Körpələr niyə ağlayır?

Kiçik yaşlı, hələ danışıb, fikrini çatdıra bilməyən uşaqlar ətrafdakılara fikrini, problemini çatdırmaq üçün təbii olaraq ağlamaqdan istifadə edəcək. 1-2 yaşlı uşaqlar kədərli olanda, darıxanda, tək qalanda, diqqət istəyəndə, acanda, susuyanda, narahat olanda, istidə, soyuqda ağlayırlar. Uşağın qarnı, başı, dişi, qulağı ağrıyanda da şiddətli ağlayır.

1. Uşaq ananın diqqətini istəyir
Uşaqlar özlərini anası ilə taktil kontakt, bədən toxunuşu zamanı təhlükəsizlikdə hiss edir. Südəmər körpə tək qalmaqda qorxur, bu ərəfədə uşağa təhlükəsizlik hissi hava-su kimi lazımdır.
Həm də ananın övladı mimikalar vasitəsilə ünsiyyəti, baxışı, danışması uşağın görmə, eşitmə və nitqinin formalaşması üçün vacibdir. Nə qədər çətin olsa da, uşağı təklikdə ağlamaqla baş-başa qoymayın, 3 yaşından sonra o bu qədər sizə bağlanmayacaq.
Davamı →

Əmgəyin funksiyası nədir?

Yeni doğulan uşaqların əmgəyi ilə bağlı valideynlər çox narahat olur. Onun kiçik, ya da böyük olması ilə bağlı tez-tez həkimə müraciət edirlər. Hətta bəzən lazımsız yerə dərmanlardan, kalsium preparatlarından da istifadə olunur. Bu isə əmgəyin həddindən tez bağlanmasınar səbəb olur. Bəs əslində əmgəyin normal ölçüləri necə olmalıdır? 

Nevroloq Rayihə Xudiyeva bildirir ki, böyük əmgək alın və təpə sümükləri ardında yerləşən rombşəkilli boşluqdur: “Normalda əmgək kəllə sümükləri ilə eyni səviyyədə olur, əlimizi üzərinə qoyanda pulsasiya edir. Uşaq ağlayanda, qışqıranda, öskürəndə qabara bilər. Bu, nevroloji əlamət deyil.
Davamı →

Yalnız körpələrin sahib olduğu super güclər

Hər birimiz yeni doğulan uşaqların nə qədər möhtəşəm və şirin olduqlarının fərqindəyik. Bu şirinliklə yanaşı, onlar heç birimizin sahib olmadığı super-güclərə sahibdirlər.

Ağlaya bilmirlər
Körpələr gün boyu qışqırıb ağlasalar da, gözün damcı yolu bağlı olduğu üçün göz yaşı ifraz edilmir. Körpələrin ağlaması yalnız səs-küydən ibarətdir.

Üzmə bacarığı
 Körpələr doğulduqlarından etibarən suya dalmaq refleksinə sahib olurlar. Bunun sayəsində onlar suya girdiklərində nəfəslərini tutmağı bacarır və suyun üzündə qalmaq üçün hərəkətlər edə bilirlər.
Davamı →

Körpələr bütün gecəni yatmalıdırmı?

Yəqin ki, bütün dünyada yeni doğulmuş körpələrin ailəsini və valideynlərini narahat edən ikinci ən vacib məsələ körpənin yuxusudur. Birinci narahatlıq əlbəttə ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox eşitdikləri suallar isə “ Uşaq gecəni necə yatır?”, “Uşaq gecə neçə dəfə oyanır?” “Uşağın yuxusu necədir?” suallarıdır. Cavablardan asılı olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş valideynlər “məsləhətlər” atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir qisminin məsləhəti “Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaqdır!”, “Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın”, digər qisminin isə məsləhəti “Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!”, “Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş istəməsin!” olur.
Davamı →

Uşaqlarınızı açıq havaya çıxarın

Uşaqların fiziki və psixoloji baxımdan sağlam ola bilməsi üçün hərəkətə, açıq havaya, günəşə ehtiyacları var. Mütəxəssislər bildirir ki, körpənin açıq havaya çıxarılması, günəş şüaları qəbul etməsi çox mühümdür.

Günəş şüası sümük və toxuma inkişafı üçün əhəmiyyətlidir. Uşaqlar açıq havada rahat oynayırlar. Onlar üçün açıq havada oynamaq böyük ehtiyacdır. Yazda açıq havada oynamağa daha çox can atarlar. Parklara, bağa qaçarlar.

İlk günlər çox vacibdir
Yenidoğulmuş körpədə xüsusilə ilk günlərdə hələ tərləmə funksiyası formalaşmadığı üçün mühit istiliyi 22-24 dərəcədən çox olarsa, bu, uşağa mənfi təsir edir. Bədən istiliyi də artanda uşağın həyati funksiyaları mənfi təsir görür. Buna görə körpələrin yay aylarında sərin yerlərdə saxlanması və otaq istiliyinin 23-24 dərəcəni keçməməsinə diqqət etmək lazımdır.
Davamı →

İməkləmək

Siz dəfələrlə övladının iməkləmədən gəzməsi haqqında məmnunluqla danışan valideynlərlə rastlaşmışsınız. İməkləmək haqqında bəzi mühüm faktları bilmək onların fikrini köklü şəkildə dəyişə bilər.

İməkləmək körpələr üçün yalnız məsafə qət etmək üçün hərəkətlər toplusu deyil. İməkləyərkən uşaqlarda ilk növbədə böyük (qolların, ayaqların və bütün bədənin hərəkəti) və kiçik (kiçik əzələlərlə edilən hərkətlər-məsələn, əllərin və barmaqların hərəkəti) motorika inkişaf edir. Bu isə öz növbəsində onların gələcəkdə gəzməsi, qaçması, tullanması, qələm tutması, geyim düymələməsi və sairə bu kimi fəaliyyətləri üçün ilkin şərtdir.

İməkləyərkən övladınızın sağ və sol beyin yarımkürələri arasında əlaqə güclənir. Eşitmə, görmə və hərəkət etmə siqnallarının hamısını eyni zamanda alan beyin bunları lazımınca idarə etməyi məşq edir.
Davamı →

Uşaqlar barmağını niyə əmir?

Ümumiyyətlə, barmaq əmmək körpənin hələ ana bətnindəykən öyrəndiyi ilk davranış reflekslərindən biridir. Körpələrin ilk zövq alma duyğuları ağız ətrafında reallaşır. Ana döşünü əmərək qidalanan uşaq üçün ətrafını tanıma prosesi yenə ağız yolu ilə refleks olaraq baş tutur. Buna görə uşaq bu dövrdə hər şeyi, ayaq və əl barmaqlarını belə, ağzına salıb əmir. Hətta oyuncağı, yorğanını əmən körpələr var. Onlar hər bir obyekti ağızlarına apararaq dadmağa və anlamağa çalışarlar.
Bu hal yalnız qidalanma instinkti ilə bağlı olan bir vərdiş deyil. Bu davranışla həm də müxtəlif obyektləri tanımağa çalışırlar. Diş çıxarma zamanı da diş əti qıcıqlamasından dolayı körpə barmağını əmə bilər.

Yəni əmmə sadəcə qidalanma ilə əlaqəli deyil, həm də psixoloji hesab olunur. Bu refleksin 3 yaşına kimi davam etməsi normal qəbul edilir. Bəs uşaqların davamlı olaraq baş barmağını əmməsinə səbəb nədir? Barmaq əmən uşağa bunu necə tərgitmək olar?
Davamı →

Körpələr haqqında 15 fakt

1. Körpələr eyni zamanda nəfəs ala və udquna bilirlər. Bu xüsusiyyət qırtlaq aşağı endiyi üçün 9 aya yaxın yox olur.

2. Yeni doğulmuş körpənin baş çəkisi onun ümumi çəkisinin dörddə biri qədərdir. Böyük baş və kiçik bədən – körpələrə aid olan xüsusiyyətdir və tamamilə normaldır.

3. Körpələr diz qapaqları olmadan doğulurlar.

4. Yeni doğulmuş körpələr qırmızı və yaşıl rəngləri ayıra bilmirlər, mavi rəngi isə heç görmürlər.

5. Yeni doğulmuş körpələr öz analarının intonasiyası ilə ağlayırlar.

6. Yeni doğulmuş körpənin skeletində 300-dən artıq sümük var. Zamanla, onlardan bəziləri birləşərək daha iri sümüklər əmələ gətirir. Böyük insanın sümkülərinin orta sayı isə 206-dir.
Davamı →

Körpənizi “Qəfil Ölüm Sindromu"ndan qoruyun

Bu sindromun səbəbləri elmə hələ də dəqiq məlum deyil, şübhəli faktorlar mövcuddur ki, onların qarşısını almaqla körpənizi bu təhlükədən qoruya bilərsiniz.

Valideynlər körpə qəfil ölüm halının qarşısını almaq və azaltmaq üçün öncədən bir sıra tədbirləri görə bilərlər:

— Hamilə olarkən siqaret çəkməyin.
— Körpəniz olan otaqda heç kimə siqaret çəkməyə izn verməyin.
— Körpənizi yatağına kürəyi üstə qoyun. Qarnı və böyrü üstə qoymayın.
— Körpəniz yatarkən həmişə onun başını və üzünü açıq saxlayın, heç bir şeylə örtməyin.
Davamı →

Körpəni yuxuya vermək üçün məsləhətlər

Normal yuxu uşağın inkişafı və sağlamlığı üçün olduqca vacibdir. Lakin bəzən valideynlər uşaqlarda ciddi yuxu pozulmaları ilə üzləşir — uşaq yuxuya gedə bilmir, əziyyət çəkir, ağlayır, gecəni pis yatır, tez-tez oyanır və s.

Uşağın normal yatmamağı bəzi ailələr üçün əsl problemə çevrilir.

Bu vəziyyətdə nə məsləhət görmək olar?

Mütəxəssislər uşağı daha tez və asan yuxuya vermək üçün bu kimi vasitələrdən istifadə etmək tövsiyə edir:

— həyatın ilk aylarında süni monoton küy uşağa sakitləşdirici təsir edir və yuxuya getməyə kömək edir. Bunun üçün işləyən məişət cihazların (fen, tozsoran, paltaryuyan maşı) səsini istifadə etmək olar. İşləyən cihazın səsini diktofona yazmaq olar.


Ardı →