Stressi sakitləşdirən ətirlər

Özünüzü stressli hiss etdiyiniz zamanlarda lavanta, limon, mango ya da digər xoş ətirli bitkilərin köməyiylə stressdən uzaqlaşa bilərsiniz .

Yapon elm adamları, bəzi ətirlərin gen hərəkətliliyini və qanın kimyasına təsir edərək stress səviyyəsini azaltdığını qarşıya qoyan ilk elmi dəlilləri ortaya çıxardılar. Bu tədqiqat Journal of Agricultural and Food Chemistry adlı jurnalda nəşr olundu.

Yeni araşdırmaya görə, Akiio Nakamura və qrupu, insanların qədim zamanlardan üzü bəri stressi azaltmaq, depressiya ilə başa çıxmaq və yuxu keyfiyyətini artırmaq məqsədiylə bəzi bitkilərin ətirlərini istifadə etdiklərini ifadə etdi.


Ardı →

“Xoşbəxtlik gətirən” qidalar

İtaliyalı alim Lyuk Passamonti maraqlı araşdırma aparıb.

İtaliyanın Katanjaro universitetinin alimi Lyuk Passamonti “xoşbəxtlik gətirən” qidaları müəyyənləşdirib. Alim elmi cəhətdən sübut edib ki, yaxşı əhval-ruhiyyənin sirri tərkibində amin turşuları qrupuna aid olan Triptofon olan qidalardadır.

Belə qidalara şokolad, kürü, süd, quş, mal əti, həmçinin qoz-fındıq aiddir. Bu cür qidalar qeyri-diyetik sayılsalar da, Passamonti hər bir insanın hərdən belə qidaları qəbul etməli olduğunu hesab edir.



İtaliyalı alim hər bir şəxsin adı yuxarıda çəkilən qidalardan ən azı 350 qram qəbul etməli olduğunu iddia edir. Alimin araşdırmalarına görə, bu qidalardan qəbul zamanı insanlar stressdən, aqressivlikdən qaçaraq mənfi emosiyalarını idarə edə biləcək.


Davamı →

Bədii əsər oxumaq beyinə necə təsir edir?

Uzun müddət bədii əsərlərdəki reallıqlara aludə olmaq beyinə uzunmüddətli təsir göstərir. Roman oxumaqla beyinin bəzi hissələrində əmələ gələn dəyişikliklər kitabı bağladıqdan sonra da bizimlə qalır.

Emori Universitetinin (ABŞ) tədqiqatçıları uzunmüddətli fasiləsiz roman oxuduqdan sonra beyində uzunmüddətli izlər qalıb qalmadığını aydınlaşdırmağa çalışmışlar. Gregory Berns və onun kolleqaları eksperimentdə iştirak etmək üçün 21 könüllü dəvət etmişlər. Onlar bu könüllülərdən 9 gün ərzində Robert Harrisin “Pompey” romanını oxumağa məcbur etmişlər. Romanın mövzusu kifayət qədər geniş yayılmış mövzudur: təhlükəni hiss edən əsərin baş qəhrəmanı hadisədən heç bir xəbəri olmayan digərlərini xəbərdar etməyə çalışır. Gözlənildiyi kimi əsərdə məhəbbət motivləri də yer almışdır.


Ardı →

Yaddaş zəifliyini qarşısını almaq üçün nə etməli?

Son illərdə tez-tez müşahidə edilən problemlərdən biri də unutqanlıqdır.
Yaddaş zəifliyinin aktuallaşdığını söyləyən mütəxəssislər çıxış yolu kimi müxtəlif üsullar tövsiyə edirlər. Unutqanlığın əsas səbələrindən biri olan yaddaş zəifliyini aradan qaldırmaq üçün beyni qidalandıracaq yeməklərdən istifadə etmək lazımdır. Amma bəzən bu qidalar da istədiyimiz nəticəni əldə etməyimizə kömək olmur.

Son dövrlərdə aparılan araşdırmalar göstərir ki, davamlı idman edərək bu riski 50% -ə qədər azaltmaq olar.
Gündəlik həyatda yaşadığınız problemlər və bir çox kənar təsirlərdən qaynaqlanan stress və siqaret unutqanlığı yaradan başlıca səbəblərdəndir. Ona görə də bacardığınız qədər stressiz yaşamağa çalışın.


Ardı →

Göz yaşının səbəbi

Nə üçün insanlar emossinal hallarda ağlayır və ya digər səbəblərdən gözdən yaş gəlir?

İnsan Yaradanın şüurlu varlığı oldugundan- hiss, həyəcan,emosiyaya qapılma xüsusiyyətləri də insana xasdır.Əbəttə ki,bu zaman ruhun dincəlməsi üçün qeyri ixtiyari gözdən yaş çıxır… Məhz buna görə də bir çoxlarımız, əsasən də qadınlar istər sevincli istərsə də kədərli olduqları anlarda öz hisslərini ağlayaraq büruzə edirlər.


Ardı →

Alimlərin heyvanlar aləmi ilə bağlı daha bir sübutu

Alimlər yeni bir faktla heyvanlar aləmi üzrə aparılan araşdırmalarda indiyə qədər elmdə mübahisəlı bir mövzunu sübüta yetiriblər. Bələ ki, alimlər sübut ediblər ki, hətta 300 milyon il əvvəl də həşəratlar mövcud olub.

Fransa, Almaniya, Çexiya, ABŞ və Rusiyadan olan bir qrup alim 300 milyon il əvvəl həşəratların olduğunu sübuta yetiriblər.

Rusiya mətbuatına istinadən, bu barədə «Nature» jurnalı məlumat yayıb.
Alimlər daşların muzey kolleksiyalarını araşdırdıqdan sonra bu faktı sübut edə biliblər.

Fransa və Almaniya ərazisindən götürülmüş daşlara mikroskop altında baxdıqda kiçik həşəratları görə biliblər. Bu həşəratlar çox kiçik olublar. Qanadları tam açıldıqda isə 4 mm-dən 14 mm-ə qədər olub.


Davamı →

Müəmmalı ölüm gölləri

Planetimizdə hələ də ara-sıra gündəmə gələn və insanı heyrətdə qoyan müəmmalı və sirli məkanlar var. Bu baxımdan Yer kürəsində sirli və anormal hadisələrin baş verdiyi və insanlara ölüm və fəlakət gətirən yüzlərlə göllər var. Bu göllərin adları da insanlara gətirdiyi fəlakət və ölümlərlə bağlı, “Ölüm”, “Dəhşət”, “Qorxu”, “ Təhlükə” və digər adlarla tanınır.

İnsanlar üçün təhlükəli və qorxulu hesab edilən və bu günə kimi sirrini açmaq mümkün olmayan göllərdən biri də Pereslavl-Zalessk (Rusiya) yaxınlığındakı göldür. Bu göldə yerli sakinlər çimməyə ehtiyat edirlər. Çünki göldə çimmək insana ölüm gətirir. Ona görə də yerli hakimiyyət orqanları göldə çimməyi qadağan edib. Buna baxmayaraq, balıq həvəskarları burada balıq tutmaqda davam edirlər. Onların tutduqları balıqlar da qeyri-adi olur. Belə ki, göldə müntəzəm olaraq dünyanın digər yerlərində çox nadir hallarda rast gəlinən və ya heç təsadüf edilməyən birgözlü, üçgözlü, üzgüçü qəlsəmələri əvəzinə pəncələri olan, tüklü, alimlərə bu günə kimi nəsli məlum olmayan balıqlara rast gəlinir.


Ardı →

Su püskürən göy cismi- Europa peyki

Astronomlar qaz nəhəngi Yupiterin peyki Europada isti su qaynaqlarının izləri tapılıb. 

Hubble teleskopu, peykin səthində təsbit etdiyi və kosmik boşluğuna 200 km uzunluğunda su püskürən iki qeyzerin şəkillərini çəkib. 

Püskürən su buxarının uzunluğu təxminən Everestin 20 qatına bərabərdir.

Science jurnalında nəşr edilən araşdırmada ABŞ-ın Cənub Qərb araşdırma institutundan Lorenz Roth “Kəşfimiz həyəcanvericidir. Aldığımız nəticələr gözlədiyimizdən daha çox həlledicidir” deyib.

Alimlər Europanın geofiziki fəaliyyətlərinin burada yaşamın olduğu ehtimalını gücləndirdi.

Günəş Sistemində Kosmosa su püskürtdüyü təsbit edilən tək göy cismi Europa deyil. Saturn planetinin cazibəsi səbəbiylə səthi cizgilərlə bağlı olan Encedalus peykinin də cənub qütb bölgəsindən su püskürtdüyü müəyyən olunmuşdu.

Alimlər əldə edilən son tapıntılardan sonra Europa haqqındakı araşdırmaları daha da genişləndirməyi planlaşdırır. Səthi sadəcə 65 milyon il yaşında olan Europa, təxminən 4.6 milyard il yaşındakı Günəş sisteminin ən gənc cisimlərindən biridir.


Davamı →

Tərbiyə faktoru irsiyyət faktorundan daha güclüdür

Uzun illərdir alimləri «şəxsiyyətin formalaşmasına daha çox irsiyyət yoxsa tərbiyə təsir edir?» sualı maraqlandırır. Ən son araşdırmalara görə isə, ögey valideynlər uşağa bioloji valideynlərin irsiyyətindən daha çox təsir göstərə bilər.

Ekseter və Hamburq universitetlərinin alimləri şəxsi xüsusiyyətlərin nəsildən nəslə necə keçdiyini bilmək üçün amadin quş növünü öyrənmək qərarına gəliblər.

Bəzi amadinlər özlərini utancaq aparır, sakitcə bir yerdə oturmağı üstün tutur, bəziləri isə özlərini tam tərsinə, dominant göstərirdi. Alimlər bütün bu quşlara həyata yeni nəsil gətirmələrinə imkan verdilər.

Yeni nəslin yumurtadan çıxmağına lap az vaxt qaldıqda, alıimlər bəzi yumurtaların yerini dəyişdirdilər, daha sonra isə təzə yumurtadan çıxan quşların xüsusiyyətlərini öyrənməyə başladılar. Balacalar doğma valideynlərinin ölçülərini və rəngini özlərində saxlasa da, davranışları artıq «ögey valideynlərindəki» kimi idi.

Alimlər əmindir ki, araşdırma amadinlər üzərində aparılsa belə, həmin nəticələr başqa növ canlılara, o cümlədən, insanlara da şamil edilə bilər.


Davamı →

Mən daha gözələm


İnsanların çoxu özünü daha gözəl hesab edir. Çikaqo universitetindən olan Nikolay Epli və Virciniya universitetindən olan Erin Uitçerç insanların özlərini həddən artıq qiymətləndirməsinin nə dərəcədə olduğunu öyrənməyi qərara aldılar.

Alimlər könüllülərin şəkillərini çəkib, kompüter vasitəsi ilə bu şəkillərdəki insanların sifət cizgilərindəki qüsurları siliblər. Nəticədə hər iştirakçının iki şəkli hazır idi: birində insan real görsənirdi, o birisində isə —  qırışlarsız, xalsız və digər kiçik qüsurlarsız. Bundan sonra alimlər həmin könüllülərə fotoların ikisini də göstərib, onlardan original fotonu seçmək xahiş ediblər. İştirakçıların çoxu daha gözəl görsəndikləri şəkli səçib.


Ardı →