Texnoloji tərəqqinin digər üzü

Daha rahat həyat, yoxsa tam nəzarət altında?
“Bəşəriyyətin tarixi böyük ölçüdə texnikanın tarixidir. Bu səbəbdən yaxın 50 ilin tarixi Banqalorda müdriklərin və ya Nyu-Yorkda intellektualların nələri kəşf etmələrindən asılı olacaq. Daha dəqiq ifadə etsək, inkişafımızın əsas istiqamətlərini cəmiyyətin bu elmi və texniki kəşflərdən necə yararlanacağı müəyyən edəcək. Düzdür, başqa faktorların da rolu olacaq, məsələn, təbiət dəyişiklikləri, yaxud qlobal kapitalizmə meydan oxuya biləcək ideologiyaların peyda olması. Ancaq məhz texniki tərəqqi bütün yeniliklərin başlıca mühərriki olaraq qalmaqda davam edəcək”. “Qarşıdakı 50 ilin tarixi” kitabının müəllifi Riçard Uotson hesab edir ki, texniki yeniliklər cəmiyyətin aparıcı amili olaraq həm müsbət, həm də mənfi rol oynaya bilər. Vəziyyət hətta o həddə çata bilər ki, insan texnikaya qarşı qiyam da qaldırar…
Davamı →

Yeni texnologiyaların təhlükələri

Kütləvi qacet istifadəsi yeniyetmələri demansa aparır! Kompüter dövründə uşaqların intellektual səviyyəsi dəhşətli dərəcədə pisləşir və beyinləri quruyur! Tipik olaraq, bu cür mövzular sosial şəbəkələrdə və valideynlər arasında fəal şəkildə müzakirə olunur.
Bu yaxınlarda populyar televiziya tok-şoularının keçmiş aparıcısı, «Sberbank» Nevrologiya və İnsan Davranışı Laboratoriyasının rəhbəri, psixoterapevt Andrey Kurpatov «rəqəmsal autizm epidemiyası» haqqında ətraflı məlumat verib.
Davamı →

Tarixə qovuşan, unudulmaqda olan peşələr

Zaman keçdikcə, texnika təkmilləşdikcə artıq bir çox sənət və peşə sahələri öz aktuallığını itirərək, tarixə qovuşub. Bir vaxtların ən önəmli tələbatı olan bu sahələr haqqında indi demək olar ki, gənc nəsil ümumiyyyətlə xəbərsizdir.
Maraqlıdır, əvvəllər böyük ehtiyac duyulan, indi isə adı unudulmaqda olan peşələr hansılardır?
Qırçı - Ələxsus ötən əsrin ortaları və sonları insanlar evlərinin üstünü qırlatmağa xüsusi önəm verirdilər. Çünki qırlanmış ev yayda istidən, payızda yağışdan qorunmaq üçün əla vasitə idi.

Davamı →

Qapı kilidlərinin quruluşu və quraşdırılması

Üstdən qoyulma kilidi quraşdırmaq üçün əvvəlcə qapının dirəyində (döşəmədən təxminən 1,2 m hündürlükdə) kilidin yerini müəyyənləşdirir və karandaşla bərkidici lövhə üçün novun yerini nişanlayırlar. Novu elə dərinlikdə kəsirlər ki, bərkidici lövhə qapının dirəyi ilə eyni səviyyədə olsun. Sonra isə qapıda iki tərəfi açıq deşik açırlar.

Davamı →

Fotoqrafiya və kompüter

Kompüterin, elektron-rəqəmsal texnologiyaların meydana gəlməsi çəkiliş və fotoşəkillərin emalı imkanlarını genişləndirdi. Lakin iş zamanı kompüter proqramlarının tətbiqi nəinki texnoloji bacarıq, həm də onun bədii imkanlarının dərk olunmasını tələb edir. Yeni texnologiya təsvirin alınmasını yüngülləşdirir, onun keyfiyyətini yüksəldir. O, eyni zamanda fotoqrafiya sənətinin məğzinə incəsənət və informasiya növü olaraq yeni tərzdə baxmağa vadar edir.
Kompüter fotoqrafiyanın sonsuz sayda emal imkanlarına meydan açır. Korrektə-redaktə düzəlişlərindən başqa, şəklin üslubu da dəyişdirilə bilər.
Davamı →

Rəssam və kino sənəti

Əsrlərboyu yaradıcı insanlar təsviri canlandırmağı, onu hərəkətə gətirməyi arzulayırdılar. Fotoqrafiya meydana çıxdıqdan sonra yalnız kiçik bir addım atmaq qalırdı: kino lentini, çəkiliş və proyeksiya üçün kino aparatlarını yaratmaq və ekranı əvəz edən ağ parça asmaq. Bu da baş verdi. Parisdə Lümyer qardaşları “Qatarın gəlişi” adlı ilk qısa kinolenti nümayiş etdirdikləri gün — 22 mart 1895-ci il kinonun yaranma günü hesab olundu.
Əvvəlcə kino ağ-qara, səssiz idi, filmdə isə əsas ifadə vasitəsi təsvirin özü, onun hərəkət möcüzəsi oldu. Kinematoqrafın bu inkişaf mərhələsi “Böyük lal” adını almışdı. Səssiz kino dövrünə şöhrəti əfsanəvi Çarli Çaplin gətirmişdi.
Davamı →

Simsiz şəbəkə texnologiyaları

İnformasiya texnologiyalarının bir növü də naqilsiz və ya simsiz (wireless) texnologiyalardır. Bu texnologiya informasiyanın bir-birindən müəyyən məsafədə yerləşmiş və aralarında naqilli bağlantı olmayan iki nöqtə arasında ötürülməsinə xidmət edir. İnformasiyanın ötürülməsi üçün radiodalğalardan, eləcə də infraqırmızı, optik və ya lazer şüalanmasından istifadə edilə bilər.
Naqilsiz şəbəkələrdə iki iş rejimi nəzərdə tutulub: «ad hoc» və «infrastruktur». «Ad hoc» (latm dilindən tərcümədə «xüsusi olaraq bunun üçün», «bu hal üçün» deməkdir) rejimində kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlanır.
Davamı →

Şəbəkə texnologiyaları

Daha aşağı səviyyənin vəzifəsi verilənləri qəbul etmək, öz informasiyasını (məsələn: başqa kompüterdəki uyğun səviyyə ilə düzgün qarşılıqlı əlaqədə olmaq üçün formatlama və ya ünvan) əlavə etmək və verilənləri sonrakı səviyyəyə ötürməkdir. İnformasiya yalnız şəbəkə modelinin ən aşağı səviyyəsinə — fiziki səviyyəyə çatdıqdan sonra ötürmə mühitinə düşür və alan kompüterə çatır. İnformasiya göndərildiyi səviyyəyə alan kompüterdə çatanadək onun bütün səviyyələrini əks ardıcıllıqla keçir.
Göründüyü kimi, şəbəkədə proqramların "ünsiyyəti" sizin tanışınızla poçt vasitəsilə ünsiyyətinizə çox bənzəyir. Mətni yazdığınız kağız vərəqi yuxarı səviyyədən bir sıra zəruri mərhələni keçərək aşağıya ötürülür. Bu zaman o, xidməti informasiya (müəyyən növ zərf, zərfin üzərində ünvan, poçt indeksi) ilə "örtülür" və müəyyən emala məruz qalır (poçt şöbəsindəki poçtalyon məktubu götürür, zərfin üzərinə markalar yapışdırır, ştempel vurulur, çeşidləmədən sonra isə məktub başqa şəhərə göndərilmək üçün poçt konteynerinə düşür). Bu qayda ilə sizin informasiya ən aşağı səviyyəyə — poçt nəqliyyatına çatır ki, oradan da təyinat məntəqəsinə daşınır. Orada əks proses baş verir: konteyner açılır, məktub çıxarılır, ünvan oxunur və poçtalyon məktubu tanışınıza çatdırır. Sonra isə tanışınız zərfi açıb məktubu çıxarır və mətni oxuyaraq sizin ona vermək istədiyiniz ilkin informasiyanı alır.
İndi gəlin OSI modelinin səviyyələri ilə yaxından tanış olaq.
1-ci səviyyə — Fiziki (Physical). Burada 2-ci səviyyədən (kanal səviyyəsindən) alman strukturlaşdınlmamış verilənlər axınının fiziki mühitlə (elektrik və ya işıq siqnalları şəklində) ötürülməsi həyata keçirilir. Fiziki səviyyə bağlantını (link) dəstəkləməyə cavabdehdir və elektrik, optik, mexaniki və funksional interfeysləri ətraflı (məsələn: gərginliyi, tezliyi, dalğa uzunluğunu, bağlayıcıların növlərini, siqnalların kodlaşdırılma sxemini və s.) təsvir edir.
2-ci səviyyə — Kanal (Data-link). Özündən yuxarıdakı şəbəkə səviyyəsindən (3-cü səviyyədən) aldığı verilənlərin səviyyəyə xətasız ötürülməsini təmin edir. Çünki fiziki səviyyə özü xətaların yoxluğuna zəmanət vermir və verilənləri təhrif edə bilər. İnformasiya bu səviyyədə kadrlara (frame) yerləşdirilir: kadrın başlanğıcında alanın və göndərənin ünvanlan, idarəedici informasiya, sonunda isə ötürülmə zamanı yaranan xətalan aşkarlamağa imkan verən yoxlama cəmi (checksum) olur.
3-cü səviyyə — Şəbəkə (Network). Şəbəkənin istənilən (hətta dünyanın müxtəlif yerlərindəki) nöqtələri arasında rabitənin təmin edilməsinə cavabdehdir. Şəbəkə çoxlu sayda rabitə xətləri ilə birləşdirilmiş ayrı-ayrı şəbəkələrdən ibarət ola bilər. İnformasiya göndərəndən alana həmişə birbaşa marşrutla ötürülmür, yolda o, bir şəbəkədən başqasına yönələ bilər və ya bir adresata müxtəlif marşrutlarla göndərilə bilər. Bu səviyyənin məqsədi informasiyanın verilməsi üçün marşrutu qurmaq, dəstəkləmək və açıq saxlamaqdır.
4-cü səviyyə — Nəqliyyat (Transport). İnformasiyanın bir kompüterdən başqasına çatdırılmasına zəmanət verir. Bu səviyyədə göndərən kompüterdə böyük verilənlər blokları daha kiçik paketlərə bölünür və lazım olan ardıcıllıqla alan kompüterə göndərilir. Alan kompüterdə paketlər yenidən ilkin verilənlər blokları şəklində yığılır.
5-ci səviyyə — Seans (Session). Şəbəkənin müxtəlif kompüterlərindəki iki şəbəkə proqramı arasında bağlantını qurmağa, saxlamağa və bitirməyə imkan verir. Belə bağlantıya şəbəkə seansı deyilir. Bu səviyyə yarımçıq kəsilmiş rabitə seanslarının bərpasına da cavabdehdir. Bundan başqa, insanlar üçün əlverişli olan kompüter adlarının şəbəkə ünvanlarına çevrilməsi (adların tanınması) da beşinci səviyyədə yerinə yetirilir.
6-cı səviyyə — Təqdimat (Presentation). Kompüterlər arasında ötürülən informasiyanın formatını müəyyənləşdirir. Verilənlərin yemdən kodlaşdırılması (informasiyanın mübadilədə iştirak edən bütün kompüterlərin anlayacağı şəklə salınması), sıxlaşdırılması və açılması, şifrləmə və şifrin açılması, şəbəkə fayl sistemlərinin dəstəklənməsi kimi məsələlər burada həll olunur.
7-ci səviyyə — Tətbiqi proqram (Application). Şəbəkədəki kompüterlərdə işləyən tətbiqi proqramlar arasında qarşılıqlı əlaqə interfeysini təmin edir. İstifadəçi məhz bu proqramların köməyi ilə faylların mübadiləsi, elektron poçtun göndərilməsi, uzaqdan erişim və başqa şəbəkə xidmətlərinə çıxış əldə edir.

Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 11 — Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK 
Davamı →

2015-ci ildə “WhatsApp”dan daha bir yenilik

Populyar “WhatsApp” messencerinin yeni versiyasının ekran görüntüləri “Android World” texnologiya bloqunda dərc edilib. İCTnews elektron xəbər xidmətinin məlumatına görə, nəşr “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar üçün “WhatsApp” messencerinin yeni versiyasının interfeysinin ekran görüntülərini dərc edib.

Bu görüntülərə əsaslanaraq demək olar ki, səsli danışıq zamanı ekranın mərkəzində abunəçinin avatarı, yuxarı hissədə cari zəngin davametmə müddəti və bu zəngin “WhatsApp” üzərindən edildiyi haqda informasiya qeyd ediləcək. Aşağıdakı düymənin köməyilə zəngi başlatmaq və bitirmək mümkün olacaq.

Messencerdə səsli zəng funksiyasının istifadəyə veriləcəyi tarix isə hələ bəlli deyil. Çox güman ki, 2015-ci ilin əvvəllərində istifadəyə veriləcək bu funksiya ila WhatsApp istifadəçi sayını artırmağı planlaşdırır.


Ardı →

Qeyri Adi Tikililər - 20 fotoşəkil

Piza qülləsi əyilməyə başlayanda bu qlobal memarlıq üçün təsadüfi və çox uğurlu bir meyilə çevrildi. Çünki, Piza qülləsi ən məşhur turistik yerlərdən biri oldu və müxtəlif ölkələrdən milyonlarla xarici və yerli turisti özünə cəlb etdi. Bununlada asimmetrik, qeyri-adi strukturları qurmaq yeni trend olmağa başladı. Hal-hazırda texnologiyalar imkan verir ki, memarlar öz təxəyyül güclərini ortaya qoysun və bütün dünyada səs gətirəcək unikal binalar inşa etsin. Bu yazıda mən sizə bu cür qeyri adi tikililərin ən unikal formalarını nümayiş etdirəcəm.   

Crooked House (Sopot, Polşa)


Ardı →