Depressiya haradan başlayır?

Kanadalı alimlər belə qənaətə gəliblər ki, depressiyaya səbəb bağırsaqlardır. «McMaster» universitetinin araşdırmaçıları bağırsaqlarda yaşayan mikrofloranın beyindəki kimyəvi proseslərə təsir etdiyini və insanın ruhi vəziyyətini dəyişdirdiyini qeyd edirlər.

Bunu müəyyən etmək üçün siçanlar üzərində araşdırma aparılıb. Belə ki, sağlam gəmiriciyə onun bağırsağının fəaliyyətinə təsir edən antibiotik verilib. Nəticədə onların sonradan daha qorxaq və əsəbi olduğu müşahidə edilib.

Bundan əlavə, onların beyinlərinin depressiya bölgəsində də dəyişiklik qeydə alınıb. Düzdür, insanlar və heyvanlar arasında fərq ola, araşdırmalar eyni nəticəni göstərməyə bilər. Ancaq alimlər bağırsaqlara xüsusi diqqət etməyin vacibliyini qeyd edirlər.

 


Davamı →

İnamsızlıq

Batil inanclara inamınız yoxdur, lakin bütün tərsliklərin sizin başınıza gəldiyini düşünürsünüz, eləmi? O zaman özünüzü bu yazıda axtarın...
   
Deyirlər, ilanın zəhləsi yarpızdan gedər, o da onun yuvasının ağzında bitər. Sizdə də belədir? Sanki qaçdığınız problemlər dönüb-dolaşıb sizi tapır. Eyni sevgi hekayəsi və eyni ayrılıq nəticələri yaşayırsınız. “Niyə hər dəfə mən aldadılıram?”, yaxud “Niyə istədiyim kimi iş tapa bilmirəm?” və s. bu tip suallarla qarşı-qarşıya qalırsınız. Xalq arasında “dəvəsi ölmüş ərəb” kimi adlanan bu durumları gündəlik həyatımızda da yaşayırıq. Bəzən bütün günü işlərimiz yaxşı getmir, sanki qara buludlar başımızın üstünü alıb. 
 
Belə hallar adətən psixoloqlar tərəfindən müxtəlif formada qiymətləndirilir. Hadisəyə necə yanaşırıqsa, elə də yaşayırıq. Psixoloqların məsləhətlərinə görə, belə halları yaşamamaq üçün hər səhər yerinizdən qalxanda “Bu gün necə də gözəl gündü” — deyib, ətrafınızda pozitiv enerjini formalaşdırmalısınız. Məhz gününüzün yaxşı keçəcəyi qərarını da elə o andan etibarən özünüz verməlisiniz. Hətta gün ərzində mənfi hallarla da rastlaşsanız belə, bu, sizə o qədər də pis təsir etməyəcək. Çünki siz artıq hadisələrə müsbət tərəfdən yanaşmağa qərarlısınız.
Ardı →

Depressiyadasız?

depressiyadayam“Mən depressiyadayam!” Yəqin ki, bunun ətrafdakılarınızdan çox tez-tez eşidirsiiniz. Bəzən isə özümüz də özümüzə belə bir «diaqnoz» qoyuruq. Hər gün minlərlə insan depressiya əleyhinə həblər qəbul edir. Bəs depressiya həqiqətənmi tez-tez baş verir? Onu müəyyən dərman və preparatlarla müalicə etmək mümkündürmü?
   
   “Depressiya” tibbi termindən daha çox, ümumməişət terminə çevrilib. Statistikaya əsasən, dünyada 110 milyon insan bundan əziyyət çəkir.
   Depressiyanın klassik simptomları — əhvalın pis olması, hərəkət və düşüncələrdə ləngimədir. Depressiyanın səbəbləri isə müxtəlifdir. Bundan asılı olaraq müalicəsi də müxtəlifdi — həblərdən başlamış psixoterapiyaya qədər. Tibbi təhsili olmayan insan bundan baş çıxarmaz. Əgər özünüzə depressiya diaqnozu qoymusunuzsa psixiatra müraciət edin. Utanmağa, gizlənməyə ehtiyac yoxdur. Çünki sizə məhz o həkim kömək edə bilər.
Ardı →

Həyatın mənasını itirmişəm (Suala dini və psixoloji cavab)


19 yaşım var, təhsil alıram, vaxtım olanda işləyirəm. Tam mənası ilə, bu yaxınlarda məndə qəribə bir tənhalıq və həyat mənasızlığı hissi meydana çıxıb. Baxmayaraq ki, bundan əvvəl başqa cür idi, oxumaq, karyeranın yüksəldilməsi arzusu vardı… Amma indi mənə heç nə maraqlı deyil, sadəcə boşluq… Zəhmət olmasa, mənə məsləhət verin.

Dini baxışdan cavab: 

Bir çox insanda zamanla bu cür hisslər baş qaldırır. Bu dönəmlərdə mütəmadi olaraq Quran və dini kitabları mütaliə etmək lazımdır. Nə qədər dini daha çox yaxına buraxsaz, bir o qədər onun çağırışına bağlanacaqsız və təbii ki, həyatın anlamını axtarmağa lüzum qalmayacaq, çünki hər bir inanclı insanın həyatının mənası Yaradanının ondan razı olmasıdır. Allahın razılığını qazanmaq üçün, onun qanunlarına, dininə (İslam) riayət etmək lazımdır. Allaha tez-tez dua edin:


Ardı →

Ayrılıqdan sonra

ayrılıqSevgi insanoğlunun hiss etdiyi ən gözəl duyğulardan biridir.  Onunla bərabər keçirdiyiniz zamanlar sizin həyatınızda yaşadığınız ən gözəl və ən xoşbəxt anlardır. Lakin işlər biz istədiyimiz kimi getməyə də bilər.

Fırtına ilə başlayan sevgilər qasırğa ilə də bitə bilər. Onunla yaşadığınız anlar sizin üçün bir kabusa çevrilə bilər. Bu vəziyyətdə yaşanan gözəllikərin ardından hər şeyin sona çatdığına inamaq əlbəttə, çox çətindir. Lakin həyatda ölümdən başqa hər şeyə çarə var! Bu çətin anları da aşmağın bir çox yolları var. Yetər ki, özünüzü yaxşı hiss etməkdən vaz keçirməyin. Unutmayın özünüzə əzab və iztirab verərək heç nəyə nail ola bilmərsiniz.  Mütəxsislər, bu çətin anları ən yaxşı şəkildə sovuşdurmağınız üçün aşağıdakıları məsləhət görür.

Sosial mühutdən uzaqlaşmayın.
Bu vaxt yalnız qalmaq istəyə bilərsiniz, ancaq yalnızlıq, özünüzü yaxşı hiss etməyinizi təmin etməyəcək, sizi daha çox depressiyaya salacaq.
Ailəniz və distlarınzla daha çox vaxt keçirməyə çalışın. Çünki ola bilər ki, uzun zamandır onlarla sıx əlaqədə olmursunuz.
Ardı →

Depressiyadan necə xilas olmalı?


Həyatımıza təsir edən ən vacib məqamlardan biri və qadınların əhvalına təsir edən ən pis xəstəliklərdən biri depressiyadır. Əhvalın pis olduğu zamanlar həyatımızın risk altında olduğu bir dövrdür. Depressiyanın ilkin əlamətləri ortaya çıxdıqdan sonra onu ciddi qəbul etməsəniz, illərlə sıxıntısını çəkə bilərsiniz. Bu xəstəlik terapiya və dərmanlarla müalicə olunsa da, alternativ müalicə növləri də mövcuddur.
Ardı →

Tənhalıq

tənhalıqElm adamları asılılığın yeni növünü aşkarlayıblar – tənhalıqdan asılılıq.
Çoxsaylı əlaqələr (əlaqədə olduğu insanlar) insanı tədricən daha çox ətraf mühitdən izolyasiya olmağa sürükləyir.

Müasir insan – qəribə varlıqdır: eyni zamanda, həm sosial, həm də özünə qapanan. O, özünə bənzərlərə can atır, sonra isə onlardan yorulur. Tək qalıb dincəlmək eşqi ilə yanır, amma az bir müddət sonra bu vəziyyətə görə depressiyaya düşür.
Bizim əcdadlarımızda vəziyyət tamamilə fərqli idi. Onların əksəri öz doğma və yaxın insanlarının əhatəsində həm yaşayır, həm də işləyirdilər. Bir təsəvvür edin, əgər siz gün ərzində bir neçə dəfə öz iş yoldaşlarınızla qucaqlaşıb, hal-əhval tutsanız necə olar?! İndi biz ətrafdakı insanlarla aramızda məsafə saxlamağa çalışırıq. Müasir texnologiyalar isə artıq daha sıx-sıx bizi ətraf mühitdən izolyasiya olmağa sürükləyir: internet bütün dünya ilə əlaqədə olma, televizor isə sanki biz bütün talk-show və xəbərlərin aparıcılarını öz qohum və dostlarımız kimi tanıma illuziyası yaradır.

Tək qalma paradoksu
Bu gün insan ünsiyyətdən və gördüyü insanlardan yorulur. Alimlər hesablayırlar ki, gündə 2 saat ictimai nəqliyyatdan istifadə edən insan ucqar bir yerdə yaşayan kəndlinin bütün ömrü boyunca görə biləcəyindən daha çox insan görür. Ofisdə otura-otura o (yəni insan) dünya ilə 4 kanalla əlaqə qurur: elektron poçt, İCQ, mobil və ofis telefonu. Həftə sonuna qədər o ünsiyyətdən və əlaqədə olduğu insanlardan o qədər yorulur ki, tək qalmaq onun üçün ən böyük mükafata çevrilir: dostlarının evlərinə qonaq getmək istəmir, qohumalarına baş çəkmək istəmir, kafe və teatra getməyə isə tənbəllik edir.


Ardı →

Doğuşdan sonrakı depressiya

depressiyada olan qadınDoğuşdan sonrakı depressiya adından da göründüyü kimi, doğuşdan sonra yaranan bir depressiya növüdür. Depressiya bəzən hamiləlik zamanı baş verir, amma doğuşdan sonrakı depressiya olaraq adlandırıla bilməsi üçün bu depressiya qadın körpəsini dünyaya gətirdikdən sonra da davam etməlidir. 
Doğuş sonrası depressiya körpə dünyaya gətirmiş hər 100 qadından 10-15nin məruz qaldığı bir durumdur. Bir çox qadın bu məsələ ilə bağlı duyğu və düşüncələrini başqaları ilə paylaşmadığından dolayı əsl rəqəmlər əslində bundan daha çox da ola bilər.
Doğuş sonrası depressiyanın əlamətləri hər depressiya ilə demək olar ki eynidir. Bu, özünü pis hiss etmə və gündəlik həyatda olan şeylərə qarşı istəksizlikdir. Tək fərq, bu əlamətlərin doğuşdan sonrakı ilk 3 ay içində ortaya çıxmasıdır. Bəzən doğuşdan bir neçə ay sonra da depressiya başlaya bilər. Amma depressiya doğuşdan bir il sonra başlayıbsa buna doğuşa bağlı depressiya deyə bilmərik.


Ardı →

Depressiyanın pozitiv tərəfləri

depressiyaMedDaily`nin The İndependent`ə istinadən verdiyi məlumata görə, bəzi alimlər hesab edirlər ki, depressiya xeyirli ola bilər və ya ən azından pozitiv faktora çevrilə bilər. 
«Depressiyanın ağır və ya yüngül formasından əziyyət çəkən bir insan üçün bu fikir ağılsızlıq kimi gələ bilər.» – jurnalist Rebekka Xardi bildirib. Əksər mütəxəssislər klinik depressiyanın ağır xəstəlik olub insan həyatını məhv etməsi fikri ilə razılaşsa da, digərləri elə fikirləşirlər ki, depressiya bəzi insanlara xeyirli ola bilər.

«Mən hesab edirəm ki, depressiyaya qalib gələn insanlar daha da güclü olurlar. O, yaşam uğrunda mübarizə gücünün katalizatoruna çevrilə bilər: çünki insan boşluq içinə düşərək uçurumu görür» – The İndependent SANE təşkilatının qurucusu və rəhbəri Marcori Uollesdən sitat gətirir.

İki il öncə Nyu York Universitetindən Cerom Ueykfild özünün «Kədərin ziyanı: psixiatriya normal kədəri necə patoloji depressiyaya çevirdi» adlı kitabı ilə böyük səs-küy yaratdı. Müəllif təkidlə bildirir ki, depressiya insanı həyatında müsbət dəyişikliklər etməyə təşviq edir, öz səhvlərindən dərs çıxarmağa və istəklərindən baş açmağa kömək edir.


Ardı →

Depressiya

depressiyaAşağıda sadalanan əlamətlərdən ən az 5-i iki həftədir davam etməkdədirsə, təssüflə qeyd etməliyik ki, siz depressiyadasınız:
— Özünüzü davamlı olaraq kədərli, bitkin və ya gərgin hiss etmək;
— Həvəsin itməsi və gündəlik həyatdan zövq almamaq.
Məsələn, sevimli məşğuliyyət və ailə üzvlərinizlə ünsiyyətdən uzaqlaşmaq kimi.
— İştah və kiloda həddən artıq artma və ya azalma;
— Yuxusuzluq;
— Özünü günahkar, ümidsiz və çarəsiz hiss etmək;
— Fikir dağınıqlığı və ya qərarsızlıq;
— Narahatçılıq və durğunluq;
— Ölüm və intihar haqqında düşünmək və s.

Yuxarıda təqdim etdiyimiz tablo kədər, sıxıntı kimi gündəlik qayğılardan daha dərin və tibbi bir problemdir.
25-44 yaşları arasında depressiyanın sıxlığı ən yüksək həddə müşahidə edilir, xüsusilə də qadınlarda.

Depressiyanın müalicə olunmadığı hallarda ciddi problemlər yarana bilər ki, bunlar aşağıdakılardır:
— Ağır depressiya keçirən xəstələrin 15 %-i intihar edir;
— 55 yaşından yuxarı insanın depressiya keçirməsi halında intihar riski 4 qat daha artıqdır;
— Tez-tez depressiyaya düşən valideynlərin uşaqlarında depressiya 3 qat daha erkən yaranır.

Həmçinin bax:
—  Depressiya əlamətləri
—  Qadınlarda depressiya 
—  Depressiya və xanımlar
—  Depressiya şkalası 


Davamı →