İnsanların nifrəti

Nifrət, tamamilə təbii bir fenomen olaraq, həm ətrafdakılara, həm də insana və özünə hər kəsə baş verə bilər. Və tez-tez onun həyatını, nailiyyətlərini, bütövlükdə şəxsiyyətini nə qədər razı etdiyinə görə özünü göstərir.
Qeyd etmək vacibdir ki, hər birimiz bu hissdən istifadə edə bilərik, ancaq qəribədir. Hər şey ortaya çıxan nifrəti necə bacarıqla idarə etdiyindən asılıdır. Bu və bir çox digər mövzular haqqında aşağıda danışacağıq.
Nifrət edənlərin səbəbləri
Davamı →

Mənəvi xəstəliklərin mənbəyi - Kin | Rövşən Əhmədov

Bildiyimiz kimi kin, qəzəb, nifrət dinimizdə bəyənilməyən xüsusiyyətlərdən olub, mənəvi xəstəliklərdən sayılır.
İnsanda kin qisas almaq üçün qəlbdə özünə yuva quran bir duyğudur.
İnsan bəzən intiqam ala bilməyəndə onun daxilində yaranan qəzəb gizli düşmənçilik duyğusuna çevrilir. O, kin bəslədiyi insandan intiqam almaq üçün fürsət gözləyir. Yəni kinin başlıca mənbəyi qəzəb və nifrət hissidir.
Müqəddəs kitabımız Qurani-Kərimdə kafirlərin möminlərə qarşı duyduqları kin və nifrət haqqında belə buyurulur:
Davamı →

Düşüncə dərsi

SEVGİ NAMİNƏ

Həyatın qayəsi, özülüdür sevgi...Allah kainatı, insanları da sevgi ilə yaratmışdır. Bu həqiqət  hər şeydə özünü büruzə verir. Kainatımızın bu qədər ehtişamlı və sanki sənətkar əlindən çıxmış sənət əsəri kimi gözəl olması, təbiətdəki estetika, heyvanların, bitkilərin gözəlliyi Allah'ın insanlara lütfündəndir.


Ardı →

"Zibil maşını" qanunu

Qadın tələsik bir taksiyə mindi.Təcili hava limanına getməli idi.Sağ zolaqda gedirdilər ki,birdən sağ tərəfdən bir maşın qarşılarına çıxdı.
Taksi sürücüsü onunla toqquşmamaq üçün var gücü ilə əyləcə basdı.Taksi bir qədər sürüşsə də,maşınla toqquşmadan dayandı.Bu vaxt maşının sürücüsü başını şüşədən çıxardı və həm qışqırmağa,həm də söyməyə başladı.Taksi sürücüsü isə sakit bir şəkildə gülümsədi və heç bir şey demədən yoluna davam etdi.Qadın taksi sürücüsünün bu hərəkətinə bir məna verə bilmədi.Ona görə də «Niyə belə hərəkət etdiniz?Adam az qala maşınınızı əzəcəkdi.Üstəlik,ikimizi də xəstəxanalıq edəcəkdi»,-deyə soruşdu.
 
Taksi sürücüsü gülümsəməkdə davam edərək «Zibil maşını» qanunu" — dedi.Qadın: «Zibil maşını» qanunu?" — deyə soruşdu.Çox güman ki,taksi sürücüsünün nə demək istədiyini başa düşməmişdi.Və taksi sürücüsü izah etməyə başladı:
«Bəzi insanlar zibil maşını kimidirlər.Hər tərəfdə özləri ilə zibil gəzdirirlər.Ancaq onların bu zibilləri bizim bildiyimiz zibillərdən deyil.Onların bu zibilləri ürəklərində,beyinlərində yığıb saxladıqları „kin,nifrət,qəzəb,bir az da əlacsızlıq,çarəsizlik,ümidsizlik“ zibilləridir».Onlar bu zibillərin hərəsini bir yerdən yığırlar.Təbii ki,onları boşaltmaq üçün bir yerə ehtiyac hiss edərlər.Bu «yer» bəzən mən,bəzən siz,bəzən də başqası ola bilər.Yaxşısı budur,bu zibilləri öz üzərinizə götürməyin.Ancaq o zibilləri daşıyanlar üçün dua etməyi də unutmayın.Sonra da öz yolunuza davam edin.Çünki heç birimizin onların zibillərini götürməyə,sonra da evimizdəki,küçəmizdəki,iş yerimizdəki....insanlara "ötürməyə" haqqımız yoxdur.

«Ailəm» jurnalı
Davamı →

Sevgidən nifrətə bir addım

  • Sevgi
İnsan sevərkən hər zaman sevdiyinin yanında olmasını istər,ömür boyu o insanla yaşamaq istər.Həyat çox qısadır,onun üçün də bu həyatı yaşayanda gərək xoşbəxt və mənalı yaşayasan.Sevirsən,sevilirsən amma elə bir zaman olur ki,sevginin acısını çəkirsən.Bəzən düşünmədən addımlar atırsan,bəzənsə düşünərək atdığın addımlar səni uçuruma aparır.Düşünmədən nə isə edəndə onun əziyyətini çəkəndə,fikirləşmədən etdim, cəzamdı çəkirəm deyirsən.Bəs görəsən insan sevərkən düşünüb sevir? Əlbətdə ki,yox. Sevgi insan qəlbinə xəbər vermədən yol tapır,düşünmək üçün isə imkanın olmur.
Ardı →

Sevgidən nifrətə bir addımdır!

  • Sevgi
Həyat bir neçə mücərrəd anlayışlar üzərində qurulub bu isə öz növbəsində heç bir qanun və çərçivə tanımadan insan yaşamının ayrılmaz hissəsinə çevrilir. Yaşanan və yaşadılar həyat nüansları insanı xoş simalı mələyə və ya pis niyyətli iblisə çevirir. Bizi güldürən və kövrəldən bu hisslər hansıdır və niyə onların açılışını qavraya bilmirik, niyə zəkamız bunların qarşısında acizdir? Bunlar bizim hər an qarşılaşdığımız duyğulardır: «Sevgi və nifrət»!.

Deyirlər sevgiyə gedən yol nifrət körpüsündən başlayır, əzim, cəsarət, tükənməyən iradə va məftunluq hissi artıq səviyyədə olanlar bu yolu sonuna qədər gedərlər-sevgi qalibi, tükənən enerji, istək duyğusunun yorğunluqla əvəz edənlər bu yolu yarım qoyarlar-sevgi canisi, sınmaz qəlbini qururuna qurban verənlər bu yola addım atıb sonra qaçarlar — nifrət bahisi olarlar.
Ardı →

Nifrət elə

nifrət edirəm bu dünyaya
proloq yerinə.

Bu tez-tez baş vermir. Bu hiss hərdən gəlir və iz qoyaraq, tərk edir məni.Bu gün məhz həmin nadir günlərdən biridir ki, mən nifrət edirəm.Bütövlüklə kütləyə və həmin kütlənin var olmasına səbəb olan və əyani sürətdə mənimlə öz əhəmiyyətsiz həyatlarını sürən hər bir kəsə qarşı.Nifrət və ümidsizlik kokteyli – məhvedici qarışıq.Anlayırsan?Soruşacaqsan ki, bu qədər nifrət nədən yarana bilər?Yalan.Hər şeyə üstün gələn yalan.Yadına sal, axırıncı dəfə nə vaxt və kimə həqiqəti demisən?Axırıncı dəfə sevdiyin insana onu nə qədər çox sevdiyini nə vaxt etiraf etmisən,

və yaxud ən nifrət etdiyin insana ona niyə nifrət etdiyini nə vaxt başa salmısan?İkiüzlü yalançıların dövrü.

Və əgər sən ətrafda baş verənlərdə boğulmayıb, sağ qalmaq və həyatına davam etmək istəyirsənsə – qoşul hamıya!Görəsən Allah bizim hərəkətləri izləyərək, hansı hisslər keçirir?

Cənnət arzusu ilə edilən savab işlər və ya dinsizliyin himayəsi altında baş verən ağılasığmaz hərəkətlər.

Cəfəngiyat!

Ardı →