Bu həqiqətən bir dəhşətdir!.. :(

  • Qadın
Qadın sünnəti...
Bəli, nə qədər qəribə səslənsə də dünyanın 30-dan artıq ölkəsində, əsasən də Afrika ölkələrində qadın sünnəti mövcuddur.
Nədir qadın sünnəti? Qadın sünnəti heç bir həkim müdaxiləsi olmadan, qadın cinsiyyət orqanına neştərli müdaxilə deməkdir. 2008-ci ilin statistikasına görə, 140 milyon qız bu əməliyyata məruz qalıb.
Ardı →

Kişidən qurtulmağın 11 yolu

  • Qadın
Hər bir qaydanın istisnası olur. Xanımların çoxu partnyor tapmaq və saxlamaq üçün məsləhətlər axtarsalar da, elə hallar olur ki, qızlar dözülməz münasibətlərə son qoymaq istəyirlər. Ən asan çıxış yolu — qarşılıqlı anlaşma üçün nəzərdə tutulan məsləhətləri tərsinə yerinə yetirməkdir. Deyə bilərsən ki, ayrılmaq üçün ən yaxşı çıxış yolu, sadəcə qərarı bildirməkdir. Amma bu sadə addımı atmaqdan ötrü cəsarət toplamaq elə də asan olmur. Bəzi xanımlar ayrılma xəbərini eşidən partnyorlarının reaksiyasından qorxurlar.



Ardı →

Gözəl qadınlar bəxtsiz olur

  • Qadın
Qadın diqqət göstərilməsini istər...
Qadın ana olmaq istər... 
Qadın gözəl olmaq istəyir... 
Qadın gözəl olması üçün hər şeyi edər... 
Həyatda çox şey qadının gözəl olması üçün vardır...
Gözəl olan qadın sevilir... 
Bütün baxışlar gözəl olan qadına  çevrilir. 
Gözəl olan qadın tez razılıq alır..

Ardı →

Bir qadın üçün...


Bir qadın üçün ən xeyirli yer evinin içidir...
Bir qadın üçün ən fəxrli vəzifə analıqdır...
Bir qadın üçün ən təhlükəsiz yer yuvasıdır...
Bir qadın üçün ən gözəl dost ALLAH üçün yaşayan əridir...
Bir qadın üçün ən xeyirli məşğuliyyət ibadətdir...
Bir qadın üçün ən rahat olduğu an övladlarının sevincini seyr etməkdir...
Bir qadın üçün ən gözəl bəzək ədəbdir…


Ardı →

Qadınların kişilərdə sevmədikləri 5 xüsusiyyət

Çoxbilmişlik


Qadınlara görə kişilərin onlarla məsləhətləşməmələri özlərini çoxbilmiş hesab etdiklərindəndir. Belə ki, bu qadınları ən çox hövsələdən çıxaran nüanslardandır. Kişi onlarla hesablaşmır, hər şeyi etdikdən sonra deyir, hətta deməyə də bilər. Qadınlar istəyir ki, kişilər onları ağılsız, adi sevimli gəlincik hesab etməsin.


Unutqanlıq


Necə olur ki, kişilər matç vaxtlarını, kim, nə vaxt «qol» vurub, hətta necə vurub, qapıçı kim idi və s. bu kimi "əhəmiyyətsiz" hətta «lazımsız» məlumatları əla hafizələrində saxlayırlar, amma onların nə vaxt tanış olduğunu, o vaxt yəni ilk görüşdə o nə geyindiyini, ildönümü, ad günlərini unudur.


Ardı →

Qadının şərəfi

Qızın,qadının mənəvi kamilliyinə,əxlaqi saflığına tarixən kişi ləyaqətinin,namusunun göstəricisi kimi baxmışlar.Öz şərəfini,ismətini ucuz tutan bəzi qızların,qadınların yüngül xasiyyətliliyi ailəyə tənə gətirmişdir.Atalar demişkən «Qız üz qızardar»,«Xəstəlik üz qızartmaz,qizardar qız adamı»,«Arvadın isməti,ərin izzəti»,«Qazan qarası gedər,namus qarası getməz»,«Dünyada hər şey satılıb-alınar,namusdan başqa»və.s.


Ardı →

Məişət zorakılığı

Adətən həyatda bir mənəvi dəyər formasında mövcud olan nəsnələr var, bir də həyatımız boyu adətkərdəliyimizdən artıq norma kimi qəbul etdiyimiz hallar. Ailə-məişət zəminində qadınlara qarşı törədilən zorakılıq şəksiz 2-cilər sırasındadır. Çünki bu eybəcərliyi heç bir dəyərlə əlaqələndirmək olmaz. Hətta qadın hansısa formada səhvə yol veribsə, ailə ənənələrinə zidd olan hərəkət edibsə belə, zorakılıq yolverilməzdir. İlk dəfə bu haqda yazım hələ qəzetdə işlədiyim zaman — 1995-cı ildə çıxıb. O zaman xatırlayıram ki, materialın ruhu da olduqca pessimist notlara köklənmişdi.
Ardı →

Qadınlar nədən ağlar? | Əziz Nesin

Bir qadını ağlatmaq çox çətin deyil. Qadınlar hər şeyə ağlaya bilərlər, bir filmə, bir mahnıya, bir yazıya.

Eynən kişilər kimi yəni. Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə çatıb demək.
Amma o ürəyinin dəyərini bilməmiş olacaq ki, ağladan gözünü belə qırpmadan tək-tək iynələri batırır ürəyinə.

O zaman böyük bir yumruq gəlir, tıxanır qadının boğazına. Udquna bilməz, nəfəs belə ala bilməz, çünki o böyük yumruq onu çox ağrıdır.

Ardı →