Daim formada qalmaq istəyənlər üçün

Yay fəslinin ən böyük problemlərindən biri artıq çəkidir. Artıq çəkidən azad olmaq üçün saysız hesabsız pəhrizlər, hərəkətlər, idman və s. var. Ancaq bütün bunları yerinə yetirmək uzun müddət vaxt və səbr tələb edir. Artıq çəkidən azad olmaq üçün vaxtında görülən kiçik tədbirlər isə sizi bu problemdən azad edə və hər fəslin, xüsusilə yayın kefini çıxarmağa imkan verə bilər. Bu addımlar sayəsində siz daima formada qala biləcəksiniz.

1.Porsiyaları kiçildin
Qadağan olunan şeylər insanları cəlb edir. Özünüzə qadağalar qoymaq yerinə hər şeydən az-az dadın. Bununla da sizdə məhrumiyyət duyğusu yaranmayacaq və artıq çəkidən azad olmaq üçün stimul yaranacaq.
Ardı →

Qidalanma haqqında qeydlər

Mətbuatda tez-tez müxtəlif ixtisas sahiblərinin necə və nə ilə qidalanmaq barədə verdikləri məsləhətlər dərc olunur. Sadəlövh adamlar, bunlara inanır, tətbiq etməyə başlayırlar, bəzən isə bu sadəlövhlüyün nəticəsi pozulmuş səhhət olur. Belə məqalələri həkimlər də yazırlar, amma onlar da adətən, qidalanma sahəsində mütəxəssis olmurlar. Belə əsassız məsləhətlərə dair izahat verməyi zəruri hesab edirik:
Stress və qidalanma. 1936-cı ildə Selye tərəfindən irəli sürülmüş «Stress» termini elmi cəmiyyət tərəfindən tamamilə və bir səslə ifşa olunmuşdu. Eləcə də bu termin gülüş hədəfinə çevrilmişdi. Selyeni bu mənasız və fırıldaq ideyadan əl çəkməyi dəfələrlə dilə tutmuşdular. İndi isə bu XX əsrin ən gözəl kəşflərindən biri hesab olunur.


Ardı →

Axşam saat 6-dan sonra yemək məsləhət deyil

Hazırda artıq çəki problemi az qala bütün xəstəliklərin təkanverici səbəbi kimi həkimlər tərəfindən müəyyənləşdirilməkdədir. Bədən çəkisi normadan daha artıq olan insanlarda ürək-damar xəstəlikləri, endokrin xəstəliklər, mədə-bağırsaq traktının bir çox patologiyalarının yaranması adi hal alıb. Bədən çəkisinin normadan artıq olmasına təsir göstərən və əsas şərait yaradan amillərdən biri kimi fiziki aktivliyin azalmasını göstərsələr də, başlıca problem düzgün və vaxtında olmayan qidalanmadır. Bura həm həddindən artıq yağlı və karbohidratlarla zəngin olan qidaların qəbulu və eləcə də günün hansı saatlarında qidalanmaq daxil edilir.
Davamı →

Qışda necə qidalanmaq lazımdır?

Fəallığın azalması, mürgülü vəziyyət, əzginlik, daima nəsə şirin bir şey yemək və yaxud, isti vanna qəbul etmək istəyi… Bütün bunlar bioloji yaşam dövründə payız-qış simptomlarıdır. Dietoloqlar sözügedəm vəziyyəti  təbii hesab edirlər.  Onların sözlərinə görə soyuqların düşməsi, günlərin qısalması, ultra bənövşəyi şüaların miqdarının azalması maddələr mübadiləsini zəiflədir. Nəticədə pozitiv ovqata müsbət təsir edən serotonin harmonunun ifrazını zəiflədir.  Məhz buna görədir ki, ümumi fəallığın və iş qabiliyyətinin səviyyəsinin azalması təcüblü syılmır.


Ardı →

Ət qidası

Ət qidası, demək olar ki, hazır şəkildə, orqanizmin maddələr mübadiləsi üçün tələb olunan əsas vacib maddələri də özünə daxil edir. O, orqanizmdə həzm prosesinin və bununla bərabər başqa vegetativ (yəni bitki həyatının hadisələrinə uyğun) proseslərin gedişatını qısaldır və beləliklə, canlı həyatın fəal təzahürü üçün daha çox vaxt, maddə və enerji qənaət edir… Bitki qidası ilə yanaşı ət qidasına adət, formalaşan insanın fiziki qüvvəsinin və müstəqilliyinin artmasına fövqəladə kömək edir. Amma ət qidasının əsas əhəmiyyəti o olur ki, zehnə qidalanma və inkişaf üçün əvvəlkinə nisbətən daha çox maddələr verərək beyinə təsir göstərir və onun nəsildən-nəslə daha sürətlə və dolğun təkmilləşməsinə imkan yaradır…


Ardı →

Qidalanmada nəyə daha çox diqqət edək?


Beynin fəaliyyəti üçün ən vacib səhər yeməyidir. Belə ki, hər gün müntəzəm səhər yeməyi yeyən insanların digərlərinə nisbətən daha müvəffəqiyyətli və səmərəli olduqları müşahidə edilməkdədir. Səhər yeməyi yemə adəti olmayan insanlarda fikrini cəmləmə itkisi çox olur. Sadəcə qəhvə içmək yuxunu açsa da, vücuda enerji və qidanı təmin etmir. Üstəlik qəhvə, daha sonra qəbul edilən bəzi qidaların vücudda istifadə olunmasına mane olur. Beləliklə insan bir müddətdən sonra özünü yorğun hiss etməyə başlayır. Bundan başqa qəhvə riyazi və məntiqi qabiliyyətlərə də mənfi təsir edir. Gərgin bir günə başlayarkən: pendir, süd, yumurta kimi tərkibində protein olan qidalardan ibarət bir səhər yeməyi, şirin çay və küncütlü kömbədən ibarət səhər yeməyi ilə müqayisədə daha yaxşı nəticə alınmasını təmin edir.


Davamı →

Gündəlik normal qidalanma

Ailəli qadınların gündəlik qayğılarının əsasını günün menyusu təşkil edir. Sadə dillə desək, «nə bişirim» problemi. Xüsusilə ailə həyatının ilk illərində qadınlar gündəlik qidanın nədən ibarət olduğunu dəqiq müəyyənləşdirə bilmirlər. Nahardan azacıq vaxt keçəndən sonra kiminsə yenidən yemək istəməsi başqa işələrə mane olur. Nə etmək lazımdır ki, ailə üzvləri bir-iki saatdan sonra yenidən acmasınlar? Təbii ki, bunun da çarəsi var. Bununçün nahara, şama nə bişirəcəyinizə qərar verməzdən əvvəl ərzaqların kalorisini dəqiqləşdirməyi unutmayın. Ən əsası isə hər şeyin ailəniz üçün maksimum xeyirli olmasına nəzarət edin. Bəs gündəlik qidanın tərkibi necə olmalıdır?
Ardı →

südəmər uşağın qidalanma gigiyenası

Südəmər uşağın yeməyini ayrı bişirmək lazımdır! Südəmər uşaq azca böyüyən kimi (bir neçə aydan sonra) bəzi analar ona ailənin böyük üzvlərinə hazırlanan azca əzilmiş yeməkdən verməyə başlayırlar. Bu, çox zərərdir! Böyüklərin yeməyi südəmər uşaqda ağır ishal törədə bilər. Bu cür yemək yeyən uşaqlar köpmüş, solğun olurlar, onların xəstə görkəmi olur. Ana uşağa «lazım olan hər şeyi» verməsinə baxmayaraq uşağın pis inkişaf etməsi ananı narahat edir. Südəmər uşağın pis inkişaf etməsi ananı narahat edir. Südəmər uşağın orqanizmi əzilməmiş və ya lazımınca əzilməmiş qidanı çox pis həzm edir, bu cür qida həzm olunmayıb bağırsaqlardan olduğu kimi çıxır. Uşaq ac qalır.
Südəmər uşağın yeməyini hazırladıqda təmizliyə xüsusi fikir vermək lazımdır, çünki böyüklər üçün zərərsiz olan bəzi bakteriyalar südəmər uşaqlarda ağır xəstəliklər törədə bilər.
Südəmər uşağın qabı (krujka, kasa, boşqab, qaşıq, kiçik ələk, sürtgəc və s.) ayrı olmalıdır! Bu qabdan böyüklər və ya başqa uşaqlar istifadə etməməlidirlər.
Südəmər uşağın qab-qacağını hər gün qaynatmaq lazımdır. Uşağın qablarını böyüklərin qablarından ayrı yumaq lazımdır.
Ardı →