddətində mənfi təsir göstərə bilər.

Su dəyməməsinə diqqət edin
Əməliyyatdan sonra 1 həftə işə getməyin. Hətta bəzən bu müddət daha da çox ola bilər. 1 həftə burna su dəydirmək qadağan olduğu üçün çimə bilməzsiniz, sadəcə bədəninizi yuya bilərsiniz. Saçınızı da burnunuza su dəymədən gözəllik salonunda başınızı arxaya tərəf qoyaraq yudurda bilərsiniz.
Davamı →

Özünü eybəcərləşdirmək

  • Esse
Gözəllik – insan övladının lap qədimnən uzun bir inkişaf yolu keçərək yaratdığı hər şeydə, gördüyü hər mənzərədə axtardığı bir meyardır. Gözəllik insanın ruhunun qidasıdır da demək istərdim.

Son zamanlar gözəllik uğrunda (qadınlarımızın yazacaqdım, haqsızlıq etməyim qadınlara, kişilər də maşallah olsun heç geri qalmırlar) aparılan mücadilə çətin ki, ruhlara qida olsun. Bilirəm indi zaman başqadır. Tibb çox inkişaf edib. Bir zamanlar xəyal kimi görünənlər indi tam real həyatımıza girib. Güzgü qarşısında «kaş ki” deyilənlər üçün indi heç üzülmədən klinikalara gedib, o kaşkiləri istənilən formaya salmaq çox rahatdır.
Davamı →

Liposaksiyanın təhlükələri

Hazırda liposaksiya bütün dünyada ən populyar estetik əməliyyatlardan biridir. Bu əməliyyat hətta o dərəcədə adiləşib ki, insanlar ona artıq ciddi cərrahi müdaxilə kimi deyil, adi bir kosmetik prosedur kimi baxır. Lakin bu, heç də belə deyil. Bütün digər cərrahi əməliyyatlarda olduğu kimi, liposaksiyanın da əks göstərişləri, yanaşı təsirləri, ağırlaşmaları, riskləri var. Yaxın günlərdə Leyla adlı gözəl cavan xanımın liposaksiyadan 2 gün sonra ölümü bunu tam şəkildə təsdiq edib.

Yeri gəlmişkən, internetdə yayılan şəkillərdən hətta tibbi savadı olmayan insan anlayır ki, bu xanıma əslində liposaksiya əməliyyatına heç ehtiyacı da yox idi. Vicdanlı peşəkar həkim belə pasiyenti fikirdən döndərməli, aparat kosmetologiyasına və ya fitnes zalına göndərməli idi.
Davamı →

Burun formasının korreksiyası

Bununun ölçülərinin və formasının korreksiyasına yönəlmiş cərrahiyyə əməliyyatı «rinoplastika» adlandırılır.

Rinoplastika ən mürəkkəb plastik əməliyyatlardan biri sayılır. Burunun əyri, qeyri-proporsional (çox böyük, enli və s.) olması, burun donqarı, burun çəpərinin əyriliyi, burun travmaları və anadangəlmə patologiyaları rinoplastika üçün göstəriş sayılır.

Rinoplastika əməliyyatı üçün müəyyən əks-göstərişlər var: bəzi ürək xəstəlikləri, şəkərli diabet, onkoloji proseslər, böyrək və qara ciyər patologiyaları, qanın laxtalanmasının pozulmaları, əməliyyat sahəsində olan iltihablar və s. Üz skeleti (və o cümlədən burun) 18 yaşına kimi tam formalaşır. Bu səbəbdən bu yaşa kimi rinoplastika yalnız istisna hallarda həyata keçirilə bilər (məsələn, çəpər əyriliyi səbəbindən burun nəfəsalması ciddi pozulduqda, bəzi anadangəlmə patologiyaları zamanı və s.).

Əməliyyat ümumi narkoz vasitəsilə həyata keçirilir. Əməliyyat açıq və qapalı üsulla həyata keçirilə bilər.Açıq əməliyyat zamanı burun yollarını ayıran dəridə kəsik aparılır,  burunun dərisi tam qaldırılır. Əməliyyatdan sonra dəri öz yerinə qaytarılır və kəsik tikilir. Qapalı əməliyyat zamanı kəsiklər yalnız burunun içərisində selikli qişada aparılır. Lakin bu halda həkim «kor-korana» işləməyə məcbur olur.


Ardı →

Yaşa görə estetik əməliyyat

«Zamanın sizdən alıb apardığı gözəllikləri geri qazanmaq istəyirsinizmi?» — bu sual həmişə qadınların ağlındadır. Üzündəki ilk qırışı görəndə aynalara küsən, «Yaşlanırammı?» — deyə narahatlığa qapılan qadının estetik təqvimini öyrənmək istəyirsinizmi?
Üzdəki ilk qırış qadının ən qorxulu yuxusudur. Qadınlara məsləhətimiz estetik təqviminə görə ediləcək kiçik toxunuşlarla zamanı dayandırmaq və ya geri çəkməkdir.
Davamı →

Ən çox estetik əməliyyata müraciət edən ölkə

Beynəlxalq Estetik Cərrahlar Birliyi tərəfindən aparılan araşdırmada məlum olub ki, dünyada ən çox Cənubi Koreyalılar gözəl görünmək naminə bıçaq altına yatırlar. Araşdırmalarda Türkiyə axırıncı yerlərdə qərarlaşıb.

Beynəlxalq Estetik Cərrahlar Birliyinin apardığı araşdırmanın nəticələrinə görə 2011-ci ildə dünyada təxminən 15 milyon estetik əməliyyat keçirib. Cənubi Koreyada 77 nəfərdən biri estetik əməliyyat olunur. Cənubi Koreyanın paytaxtı Seulda 19-49 yaş qrupundakı qadınların 5-də biri əməliyyat üçün bıçaq altına yatıb. Onlar ən çox göz qaldırma əməliyyatı üçün müraciət edirlər.

Asiya ölkələri isə ən çox burun əməliyyatı üçün müraciət edirlər. Çin, Yaponiya, Cənubi Koreya göz qaldırma, Asiya ölkələri burun əməliyyatları, Amerika, Meksika və Avropa ölkələrində ən çox sinə əməliyyatları keçirirlər.


Davamı →

Plastik əməliyyatlar Azərbaycanda

Plastik əməliyyatlar üzrə cərrah Sevinc Təbrizli: “Plastik əməliyyat etdirən qadınlarımızın böyük əksəriyyəti Anjelina Coliyə bənzəmək istəyirlər”
Bakıda hər il 3 minə yaxın plastik əməliyyat aparılır
Azərbaycanda plastik əməliyyatlar getdikcə populyarlaşır. Təqribi hesablamalara görə, hazırda Bakıda təqribən 20 klinikada ildə 3 minə yaxın plastik əməliyyat aparılır. Bu barədə «APA»ya plastik əməliyyatlar üzrə cərrah Sevinc Təbrizli məlumat verib. Onun sözlərinə görə, plastik əməliyyatlar həm yerli, həm də xaricdən gətirilən cərrahlar tərəfindən aparılır: “Təkcə mənim çalışdığım klinikada ildə 300-ə yaxın xəstə əməliyyat edilir”.
Davamı →

Plastik əməliyyat

Estetik cərrahiyyəni təsadüfi olaraq «plastik» adlandırmırlar, çünki əməliyyatdan sonra pasiyentin üzü müəyyən dərəcədə təbiiliyini itirir. Plastik cərrahiyyə adını sintetik materialdan (plastika) yox, yunan sözü olan plastikosdan götürüb ki, mənası «forma vermək və ya təşkil etməkdir».

Üzdə plastik cərrahiyyə nəyə xidmət edir?


Plastik cərrahiyyə — üz və bədən quruluşunun korreksiyası və rekonstruksiyasıdır. Plastik cərrahlar pasiyentin xarici görünüşünü rekonstruksiya və kosmetik (estetik) cərrahiyyə vasitəsilə yaxşılaşdıra bilirlər. Deyirlər, plastik əməliyyatlar Qədim Hindistanda meydana gəlib. Orada cinayətkarların ağır əməllərinə görə burun uclarını kəsir və tez alnından dəri götürərək yenisini düzəldirdilər. O dövrdən plastik əməliyyata münasibət o dərəcədə dəyişib ki, indi insanlar buna öz razılığı ilə gedir və külli miqdarda pul ödəyirlər.
Davamı →