Ağız qoxusu yaradan yeməklər

Ağız qoxusu yaradan yeməklər

Ağız qoxusu, pis nəfəs qoxusu əksər yediyimiz yeməklərlə əlaqədardır. Yediyimiz çiy soğan və sarımsaq şiddətli və pis bir ağız qoxusuna səbəb olur. Bundan əlavə diş əti qanaması da ciddi bir ağız qoxusu xəbərçisidir. Diş ətləriniz qanayırsa və siz fərqində deyilsinizsə, bu zaman ağız qoxusu problemi yaşayarsınız. Ağız içində diş ətləri, dil və damaq quruduğu zaman bakteriyalar törəyir. Törəyən bakteriyalar da yenə şiddətli qoxuya səbəb olmaqdadır. Beləcə ağızdan ətrafa digər insanları narahat edəcək pis bir nəfəs qoxusu dağılır.


Davamı →

Üzdəki tükləri tökən maska

Bir çox qadınlar üzlərindəki tüklərə görə kompleksə girir və müxtəlif üsullarla onlardan qurtulmağa çalışırlar.
Üzdəki tüklənmənin ciddi bir sağlamlıq problemi olmadığı bilinir, ancaq bəzən hormonal dəyişikliklər də buna səbəb ola bilir. Ailem.az üzdəki arzuolunmaz tüklərdən təbii yollarla qurtulmaq üçün reseptlər təqdim edir.
Bal və limon suyu resepti

Davamı →

Qadınların gigiyenada yol verdiyi SƏHVLƏR

Yay aylarında gigiyenaya xüsusi diqqət yetirmək lazımdır.
Ancaq isti mövsümdə yalnız gündəlik duş, epilyasiya və pedikür kifayət deyil.

Xanımların səliqəsiz görünməsinə səbəb olan 5 ən çox rast gəlinən səhv var:
  1. Ayaqqabı ilə bağlı problemlər - Kəmər, toqqa və nazik dəri elementlərdən ibarət yay ayaqqabıları yayda ayaqların sağlamlığına zərər vurur. Xanımların yara bandını niyə görməməzlikdən gəlmələri tamamilə aydın deyil. Əgər sürtünmə və döyənək artıq baş veribsə, dabanlar quruyubsa, onları soda və alma sirkəsi ilə vanna edib aradan qaldırmaq olar.

Davamı →

Düzgün alt paltarını necə seçmək olar?

Alt paltarı seçimi çox həssas, eyni zamanda vacib mövzudur. Qızların 70% -dən çoxu alt paltarını səhv seçir. Uğursuz seçim narahatlığa və gün boyu qaşıntı, qızartı, dəri zədələrinə səbəb ola bilər. Bu yazımızda sizi, düzgün alt paltarı haqda bilmədiklərinizə tanış edəcəyik.

Davamı →

Hamamda bunları saxlamaq olmaz

Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətindir. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir.
Diş fırçası
Adətən diş fırçasını hamada saxlayırıq. Bu ən böyük səhvlərdəndir. Çünki hamamın istiliyi, rütubəti mikrob və daha zərərli bakteriyaların çoxalmasına şərait yaradır.
Davamı →

Ziyanlı gigiyenik vərdişlər

Gigiyena qaydalarına riayət etmək insan sağlamlığında böyük rol oynayır. Lakin bəzi faydalı bildiyimiz gigiyenik vərdişlər əslində sağlamlığımıza yalnız ziyan vurur.

ABŞ-ın gigiyena sahəsində mütəxəssisləri belə vərdişləri araşdırıb. Onların fikrinə görə, ən ziyanlı gigiyena vərdişi antibakterial gel və sabunlardan müntəzəm istifadə etməkdir. Belə vasitələrin tərkibində olan triklozan orqanizm üçün ziyanlı sayılır.

Həmçinin antibakterial vasitələr dərini çox qurudur, onu daha həssas edir, dərinin normal mikroflorasını pozur, yerli immuniteti zəiflədir.
Davamı →

Bu əşyaları hamamda saxlamayın


Şəxsi gigiyenamız üçün hamam olduqca önəmli bir yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətin olur. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir.

Diş fırçası 
Aparılan araşdırmaya əsasən, hamamda saxlanılan diş fırçalarının üzərində 60 faiz qalıq maddələr tapılıb. Bu isə nə qədər təmizkar olsanız da, hamamda yaranıb artan bakteriyalara əngəl ola bilmədiyiniz anlamına gəlir.
Davamı →

Hansı su daha yaxşı təmizləyir?

Əvvəllər belə hesab olunurdu ki, isti su mikrobları daha yaxşı yuyub aparır. Lakin son araşdırmalar göstərib ki, bu heç də belə deyil.

Medicinform.net-ın məlumatına görə, Rutgers Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, soyuq və ya isti suyun təmizliyə və sterilliyə heç bir bir aidiyyatı yoxdur. Araşdırmada 2 qrup insan iştirak edib. 1-ci qrup əlləri soyuq, ikinci isti suda yuyurdu. Sonra iştirakçıların əlləri mikroblara görə yoxlanılırdı.
Davamı →

Düzgün intim gigiyenanın 15 qaydası

Qayda 1 : Hər gün
Minimum gündə bir dəfə yuyunun və hər dəfə yuyunmadan sonra təmiz alt paltarı geyinin. Əgər sizdə menstruasiya dövrüdürsə, sizə bezləri dəyişdiyiniz qədər də (ginekoloqlar bezi hər 3-4 saatdan bir dəyişməyi məsləhət görürlər) yuyunmaq lazımdır.

Qayda 2: Su
Həmişə çalışın axar su altında yuyunasınız. Su axınını cinsiyyət orqanlarına yönəltməklə çalışın ki, su yuxarıdan aşağı axsın, aşağıdan yuxarı vaginaya doğru istiqamətlənməsin. Sprinsləmə (şırınqa) də buraya aiddir. Birdəfəlik yadda saxlayın: sprinsləmə ziyanlıdır.
Davamı →