Təcili yardım stansiyasında

O gün Təcili Tibbi Yardım Stansiyasında həkim- Cavid Ələkbərzadənin növbəsi idi. Ondan başqa TTYS-da tibb bacısı Çimnaz, növbətçi Xalidə və sürücü Əmiraslan da vardı.
Günün ikinci yarısı idi. Yavaş-yavaş qara buludlar görünərək hava qaralır-axşam düşürdü. Lakin səhərdən bəri buraya zəng edib,çağrış verən olmamışdı. Arada zəng gəlib, həkimin tibb bacısının ürəyini sevindirsə də, lakin növbətçi Xalidənin  dəstəyi qaldırıb, pıçıltı ilə danışığından sonra hamıya məlum olmuşdu ki,  zəng edən Xalidənin nişanlısı Mehmandı.
Ardı →

Həkimlər və xəstələr

  1. — Pasient, siz həqiqətən, qətiyyətsizlikdən əziyyət çəkirsiniz?
    — Həm hə, həm də yox.
  2. Xəstə həkimdən soruşur:
    — Həkim, düz deyirlər ki, yerkökü yemək görmə qabiliyyətin yaxşılaşdırır?
    — Həqiqəti deyirlər! Heç nə vaxtsa eynəkli dovşan görmüsən?

Ardı →

medik-cındo

İki il zülümlə müəllim yanına gedib Tibb Universitetinə qəbul olur, ilk kursda ümumi şeyləri öyrənirlər. Sonra isə əyinlərində xalat, əllərində pinset, boyunlarında fonendoskop, ciblərində pul, beyinlərində isə heç nə başlayırlar tibb elminin dərinliklərini öyrənməyə. Hamıdan çox oxusalar da(77 il 6 ay 8 gün) həkimlərin maaşı az olur. Ona görə bəziləri ilk kursdan dərman firmalarında işləməyə başlayır.
Əczaçılığın uşaqları elə institutun qapısına girməmiş dərman firmalarına özlərini soxuşdurmağa çalışırlar. Stomatoloqlar sürü ilə universitetə girir, qurtarandan sonra naxır ilə dental klinika açır, amma heç biri taraz diş düzəltməyi bacarmır.


Ardı →