Əzələləri gücləndirən qidalar
1. Qəhvəyi düyü
Təbii karbohidratdır. Enerji verir, həm də məşq zamanı işinizi asanlaşdırır.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Fol turşusu (B9 vitamini) insan orqanizmi üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin mübadilə proseslərində, qan hüceyrələrin yaranmasında iştirak edir, immun və mədə-bağırsaq sistemlərinin fəaliyyətində mühüm rol oynayır.
Orqanizmdə olan fol turşusunun defisiti özünü çox vaxt heç bir əlamətlə büruzə vermir. Lakin tədqiqatlara əsasən, məhz bu vitaminin çatışmazlığına (digər vitaminlərlə müqayisədə) daha tez-tez hallarda təsadüf edilir. İlk növbədə fol turşusunun çatışmazlığı zamanı anemiya (qanazlığı) inkişaf edir. Bu anemiya növü zamanı eritrositlərin (qan hüceyrələri) sayı azalır, onların funksiyası pozulur. Əgər bu defisit vaxtında təshih olunmasa, iştahanın pozulması, əsəbilik, yorğunluq, saçların tökülməsi, dəri problemləri, ishal və s. kimi simptomlar meydana çıxır.
Fol turşusu xüsusən hamiləlik zamanı çox vacibdir. Məsələ burasındadır ki, bu vitamin dölün sinir borucuğunun (daha sonra sinir borucuğundan baş beyini formalaşır) inkişafında böyük rol oynayır. Bundan əlavə fol turşusu ciftin formalaşması üçün çox vacibdir.
Hamiləlik zamanı fol turşusunun çatışmazlığı ilk növbədə dölün sinir sisteminə mənfi təsir edir. Nəticədə döldə hidrosefaliya, anensefaliya (baş beyinin olmaması), beyin yırtıqları və s. ciddi qüsurlar inkişaf edə bilər. Fol turşusunun defisiti hamiləliyin vaxtından tez pozulmasına, cift çatışmazlığına səbəb ola bilər.
Adi vaxt insan orqanizminə gün ərzində 200 mqr fol turşusu tələb olunur. Hamilə qadınlar üçün gün ərzində 400 mqr (bəzi tədqiqatçıların fikirinə görə hətta 800 mqr) fol turşusu lazımdır.
Keçmişin yadigarı olan ayrı-ayrı təcrübi məsələlərin yada salınması, xüsusilə xalq təbabətinin bəzi özünü doğrultmuş üsul və vasitələrdən istifadə edilməsi heçdə müasir elmi uğurları, sürətli elektron maşınlarını, kompyuterləşməni inkar etmək deyildir.
Bəşər övladı hələ lap qədimdən həyatda qarşıladığı müxtəlif nasazlıqlarla mübarizəyə başlamışdır.O yaşamaq naminə bir sıra dərdlərin dərmanını tapmağa nail olmuş tədricən öz təcrübəsini genişləndirərək indiki nəzəri biliklərin özülünü qoymuşdur.
Hündürlüyü 30 metrə çatan ağac bitkisidir. Dəyirmi-yumurtavari və ya dəyirmi-ürəkvari formalı, uzunsaplaqlı, kənarı mişardişli, növbəli düzülmüş yarpaqları vardır. Yarpaqların üst səthi tünd-yaşıl, alt səthi isə göyümtül rəngdədir. Xoş ətirli, sarımtıl-ağ rəngli çiçəkləri, 5-16 ədəddən olmaqla, asılqan yarımçətirə toplanmışlar. Dilşəkilli iri çiçəkaltlığına malikdir.
Ürəkyarpaq cökə yabanı halda MDB-nin Avropa hissəsinin cənub və orta qurşaqlarında yayılmışdır. Enliyarpaqlı və qarışıq meşələrdə bitir. Parklarda, bağlarda, yolların kənarında və digər yerlərdə bəzək bitkisi kimi əkilir. Ürəkyarpaq cökə Azərbaycanda Kiçik Qafqazda və Quba rayonunda təsadüf edilir. Dərman xammalı kimi cökənin çiçəkləri- Flores Tiliaeistifadə olunur.
Uşaqlar kompyuterlərdən istifadə etməlidirlərmi?Əgər istifadə etməlidirlərsə,hansı yaşlarda istifadə etməlidirlər?Bəzi mütəxəssislər kompyuterin uşaqlarda gizli qabiliyyətləri üzə çıxardığını bildirirlər.Bəzi mütəxəssilər isə kompyuterin uşaqların təxəyyül gücünü artırdığını irəli sürürlər.Təbii ki,kompyuterin uşaqlar üçün yeni ünsiyyət imkanı olduğunu bildirənlər də var.