Sevil Qazıyeva
Sevil Qazıyevanın gündəliyindən «Anam məni qonşuların ümidinə qoyub işə gedərmiş. Atam döyüşlərdə ayağının birini itirmişdi. Onunla oynamağı xoşlayırdım. Həmişə deyirdim ki, hamının iki ayağı olduğu halda, niyə səndə təkdi? Sonralar, ağlım kəsəndə bu sualın xəcalətini çəkmişəm».
Bu, müharibə acısıydı. Sevilgil də onu dadmışdı. Amma işıqlı gələcəyə həmişə inanmışdı. İnanmışdı ki, yolumuz kommunizmədi. Bu yol da zəhmətdən başlayır, ağır, gərgin zəhmətdən. Elə ona görə də Tursunoyu tez eşitdi. Yolu da Binədəki məktəbdən keçirdi, təhsil müddəti bir il çəkdi, bu bir ilin bir ayını istehsalat təcrübəsi keçməliydi. Maşınla pambıq yığımı ən çox Mil düzündə tətbiq olunduğundan qızların doqquzunu — içərilərində Sevil də olmaqla keçmiş Jdanov (Beyləqan) rayonunun 5 saylı sovxozuna göndərdilər. Bu sovxozun adı iki ildən sonra Moskvada açılan Azərbaycan kənd təsərrüfatı sərgisində qızıl hərflərlə yazılacaq (Bu sovxoz xeyli vaxt Sevil Qazıyevanın adını daşıyıb — M.N.)
Davamı →