Bir neçə iş təklifi alsanız nə edəcəksiniz?

İş axtarmaq olduqca stressli bir proses olsa da, bəzən işlər çox yaxşı gedə bilər və siz eyni anda birdən çox iş təklifi ala bilərsiz. Belə, bir vəziyyətdə qərar vermək çox çətindir, ancaq ən yaxşı seçim etmək əlinizdədir.
Eyni anda, birdən çox iş təklifi almaq ilk növbədə həyəcanlı olsa da, bir müddətdən sonra bu duyğu qərarsızlığa çevrilir. Ekspertlər bir çox iş təklifi almağın yaratdığı stressin öhtəsindən gəlmək üçün təhlil edib müqayisə aparmağınızı məsləhət görür.
Davamı →

Beyin fəaliyyətini yaxşılaşdıran 60 sadə məsləhət


1. Tapmacalar, bilməcələr və məntiqi məsələlər həll edin.

2. Həmişə ikimənalılığa və qeyri müəyyənliyə diqqət yetirin, yəni optik illüziyalar və paradokslar üzərində baş sındırın

3. Özünüzdə “ambidexterity” inkişaf etdirin – bu o deməkdir ki, siz sol əlinizi aparıcı qüvvə kimi istifadə etməlisiniz (əgər siz solaxay deyilsinizsə). Çalışın ki, dişlərinizi sol əliniz ilə fırçalayasınız. Kompüterin mausunu da sol əl ilə işlədin, bıçaq və çəngəlin yerini dəyişin.

4. Bəzi hissiyyat orqanlarını gücləndirmək üçün, müvəqqəti olaraq digərlərindən istifadəni dayandırın. Məsələn gözüyumulu şəkildə duş qəbul etməyə və ya yemək yeməyə çalışın, qulaqlarınızı tıxayaraq isə gündəlik olaraq, gördüyünüz adi işlər ilə məşğul olun.


Ardı →

Əlvida çillər

Barbunya çilləri yox edir! 
Yaz aylarında çillər daha da çoxalır. Bu isə qadınlarda xoşagəlməz hisslər yaradır. Bəzi qadınlara yaraşsa və gözəl görünsə də, çoxu çilləri sevmir və bunu yox etmək üçün müxtəlif üsullara əl atırlar. Siz də çillərdən əziyyət çəkir və çirkin görüntü yaratdığını düşnürsünüzsə, yazını diqqətlə oxuyun. 

Üzdəki çillərdən xilas olmaq üçün kosmetik şirkətlər öz məhsullarını nə qədər reklam etsələr də, çillər və ləkələrlə mübarizədə çox zəif nəticə göstərir. Ən çox müraciət edilən üsul isə peelingdir. Onun nəticələri isə məlumdur. Bu, proses erkən yaşlanmaya səbəb olur. Ancaq bu problemini də təbii və bitkilərlə aradan qaldırmaq olar. Çillərin həlli tərəvəzlərdə gizlənib. Barbunya çillər və günəş ləkələrinə böyük təsir edir. 

Hazırlanması:
100 qr ağ barbunyanı gecədən isladın. Səhərisi gün də 1 litr suyun içində qaynadın. Bişdikdən sonra yaxşıca süzün. Əldə etdiyiniz barbunya suyunu 5 gün ərzində çillərə və ləkələrinizə çəkin. Bu məhlulu soyuducuda saxlamaq lazımdır.
Davamı →

Depressiyadan necə xilas olmalı?


Həyatımıza təsir edən ən vacib məqamlardan biri və qadınların əhvalına təsir edən ən pis xəstəliklərdən biri depressiyadır. Əhvalın pis olduğu zamanlar həyatımızın risk altında olduğu bir dövrdür. Depressiyanın ilkin əlamətləri ortaya çıxdıqdan sonra onu ciddi qəbul etməsəniz, illərlə sıxıntısını çəkə bilərsiniz. Bu xəstəlik terapiya və dərmanlarla müalicə olunsa da, alternativ müalicə növləri də mövcuddur.
Ardı →

Təyyarələrdə uçmaqdan qorxuram (dini və psixoloji cavab)

Sual: Son zamanlarda təyyarələrin qəzaya uğraması haqqında çox eşidirik. Təyyarəyə minmək qəsdən özünü ölüm təhlükəsi ilə üzbəüz qoymaq sayılmırımı? Həlak olan şəxs özünə qəsd etmiş hesab ediləcəkmi? Mən ümumiyyətlə təyyarəyə minməkdən qorxuram. Bu normal haldırmı? Öz qorxumla mübarizə etmək lazımdırmı və ya bunu ölüm təhlükəsindən qorunmaq üçün İlahi bir vergi kimi qəbul etməliyəm?
Cavab: 
Dini cəhətdən:
Özünə qəsd etmək bilərəkdən, qəsdən özünü həyatdan məhrum etmək sayılır və ya gec-tez ölümlə nəticələnəcək bir işi yerinə yetirmək də eyni qəbildəndir. Təyyarə nəqliyyatından istifadəni heç cür özünəqəsd adlandırmaq olmaz. Müasir təyyarələr indiki zamanda elə quraşdırılmışdır ki, onlarla hərəkət etmək, avtomobilə minmək riskindən azdır. 
Düzdür, əgər insan qabaqcadan bilsə ki, təyyarə qəzaya düşəcək, ya buna dair insanın böyük ehtimalı olsa (məsələn maksimal eksplutasiya müddəti keçib, hava gəmisi texniki baxışdan keçməyib və s.) bu zaman ona minmək qadağa hesab edilir. Əgər sizlərdə şüurlu hallarda qorxu hissi yaranırsa və çox az bir insan onu qorxu hesab etməzsə, əlbəttə bunu İlahi bir nemət hesab etmək lazımdır.
Ardı →

Məsləhətini əsirgəmə

məsləhətOnu uzaqdan görən kimi, “işimin gərgin vaxtında bu da gəlməyə vaxt tapdı”, — deyə dilxor olursan. Fikirləşirsən ki, yəqin səndən pul istəyəcək. İndidən özünü bu dialoqa hazırlayırsan: “yoxumdur, mən də sənin günündəyəm”, — deyəcəyəm. Belə etməsəm, sabah başqa bir təmənnaya gələcək”- deyə düşünürsən. O sənə yaxınlaşdıqca həyəcanın artır. “Nə istəyir məndən görəsən?..”

Görüşüb, hal-əhval tutursunuz. Söhbət başlayır. Aydın olur ki, problemi ailəsi sarıdandır, xanımı ilə ciddi söz-söhbəti olub, indi də yanına gəlib ki, ona bir yol göstərəsən. “Mən nə edim?” sualı ilə məsələnin çözümü üçün səndən kömək gözləyir.


Ardı →

Google-da effektiv axtarışın sirrləri


Peşəkar axtarış həyata keçirmək üçün 16 tovsiyyə

1. Google axtarışından çıxarmaq

 

Hansısa sözün, simvolun və ya ifadənin axtarış tapşırığından istisna edilməsi üçün, onun qarşısında "-” (minus) işarəsi qoymaq kifayətdir. Məsələn, mən axtarış xanasında «Bloomberg -com»  frazasını daxil etdim və axtarış səhifəsində ödənilmiş reklam elanları istisna olmaqla heç bir Azərbaycan saytı  (.com) çıxmadı.  Halbuki website özü *.com domain-nindədir.  

2.Sinonimlərlə axtarış

Axtardığınız sözə yaxın mənalı sözlər tapmaq istəyirsinizsə "~” simvolundan istifadə edin. Məsələn siz axtarış xanasında "ən ~yaxşı filmlər -yaxşı" ifadəsini daxil etsəniz, onda səhifədə sizə təqdim olunan keçidlərin hamısının məzmunundakı sözlərin «yaxşı»-nın sinonimləri olduğunu görəcəksiniz. Amma keçidlərin heç birində yaxşı sözünün özü olmayacaqdır.

3. Qeyri müəyyən axtarış

Əgər siz axtarış üçün konkret açar sözünü müəyyən etməmisinizsə onda sizə "*” operatoru kömək edəcək. Məsələn «yaxşı*təsvir redaktoru» frazasını daxil etsəniz, sayt sizin üçün bütün növ təsvir redaktorlarını seçəcək, istər rəqəmsal, istər rastr və ya vektor qrafikalı təsvirlər və s.

4. Variantlardan seçim  axtarışı

"|” operatorunu istifadə edərək, Google-da eyni zamanda bir neçə ifadə qrupları üzrə axtarış etmək olar. Bu sizə bir neçə sözü müxtəlif yerlərdə əvəz etmək imkanı verəcəkdir. 
 Məsələn, «qələm | ədyal almaq ifadəsini» axtarış xanasında daxil etsəniz, sizə təqdim edilən saytlarda ya «qələm almaq», ya da "ədyal almaqdan" söhbət açılacaq.

5. Sözün mənası

Bu və ya digər sözün mənasını bilmək üçün, axtarış xanasına «define:” kəlməsini və iki nöqtədən sonra isə mənasını axtardığınız sözü daxil etmək kifayətdir.

6. Dəqiq üst-üstə düşmə

Əgər məhz axtarışa yazdığınız cümlənin və ya ifadənin eynisini tapmaq istəyirsinizsə, daxil etdiyiniz açar sözləri dırnaq işarəsi daxilində yazmaq bunun üçün yetərlidir.

7. Müəyyən sayt üzrə axtarış

Açar sözlərin axtarışını yalnız bir sayt üzrə həyata keçirmək üçün axtarılan frazaya »site:” formulunu əlavə etmək kifayətdir.

8. Əks keçidlər

Sizi maraqlandıran saytla bağlı keçidlərin yerlərini öyrənmək üçün, növbəti formulu - «links:” və onun ardınca isə sizi  maraqlandıran saytın adını daxil etmək yetərlidir.

9.Ölçülər  çeviricisi

Google axtarış saytı həmçinin istifadəçinin sorğusu əsasında ölçülərin konvertasiyasını həyata  keçirə bilər.  Məsələn siz bir kiloqramın neçə funt etdiyini bilmək istəyirsiniz. Onda müvafiq sorğunu daxil etmək kifayət edir: „1kq funtlarla“(1 kg in pounds).

10. Valyuta Çeviricisi

Rəsmi məzənnəyə əsasən valyuta kursunu öyrənmək üçün, axtarış xanasında növbəti sorğu formulunu yığırıq:  „1 [valyuta] in [valyuta]”

11. Şəhər üzrə vaxt

Əgər hansısa şəhərdə indi saat neçə olduğunu öyrənmək istəyirsinizsə, onda “time” formulundan istifadə edin və ardınca şəhərin adını yazın (bunu digər əcnəbi dillərdə də etmək olur).

12. Google kalkulyator

Google onlayn hesablama aparmağı da bacarır. Nümunəni axtarış xanasında daxil etmək kifayətdir və o, sizə cavabı hesablayaraq verəcəkdir.

13. Fayl növünə görə axtarış

Əgər sizə nəyisə məhz konkret fayl növü üzrə axtarmaq lazım gələrsə, onda Google-un xüsusi „filetype:” operatoru vardır bu faylın məhz həmin genişlənmə üzrə axtarışını təmin edir.

14. Keşlənmiş (yaddaşa salınmış) səhifənin axtarışı

Google-un özünün serverləri vardır ki,  burda o keş yaddaşına salınmış səhifələri saxlayır. Əgər sizə məhz bu lazımdırsa, “cached:” operatorundan  istifadə edə bilərsiniz.

15. Şəhər üzrə hava proqnozu

Google axtarış saytının təqdim etdiyi xidmətlərdən daha biri isə hava operatorudur. „weather” sözünü və həmin şəhərin adını daxil etmək kifayətdir ki, bu gün yağış yağmayacağından xəbər tutasınız.

16. Tərcüməçi

Sözü dərhal, axtarış saytından uzaqlaşmadan tərcümə etmək olar. Tərcüməyə görə aşağıdakı formula cavabdehdir: “translate [söz] into [dil]”

 

Mənbə: banker.az


eGo


Davamı →

Keyfiyyətsiz sabun almayın

Sabun yuyucu vasitə kimi istifadə edilən səthi-aktiv maddə olub yağ turşularının kaustik soda və potaş kimi qələvilərin suda qaynadılması nəticəsində əldə edilir. Yağ turşuları əsasən bitki (pambıq, soya, palma) və heyvan mənşəli məhsullardan əldə edilir. Bu yağların qələvilərlə qaynadılması nəticəsində qliserin və yağ turşularının duzları, yəni sabun meydana gəlir. Sonrakı mərhələdə sabun gərəksiz duz, qələvi və qliserindən təmizlənir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara sabun alarkən diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən alınan məlumata görə, keyfiyyətsiz sabun insan orqanizmi üçün çox təhlükəlidir. Ümumiyyətlə, istehlakçılar bilməlidir ki, sabunda ətirverici və rəngləndirici maddələr nə qədər az istifadə olunursa, bu daha yaxşıdır.
Ardı →