Dünya futbolunun mühüm "come back" yəni geridönüşləri

  • Futbol

Qol futbolun bəzəyidi. Bəzi matçlarda qolsuz bərabərlik (0:0 hesabı — red.) rəqiblərə 1 xal qazandırsa da, azarkeşlərə bir o qədər də xoş təəssürat vermir. Bəzi matçlarda isə bir-birinin ardınca vurulan qollar stadiona gələn azarkeşləri coşdurur və stadionda əsl futbol abu-havası yaranır. Fan-klubların, oyuna tək gələn sadə amma qatı futbol azarkeşi olan insanlar belə qolları gördükcə coşurlar və bu qolları coşğunluqla qeyd edirlər.

Bu dəfə Sizlərə futbol arenalarında qeydə alınan, hələ də azarkeşlərin yaddaşlarından silinməyən «come back» yəni məğlub ola-ola sonradan qollar vuraraq matçın nəticəsini dəyişəcək oyunlardan məlumat verəcəm. 


Ardı →

Bakteriyalar

Bakteriyalar 

Yunanca «kiçik çubuq» mənasını verən bakteriya (bacterium) sözü 19-cu əsrdə elm lüğətinə girdi. Bakteriyaların uzunu 2-10, eni isə 1-2 mikron olur. Yəni 10 min bakteriyanı yan-yana düzə bilsəniz, təxminən 2,5 santimetr olar. Rəngsiz olduqlarından

mikroskopla görmək asan deyil. Xüsusi boyalar qatılaraq rəngləndirildikdən sonra bakteriyaları izləmək mümkün ola bilər.

Bakteriyalar yayılmaq üçün kifayət qədər qida və mühit tapa bilirlər. Hava ilə ətrafa yayılan bakteriyalar əlverişli mühit tapdıqları zaman təkrar çoxalmağa başlayırlar.

 


Ardı →

Ən qədim futbol növü – Tsu-cu

Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur yəqin ki. Amma sən demə, müasir futbola çox oxşayan oyun nə az-nə çox 2000 il əvvəl Çində mövcud imiş.  Adı da tsu-cu imiş.

Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, ayaqla, başla, sinəylə, bir sözlə əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi.

Müasir terminlə desək, daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Fərq onda idi ki,torunortasında diametri təxminən 30 santimetr olan deşik olurdu və topu məhz həmin deşikdən keçirmək lazım idi.

Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi. Tsu-cunun bir neçə variantı vardı. Bir varinatda rəqib komandalar topu qovub rəqibin torundan keçirməli idilər. Bəzən komandaların hər birinin yan-yana bir neçə qapısı olurdu. Bəzən isə komandalar kontaktda olmurdu. Qapı ortada quraşdırılırdı və hər bir komanda onu meydanın özünə aid hissəsindən vurub tordan keçirməyə çalışırdı.


Ardı →

Kişilərin futbol sevgisi

Görəsən, niyə xüsusilə kişilərin həyatında futbol matçlarını seyr etmək, bir futbol komandasının tərəfdarı olmaq bu qədər əhəmiyyətlidir? Niyə kişilər futbolu fanatik olma dərəcəsində bu qədər çox sevib təqib etməyə çalışır, hətta bütün plan və proqramlarını matç saatlarına görə qururlar?

Azarkeşlik etdikləri komandanın qazanmalarından çox xoşbəxt olub, itirdiklərində depressiyaya girəcək qədər özlərini pis hiss edirlər?

Bu və digər sualların cavablarını idmansevərlərlə bərabər psixoloqlar illərdən bəri araşdırmaqdadır. Araşdırmalara görə xüsusilə kişilərin matç seyr etməsinin ən əhəmiyyətli səbəblərindən biri fikirlərini dağıtmasıdır. Futbol gərgin iş rejimindən, gündəlik həyatın gətirdiyi məsuliyyətlərdən qurtuluş vasitəsidir.

Eyni zamanda, kişi matçı seyr edərkən özünü komandanın, ya da bir oyunçunun yerinə qoyur. Yəni, özünü onunla eyniləşdirir. Azrkeşlik etdiyi oyunçunun, yaxud komandanın müvəffəqiyyətini öz uğuru kimi qəbul edir. Oyun bitdiyində əgər komandası qazanıbsa, hesabı soruşduğumuzda şəxsin “bacardıq” deməsini yəqin çoxları eşidib. Əslində “bacardıq” kişilərin özlərini komandaları ilə nə qədər eyniləşdirdiklərinin ən güclü dəlilidir.
Ardı →

Məşhur müsəlman futbolçular

Futbola həvəslə baxırsız, amma futbolçular arasında hansının müsəlman olduğunu bilmirsiz.
İndidən qeyd edək ki, müsəlman futbolçuların sayı heç də az deyil və artmaqdadır.

1. Zinəddin Zidan
Fransanın əlcəzairli futbolçusu. Valideynləri İsmayıl və Malikə 1953-cü ildə Əlcəzairin Kabiliyə bölgəsindən Fransanın paytaxtı Parisə miqrasiya edib. Atası burada iş tapa bilmədiyi üçün Marselə köçüblər.
Ardı →

Futbol üzrə Dünya Çempionatı haqqında maraqlı faktlar

Futbol üzrə dünya çempionatının rəsmi adı belədir: FİFA-nın Dünya Kuboku. Futbol uzrə dünya çempionatı cəmi 20 dəfə keçirilmişdi.

Futbol üzrə ilk dünya çempionatı 1930-cü ildə Uruqvayda (Cənubi Amerika) keçirilmişdir, elə ilk dünya çempionu da Uruqvay (1930-cu il) olmuşdur.

II Dünya Müharibəsi dövründə və neçə illər sonra (1939-1349) futbol üzrə dünya çempionatının keçirilməsi dayandırılmışdır.

Braziliyalı furbolçu Pele (Edson Arantes du Nasimentu) dünya futbolunun kralı hesab edilir. Pele futbol üzrə keçirilən dünya çempionatında rəqib qapılarına 12 top keçirmişdir. Pele — 3 dəfə dünya çempionu olmuş yeganə futbolçudur.

Braziliya yeganə ölkədir ki, fütbol üzrə keçirilən dünya çempionatlarının hamısında iştirak etmişdir.

Futbol üzrə keçirilən DÇ-larında çempion olmuş ölkələr: Braziliya-5 dəfə, İtaliya-4 dəfə, Almaniya-3 dəfə, Uruqvay-2 dəfə, Argentina-2 dəfə, Fransa-1 dəfə, İngiltərə-1 dəfə, İspaniya-1 dəfə...

Futbol üzrə dünya çempionu olanlara 1930-1970-ci illərdə Jül Rime Kuboku verilirdi.

1970-ci ildə Meksikada keçirilən fütbol üzrə dünya çempionatının finalında qarşılaşan Braziliya və İtaliya yığmalarının hər ikisi 2 dəfə dünya çempionu olduğundan 3 dəfə çempion olana kubokun həmişəlik verilməsi qərara alınmışdır. Bu kuboka Braziliya yığması həmişəlik sahib olmuşdur.
Ardı →

"Neftçi"nin yaranması

  • Futbol

1936-37-ci illər müxtəlif sənaye təşkilatlarının nəzdində idman, futbol komandalarının yaranması ilə əlamətdar oldu. Bakıda futbol komandası olmayan zavod, fabrik tapmaq çətin idi.

Belə bir vaxtda ölkədə xüsusi çəkiyə malik olan neft sənayesini yalnız ayrı-ayrı idarələrin komandaları təmsil edirdilər. Buna görə SSRİ Neft Sənayesi Nazirliyi Neftçilərin Həmkarlar İttifaqının nəzdində könüllü idman cəmiyyəti və futbol komandası yaratmaq haqda qərar çıxardı. Neft Sənayesi Nazirliyi Moskvada yerləşdiyindən bütün sənədləşmə işləri rusca aparılmış və buna görə də cəmiyyətin adı rusca «Neftyanik» adlandı. Beləcə, «Neftyanik» Könüllü İdman Cəmiyyətini Bakıda ayrı-ayrılıqda fəaliyyət göstərən neftçıxarma idarələrinin əsasında yaratmaq qərara alındı. Bu iki səbəblə bağlıydı. Birincisi, SSRİ-də ilk dəfə olaraq Neftçilərin Həmkarlar İttifaqı 1906-cı ildə Bakıda yaranmışdı.
Ardı →

Dünya Futbol Kubokunun keşməkeşli "taleyi"


Kubok çox maraqlı səyahətlər etmişdir.Yəni ki, ölkədən — ölkəyə keçərək, özünəməxsus səyahətlər etmiş və bununla bərabər “başına” bəlalar gəlmişdir.

Belə ki, Dünya Futbol Kuboku II Dünya Müharibəsi illəri dövründə neçə-neçə illər İtaliya Futbol Federasiyasının prezidentinin çarpayısı altında gizlədilərək, saxlanmışdır.

1966-cı ildə İngiltərədə keçirilən Dünya Çempionatında “təqdim etmə” zamanı oğurlanmış və bir həftədən sonra bir təsadüf nəticəsində tapılmışdır. Bu hadisə belə olmuşdur: Piklz ləqəbli iti sahibi London bağlarının birində gəzdirərkən, bağın ucqar bir yerində itin qazonunu eşerək hürməsini görür və həmin yerə yaxınlaşıb baxarkən, iri bir qızıl kubok görür. İtin sahibi tez polisə xəbər verir. Beləliklə, bir həftədən sonra oğurlanmış Qızıl Kubok xoş bir təsadüf nəticəsində, Piklz ləqəbli itin sayəsində tapılmış olur.
Ardı →

Niyə də sevinməyim?!

  • Futbol

Aqustun 30-da Neftçi səfərdə Kiprin Apoel klubunu 3-1 hesabıyla məğlub edərək Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu münasibətlə başda Neftçi azarkeşləri olmaqla, ümumilikdə Azərbaycan futbolunun bütün azarkeşlərini, Neftçi demədən, Xəzər demədən bütün Azərbaycan klublarının beynəlxalq uğurlarına sevinən futbolsevərləri təbrik edirəm. Neftçi həqiqətən də buna layiq idi və bununla bir daha Azərbaycan futbolunun flaqmanı olduğunu sübuta yetirmiş oldu.

Təbrikimi etdim indi də keçim əsas məsələyə. Onsuz bu və bu kimi cümlələri onsuz hələ telakanallarda, saytlarda çox görəcəksiz. Məsələ sadədir əslində. Mənim Xəzər Lənkəran azarkeşi olmağımdadır məsələ. Daha dəqiq isə mənim Xəzər Lənkəran azarkeşi olub da Neftçinin qələbəsinə sevinməyim, sosial şəbəkələrdə Neftçini dəstəklədiyimi göstərən statuslar yazmağımdır məsələ. Məsələnin tam mahiyyəti isə mənim cənubdan ola-ola bunları etməyimdir. Mənə deyirlər ki, sən cənubdansansa, Neftçiyə nifrət etməlisən, o bizim düşmənimizdir.


Ardı →

Dildə azarkeş olanlar

Bu mənim bu saytda ilk yazımdı. Yəni ilkiminci dəfədir. Nə isə çox fikirləşdim, nə yazım nə yazmayım deyə. Dedim birdən yazdığımı bəyənməzlər. İlk təəssürat yaxşı qalmaz insanların beynində. Ona görə əvvəlcədən deyim ki, yazı xoşunuza gəlməsə qınamayın məni. Sadəcə aşağıda rəy, təklif və iradlarınızı bildirsəz pis olmaz. Amma bunu edərkən unutmayın ki, bu ilkimincidir. Ya da əgər xoşunuza gəlsə, onda yenə orda dəstək olduğunuzu qeyd etsəz sevinərəm…

“Dəstək” demişkən BDU-da bir müəllim var, adı Yaşardı. Bu adamın dəstək sözündən heç xoşu gəlmir. Deyir, a bala dəstək təhlükəli şeydir, qaçın ondan. Birdən biri dəstəyi alar əlinə, sonra da başlayar  ondan yaxşı olmayan məqsədlər üçün istifadə eləməyə.


Ardı →