Halqa əməliyyatı

Azərbaycan tarixinin yaxın keçmişində — son Qarabağ savaşında yaşanmış bir çox hadisələr var ki, onların üzərində bu gün də qalın qara pərdə qalmaqdadır.
Bu silsilədən növbəti yazı Göygöl rayonunun (keçmiş Xanlar) Çaykənd kəndində aparılmış əməliyyatla bağlıdır.

Davamı →

1988-ci ildə Dağlıq Qarabağın iqtisadi əlaqələri

Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən hesab olunur ki, onun aktiv fazası 1988-ci ilin fevralında başlayıb. Məhz 1988-ci ilin 13 fevralında Stepanakertdə (indi Xankəndi) Vilayət partiya komitəsinin binası qarşısında ilk mitinq keçirilir. Fevralın 20-də Dağlıq Qarabağın Vilayət Soveti Ermənistana birləşmək haqqında qərar çıxarır və SSRİ Ali Sovetinə göndərir. Bununla da münaqişənin əsası qoyulur.
Amma reallıqda münaqişə 1987-ci ildə artıq başlamışdı. Maraqlıdır ki, onun əsasını formal olaraq iqtisadi məsələlər qoymuşdu.

Davamı →

Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar

  • Esse
Qardaşım məndən üç yaş böyük idi və hərbi xidməti də məndən üç il əvvəl bitirmişdi, amma nədənsə, müharibənin beşinci günündə ilk zəng ona gəldi. Həmin axşam, evin hansısa künc-bucağına atdığımız balaca cib telefonunu da tapıb qardaşımın sabah özüylə aparacağı şeylərin arasına qoyduq. Axşam yatmazdan əvvəl anamla atamın həyətdə asta səslə nəsə danışdıqlarını hiss elədim və anamın kövrək pıçıltısını eşitməmək üçün pillələri sürətlə qalxıb otağıma getdim. Bir az sonra qardaşım, nömrəsi çıxarılmış telefonla yanıma gəldi və axşam yuxuya getməzdən əvvəl onu necə çox istədiyimi ilk dəfə dərindən hiss edərkən gözlərim doldu.

Davamı →

Üç sadə cümlənin Azərbaycan ehtişamı

Qafqazda ilkin sivilizasiya ocağı yandıran Azıx mağarasının vətəni, Azərbaycanın ən qədim yurd yerlərindən biri — Qarabağ...
Bir tərəfdən Kür, Araz, bir yandan Əlincəçay, Göyçə gölü arasına sığınan, lakin qüruru, qüdrəti, sənət eşqiylə dünyaya sığmayan tarix yaşlı, tarix yaddaşlı Qarabağ! Ulu keçmişini xəbər alsan, sinəsində əcdadlarımızın əliylə yazılan Azıx, Tağlar, Borsunlu, Xocalı, Çalağantəpə, Xındırıstan, Qalaqtəpə avtoqraflarını göstərər. Dağlarına üz tutub adını soruşsan, Murovdağ, Qızılboğaz, Qızqala, Ərikli, Qırxqız — deyər. Çaylarını tanımaq istəsən, dilimizin şah damarından törəyən doğma adlar eşidərsən: Quruçay, Köndələnçay, Həkəri, Tərtər, Qozluçay, Qarqar, İncəçay, Daşaltı… Qalalarını soraqlasan: Bayat, Koroğlu, Şahbulaq, Əskəran, Şuşa… Kəndlərini soruşsan: Boyat, Abdal-Gülablı, Kosalı, Çəmənli, Xankəndi, Sığnaq, Quzanlı, Göytəpə, Bəhmənli, Malıbəyli, Kəhrizli, Kəngərli, Üçoğlan, Qaradağlı, Qaradolaq… Ömrünü-gününü xəbər alsan XVII yüzilin böyük filosofları Yusif Məmmədcanoğlunun, İzzəddin Qarabağinin hikmətləriylə, Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Seyid Nigarinin şeirləriylə cavab verər sənə. Bütün tarixi, maddi-mənəvi abidələri, toponimləriylə «Mən Azərbaycanınam» deyir Qarabağ.

Davamı →

Müqəddəs qələbəyə and içirəm

Orta əsr salnamələrindən bir səs gəlir: "Şah İsmayıl Səfəvi ruhun bədənə qayıtdığı kimi Təbrizə daxil oldu". Və 520 il sonra yeni bir səs çağırır bizi: Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu ruhun bədənə qayıtdığı kimi Qarabağa daxil oldu, azadlıq bayrağını qaldırdı. Təxminən, 30 ildir ki, qazanılan müstəqillik nemətinə, çoxsaylı iqtisadi-siyasi uğurlara baxmayaraq, məğlubiyyət ağrısı, Qarabağsızlıq dərdi yaşayan Azərbaycan bəlkə də heç vaxt belə xoşbəxt olmamışdı. Bir anda bir əlin barmaqları kimi birləşib yumruğa döndü, təpədən dırnağa səfərbər oldu, ruhun bədənə qayıtdığı kimi Qarabağa qayıdıb əzəli diriliyinə qovuşdu, göynəmli məğlubiyyət zülmətindən azadlığın gün işığına çıxdı, işğal olunan tarixi yurdlarımızda addım-addım irəliləyən qələbə bayrağına büründü Azərbaycan.

Davamı →

Qarabağa böyük köç başlanmışdı

Laçın rayonu diri xəritəyə bənzəyirdi.
Mən Laçının yenicə azad olunduğu vaxtlardan danışıram.
Qarabağın işğaldan qurtulmuş hər yerinə, eləcə də Laçına böyük köç başlanmışdı. Neçə il başqa şəhərlərə, qəsəbələrə, kəndlərə sığınmış laçınlılar iri köç maşınlarında doğma yurd-yuvalarına qayıdırdılar.

Davamı →

Qarabağ boyda dərdimiz travması

Son yarım əsrdə ərəb dünyasının beynəlxalq arenada enişə keçməsinə təkan verən amillə bağlı müxtəlif fikirlər irəli sürülür. Əksər hallarda radikal cihadçılıq mentaliteti əsas gətirilir və ya ümumillikdə, İslamda din və siyasət münasibəti qeyd olunur. Digər yandan, daha böyük şəkilə baxdıqlarını iddia edənlərin bu halın, Qərbin müstəmləkəçilik ənənəsinin nəticəsi olduğu iddiası da öz yerini qoruyur. Həmçinin İsrail-Fələstin konfliktinin bütün Ərəb coğrafiyasına çox güclü təsir etdiyi faktı da istisna edilmir.

Davamı →