İnsan dadı necə hiss edir?

İnsanlarda dörd növ dad hissi var: şirin, duzlu, acı, turş. Yediyimiz və içdiyimiz hər qidada bunlardan birini mütləq ki hiss edirik. Bəs biz bu dadları necə hiss edirik? Limon ağzımızda turş dad buraxarkən, biz balın dadını şəkərli kimi qəbul edirik. Bəs dad duyğumuz necə işləyir, ləzzətləri fərqli şəkildə qavramağa imkan verir?


Davamı →

EŞİTMƏ QABİLİYYƏTİ

Bizi əhatə edən ətraf mühitdəki səsləri biz qulaqlarımızın köməyi ilə eşidirik. Qulaqlar başın yan tərəfində yerləşmişdir, qulaqlarımızın köməyi ilə biz bu və ya başqa səsin məhz haradan gəldiyini anlaya bilirik. Bizim üçün ən vacib digər insanların nitqini eşitməkdir, axı bu insanların öz aralarında ünsiyyəti üçün əsas vasitədir. 

Çox təəssüf ki, eşitmə qabiliyyətini də, görmə qabiliyyəti kimi çox asan itirmək olur. Bərk (çox ucadan olan) səs-küydən, qəfil yüksək səsdən, gurultulu musiqidən (xüsusilə pleyerdə) eşitmə qabiliyyəti zəifləyir.

İti eşitmə qabiliyyətinə sahib olmaq üçün qaydalar:

Səssizliyi dinlə- meşədə, çayda, çəmənlikdə

Müntəzəm olaraq qulaqlarını sabun ilə yu və onları ehtiyatla pambıq ilə təmizlə

Qulaqlarını sancaq, kibrit və çubuq ilə qurdalama. Belə etməklə sən qulaq pərdəsini zədələyə və ömürlük eşitmə qabiliyyətini itirə bilərsən.
Davamı →

GÖRMƏ QABİLİYYƏTİ

Ətraf mühit haqqında bütün məlumatları biz duyğu orqanları vasitəsilə əldə edirik. Duyğu orqanlarımız: gözlər, qulaqlar, dil, burun və dəridir.
Bizi əhatə edən ətraf mühit haqqında biz ən çox görmə instinki vasitəsilə məlumat alırıq. Bizim gözlərimiz əşyanın rəngini, formasını və ölçüsünü fərqləndirir. Onların yerləşmə mövqeyini- hərəkət etydiyini yaxud da yerində qaldığını təyin edir. Gözlərimizin köməyi ilə biz oxuyuruq, televizora baxırıq, bizi əhatə edən mühiti görürük.

Toz və balaca tozcuqlardan gözləri kipriklər qoruyur. Göz yaşları, yad cisim (məsələn, kiprik) düşmüş gözü yumağa kömək edir. Bundan əlavə gözün qorunmasında göz qapaqları iştirak edir: biz tez-tez gözlərimizi qırpırıq və bununlada gözlərimizi təmizləyirik.

Sadə qaydalara riayət et ki, gözlərin həmişə qaydasında olsun:

Ancaq yaxşı işıqlandırılma şəraitində yaz və oxu.

Uzanan vəziyyətdə kitab oxuma

Nəqliyyatda oxuma. Kitabı gözdən düzgün məsafədə tutmaq çox çətindir, o hər dəfə tərpənir (nəqliyyat hərəkət etdiyi üçün) və gözlər tez yorulur.

Televizora uzun müddət baxma və günlərlə kompyüterdə oyun oynama: bunlardan da həmçinin gözlər yorulur və görmə qabilyyəti pisləşir.

Gözlərini əlin ilə ovuşdurma- bu yolla sən gözlərinə toz yaxud da infeksiya sala bilərsən.
Davamı →

Yuxuda qulaqların aktiv olması

«Biz onları mağarada illərlə qulaqlarına vurduq» (yuxuya verdik) («Kəhf» surəsi, 18/11).


Yuxarıdakı ayədə qeyd edilən «qulaqlarına vurduq» ifadəsinin ərəb dilindəki əsli «darabə» felidir. Ərəb dilində bu fel məcazi mənada «onları yuxuya verdik» mənasına gəlir. Bundan əlavə «darabə» kəlməsi qulaqla birlikdə işlədiləndə «qulağın eşitməsinin əngəllənməsi» mənasına da gəlir. Ayədə yuxu ilə əlaqəli ancaq eşitmə hissinə diqqət edilməsi isə özündə əslində çox mühüm bir məlumatı ehtiva edir.


Alimlərin kəşfinə görə, qulaq insan yatarkən aktiv olan yeganə duyğu orqanıdır. Oyanmaq üçün saatın zənginə ehtiyac hiss etməyimizin səbəbi də budur. Allahın «Kəhf əhli» ilə əlaqəli olaraq işlətdiyi «qulaqlarına vurduq» ifadəsinin hikmətinin də bəhs edilən gənclərin eşitmə orqanlarının bağlı olmasına və buna görə də uzun illər yuxudan ayılmadan yatdıqlarına işarə olması ehtimal edilir.



Davamı →