İmtahan | Frans Kafka

Mən qulluqçuyam, ancaq iş tapa bilmirəm. Bir az qorxağam, irəli soxulmağı bacarmıram. İrəli soxulmaq bir yana, başqaları ilə bir sırada da dayana bilmirəm, ancaq bu mənim işsiz qalmağımın yalnız bircə səbəbidir və bəlkə də, bunun, ümumiyyətlə, işsizliyimə heç bir qarışacağı yoxdur, ancaq əsas məsələ odur ki, məni heç yerə çağırmırlar, halbuki başqaları çağırılıb, özü də onlar məndən çox müraciət etməyiblər və ya özləri çağırılmaq istəməyiblər, mən isə çağrılmağı, ən azı, hərdən, lap çox istəmişəm.

Ona görə də qulluqçuların otağında uzanıram, tavandakı tirlərə baxıram, yuxuya gedirəm, ayılıram, təzədən bir də yatıram. Bəzən də yaxınlıqdakı meyxanaya gedirəm, ancaq verdikləri pivə yaman turş olur. Hərdən əsəbiləşib yerə tökürəm, ancaq sonra da təzəsini alıb içirəm. Orada oturmaqdan xoşum gəlir, çünki onun balaca, bağlı pəncərəsindən evimizin pəncərələrinə baxdığımı heç kəs görmür. Orada da çox şey görünmür, mənə elə gəlir, bu küçəyə baxan yalnız dəhlizlərin pəncərələridir.

Özü də bu dəhlizlər ağaların qaldığı otaqların dəhlizləri deyil. Ancaq ola bilsin ki, səhv edirəm, bunu bir dəfə kimsə demişdi, özü də mən şoruşmamışdım, özü demişdi, evin ümumi görünüşü də bunu sübut edirdi. Pəncərələr nadir hallarda açılırdı, açan da qulluqçu olurdu, ona söykənib bir az küçəyə tamaşa edirdi. Deməli, elə dəhlizdir ki, onun küçəyə baxdığını heç kəs görmür. Yeri gəlmişkən, yuxarıda işləyən qulluqçuları tanımıram, onlar mən qalan otaqda yatmırlar.


Ardı →

Vicdanını dinlə və xilas ol!

Sonsuzluq içindəki bir aləmdə yaşayırıq. Doğuluruq, yaşlanırıq və ölürük. Elə bilirik ki, artıq hər şey bitdi. Öldük və son… Lakin elə deyil. İnsanın doğulduğu andan etibarən onun üçün sonsuzluq başlayır. Həyat bu dünyada başlayır və əbədi axirət yurdunda sonsuza qədər davam edir.  İnsan bu dünyada orta hesabla 60-70 il yaşayır. Bundan sonra isə axirət həyatı başlayır. Çoxları axirətin varlığına inanmasa da, bu mövcuddur və axirət həyatının necə olacağı bu dünyadakı həyat tərzimizdən asılıdır. 60-70 illik zaman ərzində insan vicdanının səsini dinləyib-dinləməməsi mövzusunda müxtəlif imtahanlardan keçir.

İnsan bu qısa, lakin çox mühüm zamanı özünü aldadaraq keçirərsə, imtahandan keçə bilməz. Axirət həyatının olmadığına, həyatın təkcə bu dünyadan ibarət olduğuna, güclülərin hər zaman qalib, zəiflərin, məzlumların isə məğlub olduğuna özümüzü inandırmaq nə həqiqəti dəyişdirə bilər, nə də ki, Allah və vicdanımız qarşısındakı məsuliyyətlərdən bizi xilas edər.

İnsanın həqiqətlərdən qaçması onun öz əleyhinədir. Vicdanını örtərək həqiqətləri görməzdən gələn, Allah qarşısındakı məsuliyyətlərdən qaçan insan daha sonra bu ağılsızlığına görə çox peşman ola bilər. Buna görə də, insan şüuru açıq bir şəkildə və diqqətlə bu həyatdakı insanlıq vəzifələrini yerinə yetirməlidir. Bunlar insana çətin gələ bilər. Çünki biz azad və sərbəst, çərçivələrsiz həyat yaşamaq istəyirik. Amma bunu da bilməliyik ki, azad olmaq heç də düşüncəsiz olmaq deyil.

Hər an vicdanımızın səsini dinləməliyik. Hər keçən saniyə ölümə və hesab gününə bir az da yaxınlaşırıq. Bütün davranışlarımızın və ağlımızdan keçən bütün düşüncələrin yox olmadığını, hər şeyi görən Allah tərəfindən yazıldığını bilmək və buna uyğun hərəkət etmək  ən gözəl və ən doğru yoldur.

Bunu da bilməliyik ki, hər insanda vicdan eynidir. Lakin vicdanını istifadə etməsinə görə insanlar müxtəlifdir. Bəziləri vicdanından istifadə edir, bəziləri isə etmir, qulaqlarını tıxayır, gözlərini yumur.


Ardı →

İmtahan həyəcanı və İmtahana hazırlıq

Məktəbli, tələbə, kursant, sürücü — hər kəs həyatında bir dəfə də olsa imtahanla qarşılaşır. Odur ki, imtahan həyacanı heç kimə yad deyil. İmtahan nə qədər əhəmiyyətlidirsə, həyacan bir o qədər çoxdur. Ali məktəblərə qəbul imtahanı kimi həyatımızda çox böyük əhəmiyyət kəsb edən imtahanlar da var. Növbəti təhsil ilinin sonu, qəbul imtahanına saylı günlərin qalması, eyin zamanda isti yay gərginliyi daha da artırıb. Xatırladım ki, gənclərin çiyninə, beyninə və əsəblərinə düşən bu gərginliyi götürməyə yalnız özləri qadirdir və 30 yaşından yuxarı çox az insan bu gərginliyə tab gətirə bilər. Bəs gənclərimiz imtahana qədər olan vaxtda özünə inam hissini və enerjini itirməmək üçün nə etməlidirlər?
Davamı →

Var-dövlət Allahın imtahanıdır

Bir gün İmam Cəfər Sadiq (ə) öz səhabəsi Əban ibn Təğlibdən soruşdu: “Elə düşünürsən ki, əgər Allah bir kəsə bu dünyada mal-dövlət və vəzifə veribsə, demək, onu çox sevir və bu nemətlər Allahın həmin adamı çox sevdiyini göstərir? Bəlkə elə bilirsən ki, əgər Allah bir kəsi öz nemətlərindən məhrum etsə, onu kasıblığa düçar etsə, ona görədir ki, Allah yanında onun qədr-qiyməti yoxdur və Allah onu sevmir? Amma həqiqətdə qətiyyən belə deyil. Mal-mülk Allaha məxsusdur, Allah onu əmanət kimi insanların öhdəsinə buraxıb. Insanlara icazə verib ki, ədalətlə bu nemətlərdən yeyib-içsinlər, özlərinə paltar tədarük etsinlər, bu vəsaitlə evlənsinlər, özlərinə minik alsınlar və yaşayışlarını orta yolla davam etdirsinlər. Əgər bu nemətlər onların ehtiyacından artıq qalsa, kasıblara və mömin insanlara yardım göstərsinlər, onların çətinliklərini həll etsinlər. Hər kəs Allahın mülkü ilə bu şəkildə ədalətlə rəftar etsə, hər nə qədər xərcləsə və hər nə etsə də ona halaldır. Bu şərt daxilində yeyib-içməyə, geyimə, miniyə və evlənməyə xərclədiyi pullar da ona halal olar. Amma hər kim israf etsə və sərvəti başqa yollarda xərcləsə, ona haram olar”. Sonra o həzrət buyurdu: “Israf etməyin, çünki Allah israf edənləri sevməz! Ey Əban! Elə düşünürsən ki, Allah öz lütf və mərhəmətindən bir kəsə əmanət olaraq mal-dövlət versə, o adam özünə on min dirhəmlik at ala bilər? Bir halda ki, iyirmi dirhəmlik at da onun ehtiyaclarını ödəməyə qadirdir. Yaxud iyirmi dinarlıq kənizlə də kifayətlənə bildiyi halda, min dinarlıq kənizi almağa haqqı var?”. Sonda bir daha təkrar etdi: “Həddi aşmayın! Allah israf edənləri sevməz”. Həqiqətən, mal-dövlət, vəzifə, şan-şöhrət, gözəllik, əsil-nəcabət kimi dünyəvi nemətlər bəzən insan üçün ən çətin imtahana çevrilir.


Ardı →

İmtahanda həyəcanlanırsınız?

İmtahan təcrübəsi qazanmaq İmtahana hazırlaşarkən şagirdin mövzuları öyrənməsi, mövzu ilə bağlı problemləri həll edə bilməsi, onun imtahana hazır olduğunu göstərmir. İmtahanda necə davranılacağı, hansı bölmələrdən başlayıb, hansı bölməyə nə qədər vaxt ayrılacağı müəyyənləşdirilməli, təcrübə qazanılmış şəkildə imtahana girilməlidir.


Ardı →

Abituriyent necə uğur qazanar?

Uğur əldə etmək üçün sistemli və planlı olmaq lazımdır. Sistemli və planlı hazırlaşmağın ən yaxşı yolu, bir hazırlıq proqramına sahib olmaqdır. Tərtib etdiyiniz çalışma proqramının sizi qələbəyə aparması üçün əvvəlcə uğursuzluğa səbəb olan amilləri aradan qaldırmalısınız.
Bu mənfi amillər bunlardır.
• İlkin hazırlıq etməmək.
• Mövzunu tam qavramamaq.
• Dərsə qulaq asmamaq.
• Qeyd aparmamaq.
• Bilik bazasının azlığı.
• Mövzuları təkrar etməmək.
• Böyük adamlar heç bir işi yarımçıq qoymurlar.
Davamı →

Mütləq qəbul olmalısan

Ali və orta ixtisas təhsil ocaqlarına sənədlər verilib və imtahanlar da yaxınlaşmaqdadır. Sənəd verənlərimiz də çoxdur. Təsəvvür edirəm ki, indi uşaqlar necə hazırlaşırlar. Yəqin ki, çində hazırlaşmayanlar da var. Amma söhbət bunda deyil. Mənim yazımda söhbət hərlənib, fırlnıb valideyn övlad məsələsinə gəlib çıxır. Bu yerdə isə məsələ lap da dərindir. Belə ki, insan psixologiyası pozularsa insan heç bir yerdə uğur qazana bilmir. 

Valideyn övladını imtahana yolayaraq deyir: “Yaxşı, get sənə uğurlar, baxaa, orda fikrivi yayındırma, cavabların hamısını düzgün yaz, mütləq qəbul olmalısan, sənə illər ərzində nə qədər pul tökmüşük, müəllimlər tutmuşuq, bu əziyyəti yerə vurma, bizi el içində rüsvay eləmə! Onun-bunun uşaqları universitetə girə, sən girməyəsən, elə şey olar? Ürəyim partlayar. Bax aaa, qəbul olmasan sənə sərf olunan pullar, əziyyətlər hamısı haram olar, sən gərək qəbul olasan… Qəbul olmasan demək ki, il boyu oxumamısan, fikrin başqa yerlərdə olub, əgər girməsən sənin canıvı alaram! Bir dənə də səhv cavab yazma haa, di get, xoş xəbərlərlə gəl!” 


Ardı →

Uğurlar!

Nəhayət ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının günləri açıqlandı.

III qrup — 4 iyul
I qrup — 11 iyul
IV qrup — 17 iyul
V qrup — 23 iyul

Hələ vaxt var, sadəcə içimdən uğur diləmək gəldi. Bizim də bir çox tanışlarımız, qohumlarımız var ki, bu il ali məktəblərə sənəd veriblər. Bütün abituriyentlərə uğurlar arzulayıram. Ümid edirəm ki, hər şey yaxşı olacaq və hər kəs biliyinə görə haqqı olan yerə də nail olacaqdır.
Mən özüm xatırlayıram ki, imtahan vaxtı həyəcandan tir-tir əsirdim. Bəlkə də nəbzimi yoxlasaydılar döyüntülərimdən yer-göy dilə gələrdi. Amma, nəyə lazım o həyəcan?! Əbəsdir və gərəksizdir. Axı burda nə var ki?! O həyəcan çox şeyə mane olur, insan bildiklərini də unudur.

Abuturiyentlərə məsləhət görərdim ki, narahat olmasınlar və qorxmasınlar, burda qorxulası heç nə yoxdur; canlarını sıxıb, həyəcanlanmasınlar. Hər şey yağ kimi gedəcək. Bol-bol şans…

Davamı →