ABŞ tarixi. İkinci Dünya müharibəsindən sonra

İkinci Dünya müharibəsindən sonra Qərb dövlətləri arasında əsaslı yerdəyişmə baş verdi. Qaliblər sırasında müharibədən yalnız ABŞ iqtisadi və hərbi cəhətdən qüdrətli dövlət kimi çıxmışdı. ABŞ Qərb dünyasını sovet təcavüzündən müdafiə etməyi özünün başlıca missiyası elan etdi və tezliklə lider oldu.

1945-ci ilin aprelində F.Ruzveltin qəfil vəfatından sonra onu bu vəzifədə vitse-prezident Harri Trumen əvəz etdi. “Yeni xətt”i davam etdirən Harri Trumen Konqresə sonralar “Ədalətli xətt” adlandırılan geniş liberal islahatlar proqramını təklif etdi. Müharibədən sonra güclənmiş iri kapital dairələri isə iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi siyasətinə qarşı çıxaraq “prosperiti dövrü”nün qaydalarına qayıdılmasını tələb edirdilər.


Davamı →

ABŞ Birinci Dünya Müharibəsindən sonra

ABŞ-ın Birinci Dünya müharibəsində iştirakı ölkənin siyasi, iqtisadi, hərbi və maliyyə qüdrətinin artmasına səbəb olmuşdu. Ərazisində hərbi əməliyyatlar getmədiyindən ABŞ müharibədən gəlir əldə etmiş, milli sərvətini xeyli artırmışdı. Dünya qızıl ehtiyatının yarıdan çoxu da onun əlində cəmləşmişdi. Müharibədən sonra Avropa ölkələrinin çoxu ABŞ-dan maliyyə asılılığında idi.

Vudro Vilsonun xarici siyasətdə uğursuzluqları və ölkədə iqtisadi böhranın başlaması 1920-ci il prezident seçkilərində Demokratlar Partiyasının məğlubiyyətinə səbəb oldu. Respublikaçı Uorren Hardinq prezident seçildi. Onun qəfil vəfatı ilə əlaqədar bu vəzifəni icra edən vitse-prezident Kalvin Kulic növbəti prezident seçkilərində qalib gəldi. ABŞ iqtisadiyyatının sürətlə inkişaf etdiyi dövrdə Kulicin ölkəyə rəhbərlik etməsi onun nüfuzunu xeyli artırdı.


Davamı →

Malkolm İksin (Malcolm X) Avtobioqrafiyasından Seçmələr

Malkolm İks bir vaxtlar cani olmuş, çoxsaylı cinayətlərindən birinə görə həbs olunduqdan sonra isə türmədə İslam dini ilə tanış olmuşdur. Bundan sonra elə həbsxanada Malkolm müsəlmanlığı qəbul edir və özünü savadlandırmağa başlayır. Azadlığa çıxdıqdan sonra isə Malkolm İks ABŞ-ın ən öndə gedən ictimai xadimlərindən birinə çevrilir və 2 milyona yaxın amerikalının müsəlman olmasında müstəsnasız rol oynayır.
Malkolm X öz həyatını yazıçı Aleks Heyliyə danışmış və 1965-ci ildə, Malkolmun qətlindən qısa müddət sonra onun avtobioqrafiyası dərc olunmuşdu. Kitab öz dövürunün şedevri sayılır.
İyirminci əsrin ən bənzərsiz şəxsiyyətlərindən olan Malkolm İksin avtobioqrafiyasından bəzi seçilmiş hissələri ingilis dilindən həvəskar tərcümədə sizin diqqətinizə çatdırıram.

NOI

Davamı →

Böyük coğrafi kəşflər və müstəmləkə sisteminin yaranması. Avropa sivilizasiyasinin Amerika qitəsinə yayılması

  1. Böyük Coğrafi Kəşflərin səbəbləri.
  2. Xristofor Kolumb. Amerika qitəsinin kəşfi.
  3. Hindistana dəniz yolunun kəşfi. Portuqalların müstəmləkə işğalları.
  4. Hindistana qərb yolunun kəşfi. İlk dünya səyahəti.
  5. Karib hövzəsinin müstəmləkələşdirilməsi. Meksikanın və Perunun işğalı.
  6. Portuqaliyanın müstəmləkələri.
  7. Müstəmləkələşmə və katolik kilsəsi.
  8. Böyük Coğrafi Kəşflərin nəticələri.

Davamı →

ABŞ ikinci dünya müharibəsindən sonrakı dövrdə

ABŞ ikinci dünya müharibəsindən hərbi, siyasi və iqtisadi cəhətdən ən güclü ölkə kimi çıxdı. 1945-ci ilin aprelin 12-də F.D.Ruzvelt vəfat etdikdən sonra ABŞ-da prezident vəzifəsini vitse-prezident Harri Trumen icra etməyə başladı. Trumen iqtisadi və sosial sahələrdə F.D.Ruzveltin “Yeni xətt” siyasətini davam etdirdi. 1944-1946-cı illərdə bir sıra qanunlar qəbul olundu. “Hüquqlar haqqında əsgər billi” qanununa əsasən ordu sıralarından tərxis edilənlərə təhsil və mənzil tikmək üçün kredit almağa, bizneslə məşğul olmağa imkan yaradan xeyli imtiyazlar verildi. Minimum əmək haqqının artırılması, sosial müdafiə sisteminin genişləndirilməsi və ucuz mənzillər tikilməsi proqramı qəbul edildi. ABŞ-da “firavanlıq dövləti” yarandı. Müharibədən sonra sosial və əmək münasibətləri də kəskinləşdi. Bu, öz təzahürünü 1947-ci ildə Konqresdə çoxluq təşkil edən respublikaçıların təkidi ilə qəbul olunmuş Taft-Xartli qanununda tapdı. Bu qanun həmkarlar ittifaqlarının fəaliyyətini və əmək münasibətlərini tənzimləyirdi. Müharibədən sonra ABŞ xarici siyasətdə “zor işlətmək”, “müharibə həddində müvazinət”, “total qarşıdurma” doktrinaları irəli sürdü. Trumen doktrinası və Marşall planı təklif olundu. Trumen doktrinası Yunanıstan və Türkiyədə sovet təsirinin güclənməsi əleyhinə çevrilmişdi. Marşall planı isə Avropadakı müttəfiqlərinə müharibə dövründə dağılmış iqtisadiyyatını bərpa etməsinə kömək üçün nəzərdə tutulmuşdu.


Ardı →

ABŞ XIX əsr - XX əsrin əvvəllərində

İstiqlaliyyət müharibəsi ABŞ-ın iqtisadi inkişafı üçün əlverişli şərait yaratmışdı. 1800-cü ildə prezident seçilmiş T.Ceffersonun hakimiyyəti dövründə dövlətçilik möhkəmləndirildi, seçki senci ləğv edildi, borclular və məhbuslar üçün daha hümanist qanunlar qəbul edildi. Qərbə doğru hərəkat genişləndirildi. Ingiltərənin Şimali Amerikadakı müstəmləkələrini geri qaytarmaq cəhdi 1812-ci ildə müharibəyə səbəb oldu. Ingiltərə məğlub oldu və 1814-cü ilin dekabrında Kent müqaviləsini imzaladı. Müqaviləyə görə İngiltərə ABŞ-a öz müstəmləkəsi kimi baxmaq iddiasından əl çəkdi. 1812-1814-cü illər müharibəsi ABŞ tarixində ikinci istiqlaliyyət müharibəsi adlanır. xıx əsrin əvvəllərində Avropada aparılan aramsız müharibələr ABŞ-a öz ərazisini genişləndirmək imkanı vermişdi. Luiziana, Florida, Texas və Şimali Kaliforniya torpaqlarının hesabına ABŞ-in ərazisi üç dəfədən çox artmışdı. Qərb torpaqlarının mənimsənilməsi ABŞ-da kapitalizmin inkişafı üçün geniş imkanlar açırdı. Iqtisadi inkişaf Şimal və Cənub ştatlarında fərqli yollarla gedirdi. Şimalda fermer təsərrüfatı üstünlük təşkil edirdi. Kənd təsərrüfatında kapitalizmin inkişafının fermer yolu ABŞ iqtisadiyyatının sürətlə inkişafına kömək edirdi. Plantatorlar qullara qarşı irqi ədavəti qızışdırırdılar. Irqçilik getdikcə daha dərin kök salırdı. 30-cu illərdə quldarlığa qarşı abolisionistlər hərəkatı geniş vüsət almışdı. Bu hərəkat iştirakçıları quldarlığa son qoyulmasını tələb edirdilər.


Ardı →

ABŞ-da Qanunvericilik hakimiyyəti

ABŞ Konstitusiyasının Birinci Maddəsi federal dövlətin bütün qanunvericilik səlahiyyətlərini iki palataya — Senata və Nümayəndələr Palatasına bölünmüş Konqresə həvalə etmişdir. Bu iki palatanın daha kiçiyi olan Senat Konstitusiyada göstərildiyi kimi, hər ştatdan seçilmiş iki üzvdən ibarətdir.
Nüməyəndələr Palatası üzvlüyü əhalinin sayına və onun tutumuna əsaslanır, ona görə də Konstitusiyada bu barədə xüsusi qeyd edilməmişdir. ABŞ Konstitusiyasının qəbulundan yüz il keçdikdən sonra belə, senatorlar xalqın müstəqim səsi ilə seçilmirdi, hökumət qanunvericiliyi tərəfindən seçilirdi. Senatorlara onların ştatlarının doğma təmsilçiləri kimi baxılırdı.
Davamı →