Azərbaycan Demokratik Cümhuriyyəti dövründə məhkəmələr

1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycan Demokratik Respublikasının yarandığını elan etdi. Elə həmin gün F.X.Xoyskinin rəhbərliyi ilə Nazirlər Soveti yaradıldı və 9 nəfərdən ibarət Azərbaycan Milli Hükuməti təşkil olundu. Hökumətin tərkibində digər nazirliklərlə yanaşı, Azərbaycan Demokratik Cümhuriyyətinin Ədliyyə Nazirliyi də yaradıldı və Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov ilk ədliyyə naziri oldu.
Ardı →

Ramil Səfərova misal olaraq yazılmış məktub

Artıq 17 ildir ki, sənin isti köksünə həsrət qalmışam. Neçə ildir ki, sənin məndən, mənim səndən xəbərim yoxdur. Oralarda hər kəs meni geri qaytarmaqdan, məni nə qədər sevdiklərindən danışırlar, amma heç kim mənim səndən ayrı qaldığım andan nələr çəkdiyimi, mənim sinəmə nə qədər dağ çəkildiyini bilə bilməz. Hətta, qondarma ermənistan respublikasını dəstəkləyən-vəhşiliyin, özbaşınalığın, murdarlığın, cəlladların tərəfdarı olan dövlətlər də. Bir zamanlar at oynadan Koroğlular, Cavanşirlərin yurdu bu gün ermenilər tərəfindən narkotik tranzit zonaya çevrilib.


Ardı →

Azərbaycan dövlətləri

Ən qədim Azərbaycan tarixi


  • Aratta
    Aratta — Azərbaycan ərazisində (Güney Azərbaycanda) e.ə. III minilliyin I yarısında meydana gəlmiş ilk dövlət qurumu. Arratanın ərazisi Urmiya gölünün cənub və cənub-şərq ərazilərini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası (Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi.
  • Lulubi
    Lulubi — Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlət. E.ə. III minilliyin ikinci yarısında İkiçayarası şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə.XXIV-XXII əsrlər) altında birləşdi. Azərbaycan ərazisində isə artıq Aratta dövləti süquta uğramışdı.

Davamı →

Azərbaycanın qısa coğrafiyası

Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 — e.ə. təqr.120), Strabon (e.ə. 64/63 — eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 — təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumatlar vermişlər.



Ardı →

Azərbaycan | Məmməd Araz

Azərbaycan — qayalarda bitən bir çiçək,
Azərbaycan — çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan — mayəsi nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
AZƏRBAYCAN deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Ardı →

Azərbaycan | Səməd Vurğun

El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hanki səmtə, hanki yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Ardı →

Azərbaycan haqqında bunu hamı bilməlidir

Azərbaycan –öz sahəsi və əhalisinə görə Zaqafqaziyanın həm quru, həm də dəniz sərhədlərinə malik olan ən iri dövlətidir. Onu şimaldakı qonşusu olan Rusiyadan Böyük Qafqaz sıra dağları ayırır, şimal-qərbdə o, Gürcüstanla həmsərhəddir, Kiçik Qafqaz sıra dağları onu qərbdə Ermənistandan, cənubda isə İrandan ayırır, cənub-qərbdə onu İrandan həmçinin, Talış dağları ayırır. Dəniz sərhədi Azərbaycanı Qazaxıstan və Türkmənistandan ayırır.


Ölkənin ən sıx əhalisi olan rayonları Abşeron yarımadası, Lənkəran ovalığı və Şirvan düzənliyidir. Burada əsasən pambıqçılıq rayonları yerləşən yarımsəhra Kür-Araz ovalığından fərqli olaraq bir çox növ meyvələr yetişir.


Ardı →

Bunları bilirdinizmi ?

Dünyada Azərbaycan dedikdə ağla neft və musiqi gəlir.
Bakı SSRİ-də metro açılan dördüncü şəhər olm...uşdur.
SSRİ-ni dünyaya tanıtdıran üç müğənnidən ikisi Azərbaycandandır. Rəşid Behbudov və Zeynəb Xanlarova.
Kabab dedikdə ən birinci Azərbaycan kababı yada düşür.
Azərbaycan dünyanın ən xoşbəxt 103-cü ölkəsidir.
Dunyanin Ən bahalı şəhərləri arasında Bakı 2010 36 yerdədi Bakı Frankfurt, Praqa və İstanbul kimi şəhərləridə geridə qoyub.


Ardı →