Məntiqi sual

Sual

Tanrının şəhərində
böyük bir gurultu qopacağ,
Yaranan xaos iki qardaşı həlak edəcək,
Güclü qəsr çətinliklə dayanarkən, ulu lider tab gətirə ətndə xüsusi qeyd olunmuş “şifrəli sözlərin” muasir adlarını
yazın.

Müəllif: Nuranə Heybətova

Davamı →

Sakura 14 mart turniri

1. Ginnesin rekordlar kitabında çoxlu sayda `ən-ən` xarakterli ən uzun, ən qısa, ən sürətli və s kimi rekordlar yer alır.Bu rekordlardan biri kokteyl üçün ən uzun borudur. Onun uzunluğu 10.3 metrdir. Uzun müddətdir ki bu rekord qalmaqdadır.Bəs bu rekord nə vaxt qırılacaq ?

2. Nikbin adam her yerdə yaşıl işığı görür, bədbin adam qırmızı, əsl müdrik adam isə… üstün tutur. (Süni İntellektin fikirlərindən)

3. Bilirsinizmi ki, ingilis atları fransız atlarından 1.3% güclüdürlər. Bunun səbəbi nədir?

4. Bir sıra Arika ölkələrində qadınlar ağır yükü başlarında daşıyırlar. Bəs nə üçün bu qadınlar əllərində və ya çiyinlərində daşımaqdansa üstünlüyü başlarına verirlər?

5.1960-cı ildə bir Milan şirkətinin sahibi oğlan uşaqlarına üzərində “Daimi əməkdaşlığınıza görə minnnətdarıqla” yazısı olan raqatka(sapand) hədiyyə etmişdir.Bu kompaniya hansı işlə məşğul olurdu

6.San Fransiskoda tez-tez məhşurlara bənzəyənlərin yarışı keçirilirdi. Bu yarışlardan birində Ç.Çaplin axırıncı yeri tutmuşdu.Ç.Çaplin hansı məhşura bənzəyənlərin arasında axırıncı yeri tutmuşdu

7. Bildiyimiz kimi U.Çörçill ortabab ressam idi.Bir dəfə çəkdiyi rəsmləri tanışlarına gostərəndə onlardan biri soruşur: Siz nə üçün həmişə mənzərələr çəkirsiniz? Çörçill nə cavab verir?

8. 1949-cu ildə Belçika kraliçası bir dəstə görkəmli Sovet musiqiçisini beynəlxalq müsabiqədə iştirak etməyə dəvət edir.Stalin teleqramin kənarında belə bir yazı yazır və o yazıdan sonra getmək istəyənlər kəskin azalır.Qeyd nədən ibarət idi?

9. Söylənən fərziyyəlerə görə,qaraqoyunlular qəbiləsində çoxlu mahnı və rəqslər mövcud idi, lakin bunlardan yalnız biri 19 əsrə gəlib çatmışdır.Həmin melodiya “Qarabağın ağırı adlanırdı”.Sonralar həmin melodiya iki hissəyə bölünür. Onlardan birincisi “Asta Qarabağı”adlanırdı. Bəs ikinci hissə necə adlanır?

10. Mirzə Camal Cavanşire görə “O xan idi biz onu şah elədik” Əhməd bəy Cavanşire görə “O özü-özünü xan elan etmişdi.Mən öz məğlubiyyətimlə bunu təsdiqlədim” Bəs Mirzə Adıgözəl bəyə görə bu deyim necə səslənir?


Davamı →

Nə?Harada?Nə zaman? yarışının tezliyi nə qədər olsun?

Xahiş olunur şərhlərdə öz təkliflərinizi verin. kayzen-ə NHN nə dərəcədə lazımdır? Cavablarınızı əsaslandırsanız yaxşı olar. Gündəlik etməyə resurs və sual bazası çatmır. Lakin,hər şey səsvermədən asılıdır.NHN-in vaxt məsələsi ilə bağlı yəkliflərinizi yazın.

Sakura 8 mart turniri

1.Bir dəfə alman filosofu Kanta sual verirlər ki, onun fikrincə hansı qadınlar ərlərinə daha sadiq olurlar: «Qara saçlı qadınlar ya sarı saçlı?» Kant fikirləşmədən cavab verir: .......

2.Seçki kompaniyasının gedişində respublikaçılar partiyasının namizədi Teodor Ruzvelt kiçik şəhərləri gəzərək alovlu nitqlərlə çıxış edirmiş. Şəhərciklərin birində bir dəqiqədən bir- «Mən demokratam!» bağırıb onun əsəblərinə toxunan adamdan soruşur:
-Deyə bilərsinizmi ki, siz nə üçün demokratsınız?
-Çünki babam mənim demokrat olub, atam demokrat olub, indi də mən özüm demokratam.
-Yaxşı… əgər sizin babanız eşşək olsaydı, atanız da eşşək olsaydı, o vaxt siz nə olardınız?
Ruzveltin opponenti də söz altında qalmayıb Ruzvelti nəyi var sındırır. O nə cavab verir?

3.İdman gimnastikası üzrə yarışlarda heç idmançılara və onların hərəkətlərinə baxmadan belə yarışda qadınların yaxud kişilərin çıxış etdiyini bilmək olar. Necə?

4.Həddindən artıq kök olan bir nəfər Bernard Şounun arıqlığına işarə ilə: «Sizə baxanda adama ələ gəlir ki, Ingiltərə aclıq çəkir,» — deyir. Şou özünəməxsus tərzdə onun cavabını verir. O,nə cavab verir?
Ardı →

Sakura 8 mart turniri anonsu

Bugün axşam saat 19.00-da yeni yarış başlayır. Dünənki kimi, 15 dəqiqə vaxt verilir. Həmin müddət ərzində ən tez birinci düzgün cavab yazmışların xalları cəmlənir və qalib elan olunur. Qalib mükafatlandırılır(əgər xanımdırsa). istifadəçi yalnız bir ana şərh yaza və ona cavablar yaza bilər. Məsələn, suallar belədir:
1. iki vur iki neçə edir?
2. böyürtkənin rəngi nədir?
3. çiyələk niyə qırmızıdır və s.
4. Ən sürətli maşın hansıdır?
5. Kişilər üçün ən pis gün hansıdır?
Ardı →

NHN haqda yeniliklər

Kommunistlər kimi desək, Yoldaş Wizard-ın təklifi ilə həyata keçirilən Nə?Harada?Nə vaxt? formatı ilə keçirilən Sakura-7 mart turnirinin sevinclə qarşılanmasından sonra qərara gəldik ki,bu məsələyə diqqəti artıraq. Çünki, bu kayzen ideologiyasının tərkib hissəsi olan daha ağıllı olmaq amalı ilə səsləşir. Ona görə də aşağıdakıları qərara aldıq:
Ardı →

Sakura mart-7 turniri

Saat 18.00-da bu postda suallar təqdim olunacaq.
Xahiş olunur ki, Mozilla yaxud Opera brauzerlərindən istifadə edəsiniz. Suallar elan olunan kimi, bildiyiniz sualların cavabını yazın. Çalışın başqa istifadəçinin cavablarına baxıb öz vaxtınızı itirməyin. Sadəcə bildiyiniz sualların cavabını yazın. Hər suala bir cavab qəbul olunur. Cavabı sonradan dəyişdirmək olmaz. 15 dəqiqə bitəndən sonra qiymtəətləndirmə başlayacaq!

1. Bir fransız məsləlinə baxaq.Əgər xanım ona görüş təklif edən kişiyə yox deyirsə bu ola bilər anlamına gəlir.Əgər ola bilər` deyirsə bu artıq cavabıdır. Sual: Əgər xanım cavabını verərsə,bu nə deməkdir?
Ardı →