Azərbaycanda kilsələr - dini dözümlülüyün uzunömürlü şahidləri

Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsilə yazılarımızda şəxsi müşahidələrimizə, müxtəlif mənbələrə, o cümlədən də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına əsaslanaraq ölkə ərazisində mövcud olan qədim alban məbədləri, daha sonra məscidlərimiz haqqında oxucularımıza silsilə yazılar təqdim etmişik. İndi isə paytaxtda və bölgələrdə fəaliyyət göstərən kilsələr haqqında məlumat verəcəyik.

Davamı →

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış

Anqlikan kilsəsi
XVI əsrdə Reform hərəkatından sonra İngiltərədə meydana gəlmiş bir xristian məzhəbidir. Anqlikanizm protestantlığın İngiltərəyə məxsus bir şəklidir. VIII Henri və daha sonra I Yelizavet dönəmində Roma ilə olan mücadilədən sonra katolikliklə bağlarını kəsən ingilislər o dövrün görüşləri ilə müasir tolerantlıq arasında orta bir yolla getmişdirlər. İngiltərəyə xas olan bu məzhəb Müqəddəs Kitaba bağlı və qismən reformə edilmiş bir katoliklik kimi görünməkdədir. Anqlikanlıq təşkilati və kult baxımından katolikliyə yaxındır.
Davamı →

Orta əsr kilsə sisteminin törətdiyi fəlakətlər

Avropada kilsələr xalqa, hətta kral və imperatorlara da ağalıq edib. Çoxlu torpağa sahib olub, vergi yığıblar. Alınan pullar papanın xəzinəsinə, Vatikandakı görkəmli qəsrlərin inşasına gedib. Papa muzdlu orduya və elçilərə sahib olub. Hər hansısa kral ona qarşı çıxarsa, «Allaha qarşı çıxan» hesab olunub və öldürülüb.
XIII əsrdə Papa III İnnosent vaxtında papalıq gücünün pik nöqtəsinə çatır. Qərbi Avropanın hər yerindən papanın Romadakı xəzinəsinə hədiyyələr  gəlir. Kilsə insanlara «indulgensiya» adlanan cənnət qəbzləri satır, onlara qarşı gələnləri «bidətçi» adlandırırdılar. İnsanlara cəza verərkən «autodafe» adlı mərasimdə tonqalda yandırırdılar.

Davamı →

Franciscan Annunciation Kilsəsi

  • Turizm
Sloveniya Respublikasının ürəyində yerləşən Lyublyananın mənzərəli şəhəri yalnız dövlətin rəsmi paytaxtı deyil, həm də biznes, iqtisadi və mədəni mərkəzdir. Belə bir kiçik ölçülərə baxmayaraq, böyük şəhərlər tərəfindən müasir turistlərə təklif edilə bilən hər şey var: lüks otel, milli mətbəx lokantaları, sıx yaşıl parklar və, əlbəttə, orijinal antik arxitektura. Paytaxtın ən məşhur yerlərindən biri Sloveniyanın ən gözəl kilsələrindən biridir.
Davamı →

Gizli ocaqlar | tarixin Vatikan sirri

«Hər şey Sənin tərəfindən papaya verilib və indi həmin hər şey onundur...» Dostoyevskinin «Böyük İnkvizitor»u qeyb olmasından düz 1500 il sonra təzədən İspaniyada zühur eləyən İsaya elə beləcə də deyir. Böyük İnkvizitor tutub zindana qatdığı İsaya uzun bir nitq iradında bulunur və hətta Tanrının oğlunu belə inandıra bilir ki, gəldiyi kimi səssizcə çıxıb getsə yaxşıdır. Çünki «indi biz Səninlə deyil, artıq onunlayıq...».

«Böyük İnkvizitor»un həqiqəti...
Ardı →