Xocalı faciəsi haqqında söylənilmiş fikirlər

Xocalı hadisəsi baş verəndə xəbərlər təkcə Azərbaycanın o vaxtkı rəhbərliyinə yox, dünyanın hər yerinə, dünyanı idarə edən böyük dövlətlərin başçılarına belə çatırdı. Ancaq hamı susurdu… Müasir dünya dəhşətli insan qırğını görməmişdi və maraqla gözləyirdi. Gözləyirdi ki, görsün torpağın qara üzü günahsız insanların qırmızı əti ilə örtüləndə necə görünür?!
Elxan Elatlı, Cəhənnəmdən Gələn Səs


Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Heydər Əliyev


Davamı →

Xocalı | Dürdanə Ələkbərova

 Xocalı
(Xocalıya həsr olunmuş mahnı)

İfa: Dürdanə Ələkbərova

Şanlı tariximiz yurd yerimizdir,
Ağrımız-acımız kədərimizdir,
Daim dilimizdə əzbərimizdir,
Yadların əlində qalan Xocalı.

O qan yaddaşıdır hər birimizə,
Canlı abidədir dərdlərimizə,
Bir gün son qoyacaq dərd-sərimizə,
İndi xəyallara dalan Xocalı.


Davamı →

Xocalım ay Xocalım | Xocalı Faciəsinə aid şeir

 

Xocalım ay Xocalım

(26 Fevral Xocalı Faciəsinə həsr olunmuş şeir)

Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi, batdı, dağıldı.
Mənim şirin qafiyəm, mənim üçcə hecalım,
Xocalım, ay Xocalım!

 

Ağzından alov saçan silahlar yedi səni,
İştahalar, nəfslər, tamahlar yedi səni.
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni,
Göydə Allahı danan “allah”lar yedi səni,
Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!


Davamı →

Cibinə saxta pul atılaraq şərlənən Milli Qəhrəman - Əlif Hacıyev

  • Hərb
Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olub. Ailənin üçüncü övladı olan Əlif uşaqlıqdan çörək pulu qazanıb, balıq sataraq ailəsinə dəstək olub.
Uşaq olanda anasına böyüyəndə Mehdi Hüseynzadə kimi Sovet İttifaqı Qəhrəmanı olacağını deyirmiş.
1970-ci ildə orta məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb.

Davamı →

Qəhrəmanlar ölmür "Natiq Qasımov"

  Qasımov Natiq Səlim oğlu 1971-ci ildə Gədəbəydə  doğulub. 1975-ci ildən  ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdı. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir. Ağdamda Yaqub Rzayevin başçılığı altında «Qarabağ şahinləri» dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır. Dəhşətli Xocalı faciəsindən sarsılan Natiq yenidən «Qarabağ şahini»nə dönür.


Davamı →

İtalyanın Xocalı şeiri

Göylər götürməyəcək qanı, and içirəm:

Tanrı canı… Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində italiyalı şair və bəstəkar Davide Qualtierinin “Xocalı” şeirini təqdim edir. Şeiri Azərbaycan dilinə Qulu Ağsəs uyğunlaşdırıb. Onun sətri tərcüməsi isə Mais Nuriyevə məxsusdur.

Xocalı

Şərqdən gələn qonağın yükü 

hekayət olar – amma mən eşitdiklərim…

inanmıram dünyada belə cinayət ola…

Uzaq, günəşli ölkədə 25 fevral gecəsi

qarlı kölgədə qırdılar 613 günahsız adamı

– aman vermədilər biri də qaça

Xocalı şəhid oldu, Xo-ca -…

Elə bil muncuq üzüldü sapınnan

topasına biçdilər xocalıları – topunan…

Xocalı! qətlinə fərman verənlər –cani!

bu zülmü görənlər — cani!

görüb-götürənlər – cani!

Amma göylər götürməyəcək bu qədər qanı and içirəm:

Tanrı canı…


Davamı →

Xocalı genosidi

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu.
Davamı →