Kapitalizmin gülüşü də saxtadır

Demək olar ki, hər kəs qısa və ya uzaq məsafəyə təyyarə ilə səyahət etmişdir. Bu səyahətdə olmayanlar belə mütləq bu səhnəni televizor izlərkən görmüşdür. Təyyarə qapısının girəcəyində bir və ya iki stüardessa dayanaraq sərnişinlərlə göz təması qurub onları gülər üzlə qarşılayır və “xoş gəlmisiniz” deyirlər. İsti bir qarşılama təyyarəyə minənləri çox xoşbəxt edər. Əslində bu qarşılama içdən gələn bir qarşılama deyil, şüuraltına verilən bir mesajdır. Stüardessa qapıda sərnişinləri qarşılamaqla “sən burada qonaqsan mən isə ev sahibiyəm, sən təyyarəni istədiyin kimi istifadə edə, zərər verə bilməzsən, sənə nə təqdim olunsa onunla kifayətlənərsən” mesajını verir.

Hətta su və ya meyvə suyu istədiyimizdə stəkanı yarımçıq doldururlar, heç kim də buna etiraz etmir. Halbu ki, evimizdə uşağımızdan su istədikdə stəkanı yarım doldurub gətirsə, onu geri qaytarıb suyu tam şəkildə doldurtdururuq. Hələ üstəlik yarım saat danışıb suyu yarım doldurmaq olmaz kimi nəsihətlər veririk. Təyyarədə isə savadlısı, savadsızı, heç kim bu hərəkətə etiraz etmir. Çünki qapıda stüardessa şüur altına “buranın hakimi mənəm” mesajını vermişdir. Həm də bunu heç bir çətinlik çəkmədən bir təbəssümlə bacarmışdır.
Davamı →

Vətəndaş cəmiyyətində etiket qaydaları

Etiket fransız sözü olub- davranış qaydaları deməkdir. 
Ona cəmiyyətdə qəbul edilmiş ədəb və nəzakət qaydaları daxildir. Bir- birinə hörmət etmədən, özünə müəyyən qadağalar qoymadan yaşamaq mümkün olmadığı qədər, bu normalara riayət etmədən heç bir siyasi, iqtisadi, mədəni münasibətlər də yaratmaq mümkünsüzdür. Etiket sözü — etika sözü ilə eyni kökdən olub, jestin gözəlliyi və başqa insanlara qarşı hörmət münasibətinə əsaslanaraq, ümumi qəbul olunmuş davranış qaydalarını özündə əks etdirir. Etiket — insanın cəmiyyət arasında davranış norma və qaydalarıdır. Etiket banisi İngiltərə və Fransadır. Sonra isə əxlaq qaydaları İtaliyada yarandı. 

Etiketin bir neçə növləri vardır: 
— Dövlət etiketi 
— Diplomatik etiket 
— Hərbi etiket 
— Dini etiket 
— Ümumvətəndaş etiketi 


Ardı →

Boşanmaq bəşəriyyətin ən böyük tapıntılarından biridir

Mark Zaxarovun «Həmin o Munhauzen» filmində Baron Munhauzen öz monoloqunda deyir: «Boşan-maq bəşəriyyətin ən böyük tapıntılarından biridir»
Təəssüflər olsun ki, bəşəriyyətin ən böyük tapıntılarından biri, yəni boşanmaqəbizim ölkədə hər mənada çox böyük problemə çevrilib. Boşanmaq istəyən adam bu ölkədə o qədər gözlənilən və gözlənilməyən problemlərlə qarşılaşır ki, nəticədə başını itirir, təzədən həyata bərpa olunmağa gücü qalmır.
Problemin hüquqi tərəflərin qoyuram kənara. Bu haqda hüquqşünaslar danışsalar, yaxşı olar. Mən bizim davranışlarımızdan dolayı ortaya çıxan problemlərdən danışmaq istərdim.Bir dəfə bloku təmiz görüb barmağımı dişlədim. Bildim ki, ya nişan olacaq, ya da toy.
Bir dəfə də belə hal baş vermişdi. Bloku arvadlar növbəylə süpürürdülər. Ќövbədə qarışıqlıq yaranmış-dı. O deyirdi sənin, bu deyirdi sənin növbəndir. Zibil dizə qədər dirənmişdi. Heç cür dil tapa bilmirdilər. Ќəhayət, bir qıza elçi gəldi. Həmin ailə qarğış edə-edə, lənət oxuya-oxuya bloku zir-zibildən təmizlədi. Hətta öz qapılarının ağzını yudular, divarlarını rənglədilər… Bax, bütün bu problemlər blokun məcburən yuyulmasındadı. Hər şey bu yalanlardan başlayır.
Ardı →

İslamda ailə

Ailə cəmiyyətin ən kiçik və ən önəmli parçasıdır və sadəcə qarşı cinsə duyulan fiziki bir marağın nəticəsində meydana gələn bir qurum deyil. Maddi qazanclar və maddi ehtiyaclar üstündə də qurula bilməz. Ailə, insan nəslinin davam etməsini təmin etməklə yanaşı həm kişi, həm də qadın, eyni zamanda uşaqların da qarşılıqlı olaraq ruhən və bədəncə yardımlaşdıqları bir bərabərlikdir. Kişi, qadın və uşaqların dostcasına yaşadıqları müqəddəs bir qurumdur.

Bəzilərinə görə ailə ən ehtibarlı limandır. Məsələn Əli Rza Təməlin təbiri ilə desək:"İnsanın həyat dənizinin azğın dalğalarına və güclü fırtınalarına qarşı sığına biləcəyi ən sakit və ən əmin liman ailə yuvasıdır." Çünki bu yuva insanların bədənlə olduğu kimi ruhən də sükuna çatmalarını təmin edən bir məkandır.
Cəmiyyət ailələrdən və ailəni meydana gətirən fərdlərdən meydana gəlir. Buna görə də həm ailə cəmiyyətə təsir edir, həm də cəmiyyət ailəyə. Çünki cəmiyyətin sosial yaşayışı və dəyərləri mütləq mənada ailəyə təsir edir. 

Eyni zamanda ailə şəfqətin qaynağı olan yerdir. Belə ki, həyat yoldaşı olacaq qadın və kişiyə «halalım» deyilməsi, ona verilən dəyəri ifadə etdiyi kimi, bunun səbəbini birdirməsi baxımından da çox gözəldir. Çünki insanlar bir-birilərinə Allahın adı anılaraq halal olurlar.
Vida xütbəsində «qadının kişiyə bir əmanəti» olduğu bildirilmişdir. Ucalar ucası Rəbbimizin dəyərli bir əmanəti olmaq qadın üçün çox gözəl bir rütbədir. 
Ardı →

İnsanların gündən-günə vəhşiləşməsi sizcə nə ilə əlaqədardır?

Son vaxtlar insanların vəhşiləşməsi prosesi daha da qabarıq şəkildə özünü biruzə verməkdədi. İnsanlıq sanki bitib. Bu laqeydlik özünü günbə-gün artan intihar hadisələri ilə göstərir. Sizcə nə səbəbə biz bu qədər yanındakına laqeyd olmuşuq?

Yazıq Abituriyent

Ah Abituriyent! Abituriyent! Çoxları bu adı daşımağa məcbur olurlar. Bu adı daşımağa məhkumdurlar. Neyləsinlər? Əlacları nədi? Getməsələr evdə günləri qara olacaq, valideyn tənqidinə, ailə və ictimai qınağa düçar olacaq. Ən yaxşısı elə YVG eləyəsən. Abituriyentlərin bir çoxu bir — birinə elə bunu məsləhət bilirlər- Yola Ver Getsin. Özünü oxumuş kimi göstər — bəsindir. Mama otağa girdi ciddi sifət al, guya dərin düşüncəyə qərq olubsan, sonra özünü məşğul apar guya bir misalın üstündə iki saatdı baş sındırırsan, riyaziyyatın atasısan, müəllimin sənin yanında söz deməyə çəkinir ki, birdən səhv tutarsan onda, bağ belə, bostan belə. Elə ki, gördün mamanın başını yastığa qoydun dayy səni bir müddət narahat eləyən olmayacaq. Kef elə də facebookda. Ən krutoy statusları yaz ki yazasan, like gəlsin.


Ardı →

Din və onun cəmiyyətdə rolu

İnsanları fərqləndirən ən mühüm cəhət onların inamıdır.  Dinlər tarixi inkişaf mərhələləri boyunca uzun inkişaf yolu keçmişlər. Din Allahın varlığı və təbiəti, insanın xəlq edilməsində məqsəd, xeyrin və şərin mənası, dünya və axirət həyatı barədə əzəli həqiqətlərin insan-Allah münasibətləri hüdudlarında axtarılmasına olan tələbatından doğan bir hadisədir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. “Sivilizasiyalar toqquşmasının” hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.
Davamı →

Qadın susmağı öyrənir...

  • Qadın
Qadın çıxır başqa qadının bətninindən;
Həyata ilk qışqırığını edir;
Səssizliyi eşidir…
Atasının gözlərindəki məyusluq;
İlk yaşadığı qarışıqlıq olur.
'Səssizlik oldusa qız doğulub' sözünü öyrənir.
Susur!




Qadın uşaq olur;
Gülməsi, oynaması,
Ordan-bura qaçması xor görülür;
Əngəllənir…
'Qız xeylağı ciddi olmalıdı' sözünü öyrənir.
Susur!  

Qadın məktəbə gedir;
Oxuma yazma öyrənəcəyi qədər,
Qadın olmasına çatacaq qədər.
Səbəbini anlaya bilmir;
'Oxuyub  nə olacaqsanki, oxumuş ev qadını?' sözünü öyrənir.
Susur!

Qadın gənc olur;
Gəzməsi, getməsi, danışılır.
Söz gəlməsin deyə, şüşədən çölə baxmaz.
'Pis qadın' nə deməkdi öyrənir.
Susur!

Qadın evlənəcək yaşa gəlir;
Ər seçməz;
Seçilir.
'Qız xeylağını  boş buraxsan ya halvaçıya ya zurnaçıya gedər sözünü' öyrənir.
Susur!

Qadın evlənir,
Evdə xidmətçi,
Mətbəxdə aşbaz,
Ərinin yanında qulluqçu olur.
'Yuvanı dişi quş qurar' sözünü öyrənir…
Susur!    

Qadın aşağılanır, sözü dinlənilmir,
'Ərin vurduğu yerdə, gül bitər' sözünü öyrənir
Susur!


Qadın ana olur,
'Ərinin uşağının anası olur.
Oğlan doğmasa
Nə qadınlığını, nə analığını isbatlayır.
Oğlan doğur,
İlk dəfə alqışlanır… ki;
Yenə də ər öyülür.
'Kişi adamın kişi uşağı olur'sözünü öyrənir;
Susur!

Qadın yaşlanır 'ana' olur;
Hörməti o yaşda görür.
Danışmaq istəyir;
Vaxt gecikiir ..
Köçür gedir…
Nəhayət;
Qadın doğulur,
Böyüyür,
Yaşayır,
Ölür,

Susur ..


Tərcümə etdi:Musalı Azər



Mətndən istifadə edərkən (saytlarda,facebook səhifələrində və s.) istinad etmək (saytın adı kayzen.az) mütləqdir,əks halda halal edilmir.
Davamı →

Adamların etnik birlik formaları

Adamların sosial birliklərindən əvvəl etnik birliklər mövcud olmuşdur. Sosial fəlsəfədə etnik birliklərin öyrənilməsinə çox gec başlanmışdır. Lakin öz əhəmiyyətinə görə bu problem aparıcı yerlərdən birini tutur.
İbtidai inkişaf mərhələlərində insanların başlıca birlik forması qəbilə, tayfa olmuşdur. Qəbilə qan qohumluğu və müəyyən təsərrüfat əlaqələri ilə, ümumi mənafeyi müdafiə etməklə bağlı olan və təbiətin kor– təbii qüvvələrinə qarşı birlikdə çıxış edən insanların tarixi birlik formasıdır.
Ardı →

Cəmiyyətin sosial strukturu və Insanlarin etnik birlikləri

cəmiyyəti, onda gedən mürəkkəb prosesləri, adamlar arasındakı münasibətləri düzgün anlamaq üçün mühüm, hətta mən deyərdim fundamental vəzifələrdən biri kimi onun sosial strukturu və etnik birliklər məsələsini təhlil etmək lazımdır. Hazırda praktiki olaraq hər bir dövlət qurumu mürəkkəb sosial struktura malikdir. Və orada adamların müxtəlif etnik (milli) birlikləri mövcuddur.
Müasir fəlsəfədə cəmiyyətin sosial strukturunun mahiyyəti və təbiətinə dair baxışlar bir sıra konsepsiyalarda cəmləşmişdir. Bunlar­dan üçü üzərində bir az ətraflı dayanaq. Birinci konsepsiya siniflərin mövcudluğunu inkar edir və onların əvəzində qrup halında sosialqurumları qoyur və iddia edir ki, həmin qrupların köməyi ilə insan münasibətləri hərtərəfli nəzərdən keçirilə bilər. Bu konsepsiyanı Amerika sosioloqları T.Parsons (1902– 1979), P.Lazarsfeld (1901– 1976) və digər mütəfəkkirlər fəal surətdə təbliğ etmişlər. İkin­ci qrupa cəmiyyətdə siniflərin və sosial qrupların mövcudluğunu qəbul edən marksistləri göstərmək olar. Üçüncü konsepsiyanın nümayəndəsi kimi artıq dönə– dönə adını çəkdiyimiz M.Veberi qeyd edə bilərik.


Ardı →