Həm ev işi gör, həm də kalori itir

Formada qalmaq istəyənlərin kalori yandırmaq üçün istifadə etdiyi bir çox üsul var. Məsələn, müntəzəm olaraq məşq etmək, qaçmaq, kiçik boşqablardan istifadə edib az yemək yeməyi üstün tutmaq kimi.
Ancaq aparılan son araşdırma bu variantlara bir yenisinin əlavə olunduğunu göstərir. Çünki bu araşdırmaya görə, yalnız evinizi təmizləyərək gündə 600 kalori yandırmaq mümkündür. Hətta 2 saat ərzində evdə təmizlik işi aparmaq 5 kilometrlik bir qaçışdan belə daha çox  kalori yandırır.
Toz almaq, döşəməni  silmək, hamamı təmizləmək kimi gündəlik ev işləri sayəsində evinizindən çıxmadan belə kalori yandıra bilərsiniz.
Davamı →

Hansı yeməkdən sonra hansı idmanı etməli?

Yediyiniz 1 dilim paxlava üçün 1.5 saat heç durmadan rəqs etməli, içdiyiniz 1 fincan südlü qəhvə üçünsə 3-3.5 saat ayaq üstə qab yumalısınız. Formada qalmaq istəyir, ancaq hamburger, pizza, kabab, bir dilim şokolada “yox” deyə bilmirsiz?

Yediyiniz yeməklərin yağa çevrilməsini hərəkət etməklə əngəlləmək mümkündür.

Çox insan formada qalmaq üçün pəhrizi həyatlarının bir parçası ediblər. Bəs arada gizli-gizli qadağan olunmuş qidaları yeyənlər bu yağlarını əritmək üçün nə etməlidir?

180 qramlıq pizza 330 kaloridir. O kalorini yandırmaq üçün təxminən 1 saat üzmək lazımdır. Bu, 324 kalori yandırmanıza kömək edəcək.

Təxminən 110 qramlıq bir ədəd hamburger 240 kaloridir. Bu kalorini əritmək üçün templi şəkildə 2 saat gəzmək lazımdır.

70 qramlıq bir dilim şokoladlı tort 275 kalori təşkil edir. Bu kalorini yandırmaq üçün 2 saat yarım ev işi görmək lazımdır.


Ardı →

Enerjili qadınlar

Eyni anda hər şeyi edə bilən və ən əsası da, bunların hamısını yaxşı edə bilən bəzi qadınlar vardır. Bu qadınları marketdə görərsiniz: Bir tərəfdən cib telefonu ilə danışarkən, bir tərəfdən də alış-veriş arabasını doldurarlar və yanlarında da xoşbəxt, söz dinləyən bir uşaq vardır. Alver siyahısını hazırlamanın belə nə qədər enerjinizi aldığınızı düşündüyünüzdə bu sizə haqsızlıq kimi görünər. Bu qadınlar bunu necə bacararlar? Bu enerjilərinin qaynağı nədir? Belə məşğul və enerjili qadınların bir neçə sirri vardır. Sizin də faydalana biləcəyiniz məqamlar ola bilər:


Ardı →

Gündəlik normal qidalanma

Ailəli qadınların gündəlik qayğılarının əsasını günün menyusu təşkil edir. Sadə dillə desək, «nə bişirim» problemi. Xüsusilə ailə həyatının ilk illərində qadınlar gündəlik qidanın nədən ibarət olduğunu dəqiq müəyyənləşdirə bilmirlər. Nahardan azacıq vaxt keçəndən sonra kiminsə yenidən yemək istəməsi başqa işələrə mane olur. Nə etmək lazımdır ki, ailə üzvləri bir-iki saatdan sonra yenidən acmasınlar? Təbii ki, bunun da çarəsi var. Bununçün nahara, şama nə bişirəcəyinizə qərar verməzdən əvvəl ərzaqların kalorisini dəqiqləşdirməyi unutmayın. Ən əsası isə hər şeyin ailəniz üçün maksimum xeyirli olmasına nəzarət edin. Bəs gündəlik qidanın tərkibi necə olmalıdır?
Ardı →